Icma.az
close
up
RU
“Türk Dünyasında Qadın” simpoziumunda Azərbaycan qadınlarının hüquqlarından danışılıb AZƏRTAC

“Türk Dünyasında Qadın” simpoziumunda Azərbaycan qadınlarının hüquqlarından danışılıb AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 dekabr, AZƏRTAC

Şimali Kipr Türk Respublikasında “Türk Dünyasında Qadın” simpoziumu keçirilib. Simpoziumda müxtəlif ölkələrdə qadınların ictimai-siyasi həyatda iştirakçılığının vəziyyəti və inkişafı ilə bağlı akademik müzakirələr aparılıb, gələcək fəaliyyətə dair təkliflər səsləndirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) AZƏRTAC-a bildirilib ki, onlarla ölkənin qadınlarının təmsil olunduğu simpoziumda Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar iştirak və çıxış edib. Ölkə başçısı Türk dünyası qadınlarının fəaliyyətini yüksək qiymətləndirib, onlara uğurlar arzulayıb.

Tədbirdə “Azərbaycanda qadın hüquqları” mövzusunda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı deyib: “Ölkəmiz 1918-ci ildə Şərqdə ilk dəfə qadına seçib-seçilmək hüququ verib, bu da o dövrdə Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda əzminin ən parlaq göstəricisi olub. Ölkəmizdə qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Azərbaycan qadını ölkədə ən yüksək dövlət vəzifələrində təmsil olunur, gender bərabərliyi təmin olunur”.

Simpozium iştirakçılarına DİDK-nın xaricdə yaşayan azərbaycanlılara hüquqi yardım göstərilməsi məqsədilə həyata keçirdiyi uzunmüddətli layihələr, eləcə də yeni nəsil diasporun ana dilində təhsil alma hüququnun təmin olunması üçün açılan həftəsonu Azərbaycan məktəblərinin fəaliyyəti barədə də məlumat verilib.

Daha sonra azərbaycanlı məcburi köçkünlərin, o cümlədən qadınların ata-baba yurduna dönməsini əks etdirən qısametrajlı film göstərilib.

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan nümayəndə heyəti ilə tanış olub və Diasporla İş üzrə Dövlət Komitəsinin yutub kanalı olan “Diaspor TV”yə müsahibə verib. Şimali Kipr Prezidenti öz müsahibəsində bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin Türk dövlətləri birliyinə önəm verməsi, birlikdə gələcəyə daha güclü şəkildə addımlaya biləcəyimizi ifadə etməsi bizim üçün çox böyük əhəmiyyət daşıyır. Mən Prezident İlham Əliyevin fəaliyyətinə böyük dəyər verirəm, xüsusilə Qarabağda qazanılan Zəfərdən sonra daha gözəl işlər görüldüyünü söyləmək istəyirəm”.

Ersin Tatara və simpoziumun təşkilatçılarına Azərbaycanın tarixindən, mədəniyyətindən bəhs edən kitablar, milli-mədəni dəyərlərimizin rəmzi sayılan hədiyyələr təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri