Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir. Dünyaca məşhur yazıçı Paulo Koelhonun belə bir müdrik fikri var: "Əlvida deyəcək
Elə yeni başlanğıclar var, "əlvida"dan başlayır. Müdriklər hər şeyə "hə" deməyin özünü çox zərərli sayıblar.
Vaxtında və yerində "yox" deməyi də bacarmaq lazımdır. Doğrudur, diplomatiyada "yox"u "hə" kimi demək də var.
Ancaq elə situasiyalar olur, salam salam kimi verilir, vida vida kimi edilir. Yəqin elə həmişə.
O zaman Koelhonun dediyi o "əlvida" gerçəkdən mükafatlandırılır. Bu, əslində açıq siyasətin olayıdır.
Azərbaycan prezidenti açıq siyasət aparır deyə, "hə"ni də, "yox"u da öz vaxtında, öz yerində və ən başlıcası olduğu kimi deyir.
Məsələn, prezident İlham Əliyev demişdi ki, əgər 2024-cü ilin sonuna kimi Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətləri təsdiqlənməsə, Azərbaycan bu strukturda qalıb-qalmamaq məsələsinə baxa bilər.
2024-cü il bitdi, üstündən 3 aydan çox zaman da keçdi, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri təsdiqlənmədi.