Icma.az bildirir, Qaynarinfo portalına istinadən. Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə 5-6 dekabr
Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova giriş sözü ilə simpoziumu açıq elan etdi.
O, simpoziumun məqsədinin Azərbaycan dilinin və ədəbiyyatının ölkəmizdən kənarda, xüsusilə də Türk dünyasında mövcud vəziyyətinin, onun tədqiqi və təbliği istiqamətində həyata keçirilən işlərin geniş platformada müzakirəsini, bu sahədəki problemlərin və perspektivlərin müəyyənləşdirilməsini təmin etmək məqsədi daşıdığını vurğuladı.
Dos. Dilbər Zeynalova sonra bu simpoziumun türk dünyası arasında bir körpü yaradacağına, Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq aləm
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri prof.
Hamlet İsaxanlı simpoziumun mövzusunun əhəmiyyətini və hansı dəyərləri daşıdığını əsaslandıraraq "Divani-lüğət-it-türk” və "Kitabi-Dədə Qorqud” kimi kultlardan müasir dövrə qədər tarixi, milli, siyasi, elmi əhəmiyyəti olan bir çox mənbə və şəxslərə istinad edərək Azərbaycan və ümumtürk dünyası üçün ortaq hesab olunacaq dəyərlərdən danışıb, simpoziumun da məhz eyni xətti izlədiyini və onun geniş aspektli inkişaf üçün vacibliyini vurğuladı.
Ege Universitetinin professoru, Türkiyə Yazarlar Birliyinin, Avrasiya Yazarlar Birliyinin, Türk Mədəniyyəti Araşdırma İnstitutunun, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ədəbiyyatşünas prof.
Yavuz Akpınar, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Nar İctimaiyyətlə Əlaqələr və Koorporativ Ünsiyyət departamentinin direktoru, Xəzər Universitetinin məzunu Hökümə Kərimova çıxış edərək simpoziumun türk dünyasının elmi və mədəni inkişafındakı əhəmiyyətindən danışdılar.