Türk Hava Yolları Kazana uçuşların qrafikini dəyişdi

10.01.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Türk Hava Yolları İstanbul və Kazan arasında uçuş cədvəlində dəyişiklik edib.

"Unikal" xəbər verir ki, uçuşların sayı dəyişməz qalıb - həftədə 7 dəfə. Lakin lakin əvvəllər geri dönüş reyslərinin yarısı səhər tezdən olub. İndi isə Türkiyə aviaşirkətinin bütün təyyarələri axşam saatlarında Tatarıstana çatacaq və bir saat sonra, gecə yarısına yaxın Türkiyəyə yola düşəcək. Bu cədvəl yanvarın sonuna kimi planlaşdırılır.

Aviaşirkət dəyişikliklərin səbəbini açıqlamayıb.

Xatırladaq ki, ötən gün Azərbaycan Hava Yolları Kazan üzərində hava məkanının vaxtaşırı bağlanması ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırdığını bildirmişdi.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью