Icma.az bildirir, Azertag saytına əsaslanaraq. Bakı, 2 dekabr, AZƏRTAC Şimali Kipr Türk Respublikasında “Türk Dünyasında Qadın” simpoziumu k
Simpoziumda müxtəlif ölkələrdə qadınların ictimai-siyasi həyatda iştirakçılığının vəziyyəti və inkişafı ilə bağlı akademik müzakirələr aparı
Ölkə başçısı Türk dünyası qadınlarının fəaliyyətini yüksək qiymətləndirib, onlara uğurlar arzulayıb.
Tədbirdə “Azərbaycanda qadın hüquqları” mövzusunda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı deyib: “Ölkəmiz 1918-ci ildə Şərqdə ilk dəfə qadına seçib-seçilmək hüququ verib, bu da o dövrdə Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda əzminin ən parlaq göstəricisi olub.
Ölkəmizdə qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir.
Azərbaycan qadını ölkədə ən yüksək dövlət vəzifələrində təmsil olunur, gender bərabərliyi təmin olunur”.
Simpozium iştirakçılarına DİDK-nın xaricdə yaşayan azərbaycanlılara hüquqi yardım göstərilməsi məqsədilə həyata keçirdiyi uzunmüddətli layihələr, eləcə də yeni nəsil diasporun ana dilində təhsil alma hüququnun təmin olunması üçün açılan həftəsonu Azərbaycan məktəblərinin fəaliyyəti barədə də məlumat verilib.Daha sonra azərbaycanlı məcburi köçkünlərin, o cümlədən qadınların ata-baba yurduna dönməsini əks etdirən qısametrajlı film göstərilib.Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan nümayəndə heyəti ilə tanış olub və Diasporla İş üzrə Dövlət Komitəsinin yutub kanalı olan “Diaspor TV”yə müsahibə verib.