Icma.az
close
up
RU
Türk dünyasında Azərbaycan dili və Ədəbiyyatı Araşdırmaları I Beynəlxalq Elmi Simpozium keçirildi

Türk dünyasında Azərbaycan dili və Ədəbiyyatı Araşdırmaları I Beynəlxalq Elmi Simpozium keçirildi

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə 5-6 dekabr 2024-cü il tarixində "Türk dünyasında  Azərbaycan dili və Ədəbiyyatı Araşdırmaları” mövzusunda I Beynəlxalq Elmi Simpozium keçirildi. 

Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova giriş sözü ilə simpoziumu açıq elan etdi. O, simpoziumun məqsədinin Azərbaycan dilinin və ədəbiyyatının ölkəmizdən kənarda, xüsusilə də Türk dünyasında mövcud vəziyyətinin, onun tədqiqi və təbliği istiqamətində həyata keçirilən işlərin geniş platformada müzakirəsini, bu sahədəki problemlərin və perspektivlərin müəyyənləşdirilməsini təmin etmək məqsədi daşıdığını vurğuladı. Dos. Dilbər Zeynalova sonra  bu simpoziumun türk dünyası arasında bir körpü yaradacağına, Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq aləmdə təbliğinə mühüm töhfə verəcəyinə inanaraq dəstək olan tərəfdaşlara - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, onun sədri hörmətli Fuad Muradova və Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fonduna, Nar, onun  İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinin direktoru, Xəzər Universittinin məzunu  Hökümə xanım Kərimovaya, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan İdarə Heyətinin sədri hörmətli Rəşad Cabirliyə, Azərbaycan Milli Elmlər Akademiyasına, Ege Universitesinə, Atatürk Üniversitesinə, Kars-Kafkaz Universitesinə, Özbəkistan İqtisadiyyat və Pedoqoqika İnstitututuna öz təşəkkürüni bildirdi.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri prof. Hamlet İsaxanlı simpoziumun mövzusunun əhəmiyyətini və hansı dəyərləri daşıdığını əsaslandıraraq "Divani-lüğət-it-türk” və "Kitabi-Dədə Qorqud” kimi kultlardan müasir dövrə qədər tarixi, milli, siyasi, elmi əhəmiyyəti olan bir çox mənbə və şəxslərə istinad edərək Azərbaycan və ümumtürk dünyası üçün ortaq hesab olunacaq dəyərlərdən danışıb, simpoziumun da məhz eyni xətti izlədiyini və onun geniş aspektli inkişaf üçün vacibliyini vurğuladı. 

Ege Universitetinin professoru, Türkiyə Yazarlar Birliyinin, Avrasiya Yazarlar Birliyinin, Türk Mədəniyyəti Araşdırma İnstitutunun, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ədəbiyyatşünas prof. Yavuz Akpınar, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Nar İctimaiyyətlə Əlaqələr və Koorporativ Ünsiyyət departamentinin direktoru, Xəzər Universitetinin məzunu Hökümə Kərimova çıxış edərək simpoziumun türk dünyasının elmi və mədəni inkişafındakı əhəmiyyətindən danışdılar. 

Şərq və Qərb türkləri arasında geopolitik bir mövqedə yaşayan azərbaycanlıların dil və ədəbiyyat məsələlərinə diqqət çəkmək, Türk dünyasında  linqvistik-filoloji tədqiqatları, eyni zamanda əbəbi şəxsiyyətlərin yaradıcılığının tədqiq prosesini aktuallaşdırmaq, Türk dünyası ziyalıları, tədiqatçıları arasında kommunikasiyanı gücləndirmək məqsədilə Azərbaycan Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Şimali Kipr Türk Respublikası kimi türk dövlətlərini  elm və mədəni inkişaf naminə bir araya toplayan simpozium panellər üzrə elmi çıxışlarla davam etdi.

Xəzər Universitetinin Musiqi və İncəsənət departamentinin müdiri, əməkdar müəllim Zülfiyyə Sadıqovanın müşayiəti, Beynəlxalq Müsabiqələr laureatı, Prezident mükafatçısı Orxan Həşimovun dirijorluğu ilə Musiqi və İncəsənət departamentin müəllimləri aşıq Ramin Qarayev, Məhsəti Azaflı, Xəzər Universitetniin tələbələrdən ibarət xor kollektivi Simpozium iştirakçılarını musiqi ilə salamladılar.  

İki gün davam edən simpoziumda 100-ə yaxın elmi tədqiqatçı konfransın məqsədinə xidmət edən müxtəlif mövzulu tezislərlə əyani və onlayn formada iştirak etdilər. 

Dekabrın 6-da simpozium çərçivəsində Xəzər Universitetinin Dünya məktəbində Kars Kafkaz Universitəsinin əməkdaşları Dos. İlkin Qulusoy və Dr. Sema Şahin Dedenin "Türkiye Türkçesi ve Azerbaycan Türkçesi Karşılaştırmalı Deyim Bilgisi” kitabının təqdimatı baş tutdu. Simpozium öz işini Azərbaycanın böyük sənətkarı, Turançılıq məfkurəsinin təbliğatçısı Cəfər Cabbarlının anadan olmasının 125 illiyinə həsr olunmuş elmi, musiqili bədii proqramla yekunlaşdırdı.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see171

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see142

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Kəpəz Araz Naxçıvan ı bu qolla kubokdan kənarlaşdırdı Video

05 Dekabr 2025 00:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri