Türk Hava Yolları Kazana uçuşların qrafikini dəyişdi
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Türk Hava Yolları İstanbul və Kazan arasında uçuş cədvəlində dəyişiklik edib.
"Unikal" xəbər verir ki, uçuşların sayı dəyişməz qalıb - həftədə 7 dəfə. Lakin lakin əvvəllər geri dönüş reyslərinin yarısı səhər tezdən olub. İndi isə Türkiyə aviaşirkətinin bütün təyyarələri axşam saatlarında Tatarıstana çatacaq və bir saat sonra, gecə yarısına yaxın Türkiyəyə yola düşəcək. Bu cədvəl yanvarın sonuna kimi planlaşdırılır.
Aviaşirkət dəyişikliklərin səbəbini açıqlamayıb.
Xatırladaq ki, ötən gün Azərbaycan Hava Yolları Kazan üzərində hava məkanının vaxtaşırı bağlanması ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırdığını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 10 Yanvar 2025 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















