Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İctimaiyyətin də yaxından izlədiyi məhkəmə prosesi nəticələnib: “Thales” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, türk iş adamı Mehmet Şahan külli miqdarda mənimsəmədə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Türkiyəli iş adamının saxlanılması və həbs edilməsi prosesi boyunca Azərbaycan mətbuatı məsələni daim diqqət mərkəzində saxlayıb, onun həbsi ilə bağlı maraqlı detallar üzə çıxarıb.
Həbsə məhkum edildiyi ilk gündən etibarən Azərbaycan nümayəndəliyi vəzifəsini icra etdiyi şirkətdə ermənilərin rəhbərliyə gətirilməsi, həmçinin şirkətin mərkəzi ofisinin Fransada yerləşməsi, üstəlik, Şahanın Azərbaycan və Türkiyənin Fransa ilə münasibətlərinin kəskinləşdiyi dövrdə ittihamlarla üzləşməsi sual doğuran məqamlardan olub.
Prosesin gedişatına qısa nəzər Mehmet Şahan 2021-ci ildə səbəbsiz yerə işdən çıxarılır.
Şirkət buna səbəb kimi onun rəhbərliyə məlumat vermədən xarici ölkələrə səfər etməsinı göstərir.
Bura qədər hər şey normal görünə bilər, lakin Mehmet Şahanı İspaniyaya dəvət edərək onunla görüş təşkil edən rəhbərlik iş adamının şəxsi telefonu ilə kompüterini zorla əlindən alaraq onu binadan çıxarıb.
Ona qarşı edilən bu davranışın səbəbini anlamaqda çətinlik çəkən Mehmet Şahan yaşanan hadisə ilə bağlı öz haqqını aramaq üçün məhkəməyə müraciət edib.