Icma.az
close
up
RU
Türk dünyasının iki lokomotivi

Türk dünyasının iki lokomotivi

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyaca məşhur yazıçı Paulo Koelhonun belə bir müdrik fikri var: "Əlvida deyəcək qədər cəsursansa, həyat səni yeni bir “salam”la mükafatlandırar".

Elə yeni başlanğıclar var, "əlvida"dan başlayır. Müdriklər hər şeyə "hə" deməyin özünü çox zərərli sayıblar. Vaxtında və yerində "yox" deməyi də bacarmaq lazımdır.

Doğrudur, diplomatiyada "yox"u "hə" kimi demək də var. Ancaq elə situasiyalar olur, salam salam kimi verilir, vida vida kimi edilir. Yəqin elə həmişə. O zaman Koelhonun dediyi o "əlvida" gerçəkdən mükafatlandırılır. Bu, əslində açıq siyasətin olayıdır.

Azərbaycan prezidenti açıq siyasət aparır deyə, "hə"ni də, "yox"u da öz vaxtında, öz yerində və ən başlıcası olduğu kimi deyir.

Məsələn, prezident İlham Əliyev demişdi ki, əgər 2024-cü ilin sonuna kimi Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətləri təsdiqlənməsə, Azərbaycan bu strukturda qalıb-qalmamaq məsələsinə baxa bilər.

2024-cü il bitdi, üstündən 3 aydan çox zaman da keçdi, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri təsdiqlənmədi. Ona görə də artıq Azərbaycan bu qurumda qalıb-qalmamaq məsələsinə baxır. Prezident İlham Əliyev ADA Universitetində keçirilmiş "Yeni dünya nizamına doğru" adlı forumda elə bu cür də dedi: "Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, biz bu məhkəmənin qərarlarını tanımırıq. Bu, bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur. Çünki biz səsvermə hüququmuzdan məhrum edilmişik. Biz bu hakimlərə səs verməmişik. Biz onların kim olduğunu bilmirik. Zənnimcə, Avropa Şurası “üzərində oturduğu budağı” kəsdi. Onlar Azərbaycana qarşı ayrı-seçkilik etdilər, bizi təcrid etməyə cəhd göstərdilər, lakin bununla özlərini Qafqazdan məhrum etdilər".

Tamamilə aydın və məntiqli bir yanaşmadır. Avropa Şurası Azərbaycana "yox" deyirsə, Azərbaycan nəyə görə ona "hə" deməlidir? Bu, eyni zamanda Avropa İttifaqına da aiddir. Sənə salam vermək istəməyənə, "əlvida" deyəcəksən; duruşunu pozmayacaqsan. Hərçənd duruşunu pozan dövlətlər var.

Məlumdur ki, Qazaxıstan, Özbəkistan və Türkmənistan Kiprin yunan hissəsində səfirlik açmaq qərarı verib. Bu, Türkiyənin mövqeyinə və Türk Dövlətləri Təşkilatının (TDT) perspektivlərinə zidd addımlarır. Təbii ki, bu, Mərkəzi Asiyanın bu üç dövlətinin Avropa İttifaqından (Aİ) investisiya dəstəyi almaq istəməsi ilə bağlıdır. Aİ belə şərt qoyub. Ancaq Azərbaycan bu baş verənlər fonunda öz duruşunu pozmadı; rəsmi Bakı Şimali Kiprlə bağlı mövqeyini dəyişmir.

Prezident İlham Əliyev ADA Universitütində keçirilmiş "Yeni dünya nizamına doğru" forumunda bu haqda suala cavab verdi: "Bilirsiniz ki, Prezident Ersin Tatar (Şimali Kipr Türk Respublikasının prezidenti -red.) Azərbaycanda səfərdə olub və biz beynəlxalq tədbirlərdə həmişə görüşməyə vaxt tapırıq. Azərbaycanda Şimali Kiprin mədəniyyət günlərinin keçirilməsi böyük hadisə oldu. Bildiyiniz kimi, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasında mühüm rol oynayıb. Bunun necə baş verdiyini bilirsiniz, çox təfərrüatlara varmaq istəmirəm, amma biz bunu fəal şəkildə müdafiə edənlərdən olduq. Prezident Tatar Şuşada təşkilatın qeyri-rəsmi Sammitinə mənim tərəfimdən dəvət olunmuşdu və o, Şimali Kipr bayrağı ilə bizimlə idi. Beləliklə, bizim əlaqələrimiz davam edir. Bilirsiniz ki, vətəndaş cəmiyyətinin, Azərbaycan hökumətinin, parlamentinin nümayəndələri Şimali Kipr Türk Respublikasına tez-tez səfərlər edir, Şimali Kiprdən Azərbaycana səfərlər həyata keçirilir. Yəni, biz hər zaman qardaşlarımızlayıq, siyasətimiz hər zaman çox aydındır. Şimali Kiprdə öz dövlətinə sahib olmağa layiq qardaşlarımıza necə kömək edə biləcəyimizdən başqa bir gündəmimiz yoxdur. Onlar tarix və əməlləri ilə buna layiqdirlər. Hamımız xatırlayırıq ki, Birləşmiş Millətlər Təşkilatının ovaxtkı Baş katibi Kofi Annanın təşəbbüsü ilə referendum keçirilib və Kipr türkləri birləşməyə, Kiprdəki yunanlar isə birləşmənin əleyhinə səs verdilər. Sonra nə oldu? Kipr dəvət edildi və Avropa İttifaqına üzv oldu. Bu, ədalətli idi? Əlbəttə ki, yox. Bu ikili standartlar idi? Əlbəttə, bəli. Amma təəssüf ki, siyasətçilərin çoxu bu haqda danışmaq istəmir. Onlar başağrısı olmamasına üstünlük verirlər. Çünki onların başağrısı yarada biləcəklərini hamı təsəvvür edə bilər və başağrısı heç də onların yarada biləcəyi ən böyük zərər deyil. Amma Azərbaycana gəldikdə, məncə, Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq. Əlbəttə ki, beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik".

Bu bəyanat Türkiyədə və ŞKTC-də razılıqla qarşılandı. Bunun ardınca isə Antalyada Diplomatiya Forum çərçivəsində Prezident İlham Əliyev Şimali Kiprin prezidenti Ersin Tatarla görüşdü. Cənab Tatar mövqeyinə görə Azərbaycan prezidentinə təşəkkür etdi.

Bu olanları necə oxumaq gərəkdir?

Azərbaycan hər iki türk dövləti ilə - Türkiyə və ŞKTC ilə münasibətlərində ardıcıl və səmimidir. Gedən proseslər Azərbaycanın ŞKTC ilə daha sıx əlaqələr qurmasına, Azərbaycanın Kıbrıs türklərini daha çox dəstəkləməsinə meydan açır və zərurət yaradır. Prezident İlham Əliyev də bunu ifadə edib.

Azərbaycan bununla da Türk dünyasının iki lokomotivindən biri olduğunu bir daha təsdiq etdi. Məlumdur ki, Türk dünyası deyəndə təkcə türk dövlətlərindən ibarət deyil. TDT Türk dünyasının özəyi, təşkilati strukturudur. Ancaq "Türk dünyası" deyərkən, dünyanın müxtəlif ölkələrində kompakt yaşayan etnik türk toplumları və türk xalqlarının xarici ölkələrdəki diasporlsrı da nəzərdə tutulur. Bu, bütün dünyanı əhatə edir. Azərbaycan Türkiyə ilə birlikdə bu nəhəng gücü və iradəni, bu qədim, böyük etnik mədəniyyəti, bu mədəniyyətin yaratdığı siyasi gücü təmsil edir. Bu gücə dayanaraq, Azərbaycan Avropanı Mərkəzi Asiya ilə və Yaxın Şərqlə bağlayan bir mühüm geopolitik mərkəzə çevrilir.

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Aprel 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri