Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”: Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ FOTO

Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”: Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ FOTO

Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İctimaiyyətin də yaxından izlədiyi məhkəmə prosesi nəticələnib: “Thales” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, türk iş adamı Mehmet Şahan külli miqdarda mənimsəmədə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Türkiyəli iş adamının saxlanılması və həbs edilməsi prosesi boyunca Azərbaycan mətbuatı məsələni daim diqqət mərkəzində saxlayıb, onun həbsi ilə bağlı maraqlı detallar üzə çıxarıb.

Həbsə məhkum edildiyi ilk gündən etibarən Azərbaycan nümayəndəliyi vəzifəsini icra etdiyi şirkətdə ermənilərin rəhbərliyə gətirilməsi, həmçinin şirkətin mərkəzi ofisinin Fransada yerləşməsi, üstəlik, Şahanın Azərbaycan və Türkiyənin Fransa ilə münasibətlərinin kəskinləşdiyi dövrdə ittihamlarla üzləşməsi sual doğuran məqamlardan olub.

Prosesin gedişatına qısa nəzər

Mehmet Şahan 2021-ci ildə səbəbsiz yerə işdən çıxarılır. Şirkət buna səbəb kimi onun rəhbərliyə məlumat vermədən xarici ölkələrə səfər etməsinı göstərir. Bura qədər hər şey normal görünə bilər, lakin Mehmet Şahanı İspaniyaya dəvət edərək onunla görüş təşkil edən rəhbərlik iş adamının şəxsi telefonu ilə kompüterini zorla əlindən alaraq onu binadan çıxarıb. Ona qarşı edilən bu davranışın səbəbini anlamaqda çətinlik çəkən Mehmet Şahan yaşanan hadisə ilə bağlı öz haqqını aramaq üçün məhkəməyə müraciət edib. Qarşı tərəfə bununla bağlı bildiriş getdikdən sonra şirkət Şahanın 10 il azadlıqdan məhrum edilməsi ilə nəticələnən iddianı nədənsə məhz Azərbaycanda ortaya atıb.

Məhkəmə prosesi başladıqdan sonra isə Mehmet Şahanla çəkişməsi olan şəxslər şahidlik ediblər. Qəribəsi odur ki, ittiham olunan tərəf şahidlərin iş adamı ilə mübahisəsinin olduğunu bildirsə də, məhkəmə bu etirazı diqqətə almayıb və şahid ifadələri işə daxil edilib.

Maraqlıdır ki, şahidlər müxtəlif vaxtlarda nağdlaşdırılmış pul vəsaitlərini Mehmet Şahana verdiklərini bildiriblər, lakin müvafiq dövlət orqanının sənədlərinə əsasən, Şahanın qeyd edilən tarixlərdə Azərbaycanda olmadığı təsdiqlənib. Həmçinin ifadələrdə anlaşılan odur ki, şahid qismində dindirilən şəxslər iddia olunan vəsaiti heç bir halda Şahana birbaşa şəkildə çatdırmayıblar. Bununla belə, özləri nağdlaşdırıb, özləri pulları bankdan çəkən şahidlər “təkidlə” pul vəsaitlərinin Mehmet Şahana verildiyini bildiriblər. Şahid ifadələrində ziddiyyətli məqamların çoxluğu, onların yalan ifadə verdiklərinin başqa bir sübutudur.  Həmçinin onların iddia etdikləri kimi, Mehmet Şahana vəsaitləri mənimsəmədə “yardımçı” olmaları halında həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi zərurəti ortaya çıxır ki, məhkəmə nədənsə bunun “üzərindən keçib”.

Bundan başqa, mənimsənildiyi iddia edilən vəsaitlərlə bağlı ittiham olunan tərəfin məhkəməyə təqdim etdiyi xərc sənədləri ekspertə təqdim edilməyərək işin gedişatının dəyişdirilməsinə şərait yaradılıb.

Üstəlik, məhkəmə ekspertizasının rəyi, hətta Baş Prokurorluğun öz ekspertlərinin rəyi ilə Mehmet Şahanın nümayəndəliyə rəhbərlik etdiyi dövrdə xərclənən vəsaitin sənədlərlə təsdiqləndiyi sübuta yetirilib və hər hansı mənimsəmə faktının olmadığı üzə çıxıb.

Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı müdafiə tərəfi olaraq Mehmet Şahanın işlədiyi dövr üçün “Thales” şirkətinin illik daxili audit rəylərinin tələb olunmasına rəğmən, həmin rəylər məhkəməyə təqdim olunmayıb. Şirkət rəhbərliyində təmsil olunan Herve Damman çağırılmasına baxmayaraq, hər bir vəchlə məhkəməyə gəlməkdən imtina edib. İstintaq zamanı müstəntiq tərəfindən onlayn ifadəsi alınan Dammanın mütləq şahid qismində ifadəsini zəruri hesab edən məhkəmə sədri Kamran Muxtarov aylarla məhkəmə prosesini uzadıb. Vəkilləri tərəfindən yazılı ərizə ilə “vaxtı olmadığı” bildirilən və bu prossesdə iştirak etmək istəmədiyini qeyd edən Damman isə bu müddət ərzində Ermənistanda səfərdə olub və bədnam qonşumuza silah-sursat hədiyyə edib. Məhkəmə isə sanki onun təsirindəymiş kimi Damman üçün uyğun vaxtın gəlib yetişməsini gözləyib.

Əslində, Mehmet Şahan heç bir halda Herve Dammana tabe deyildi və onun birbaşa nəzarətində işləmirdi. Bununla yanaşı, Damman onlayn ifadəsi zamanı iddia edilən mənimsəmə hallarından xəbərsiz olduğunu vurğulayıb və hətta ifadə verərkən qarşısındakı sənədləri oxuyaraq danışdığı açıq şəkildə hiss olunurdu. Onun məhkəmə prosesi ilə qeyri-ciddi yanaşdığı, üz ifadəsində və jestlərində prosesi sanki bir tamaşa kimi izlədiyi aydın görünürdü.

Sədr tərəfindən böyük ehtiram göstərilən ermənipərəst Herve Damman məhkəmədə bir daha onlayn şəkildə ifadə verib. Şirkət tərəfindən Şahanın işdən çıxarılması və onun elektronik əşyalarının ələ keçirilməsi fonunda ofisə daxil olmasına qadağa qoyulmasından sonra iş adamının günahsızlığını daha da möhkəmləndiriləcək bir sıra sənədlərin “yoxa çıxması” “Thales” rəhbərliyinin dəlilləri məhkməyə təqdim etməkdən yayınması kimi dəyərləndirilməlidir. Belə bir beynəlxalq şirkətin mühasibatlıq sənədləri necə yoxa çıxa bilər? Cavablandırılmaıs vacib suallardan biri də budur.

Məhkəmədə ifadə verən şahidlərin anlatdıqları arasındakı ziddiyyətlər, “Thales”in istintaq və məhkəmədən bütün rəsmi sənədlərin orijinallarını gizlətməsi, həmçinin mühasibat sənədlərinin məhv edilməsi, işlə əlaqədar maliyyə sənədləri ilə bağlı verilmiş ekspert rəylərinin Mehmet Şahanın lehinə olması fonunda Mehmet Şahan nə üçün 10 il azadlıqdan məhrum edildi?

Ermənilərlə sıx əməkdaşlıqda olduğu artıq təsdiqlənən, Emrənistanın eks-prezidenti Serj Sarkisyanla yaxın dostluq münasibətləri olan  Pier Matyu Mehmetin Şahanı etnik kimliyinə görə “aradan götürmə” niyyəti bu məqamda üzə çıxır. Burada təəssüflə qeyd edilməlidir ki, Matyu bunu “sapı özümüzdən olan baltalar”la həyata keçirib. Belə ki, sözügedən işdə şahid kimi dindirilən və Mehmet Şahanla mübahisəsi olan Oyrat Tağıyev və Arif Quliyev ermənipərəsət fransızların yanında yer alaraq Şahanın həbsə göndərilməsində xüsusi rol oynayıblar.

Buradan aydın olur ki, erməni lobbiçilərinin və dostlarının təsiri ilə türk iş adamını ləkələyən fransızların əli Azərbaycanın məhkəmə orqanlarına qədər uzanıb.

Hakimlərdən ikisinin Mehmet Şahanın həbs edilməsi ilə bağlı fikir birliyinə varması fonunda digər hakimin xüsusi rəy verərək, ona bəraət verilə biləcəyi qənaətində olduğunu bildirməsi dəqiq müddəalara əsaslanan hüquq sistemində bir-birinə tamamilə zidd iki ayrı qərarın verilə bilmə ehtimalını sıfırlayır.

Xüsusilə də prosesə sədrlik edən hakim Kamran Muxtarovun qərarları və mövqeyi açıq şəkildə qərəzli olub və onun ermənipərəst dairələrlə əlaqəsinin olması şübhə yaradır. O, məhkəmə prosesi zamanı müdafiə tərəfinin təqdim etdiyi sübutlara laqeyd yanaşıb, lakin ittiham tərəfinin zəif və qeyri-müəyyən dəlillərini heç bir əsas olmadan qəbul edib. Məhz Muxtarovun təkidi ilə müdafiə tərəfinin sübutlarının əksəriyyəti nəzərə alınmayıb.

Hakimin qərarlarında göstərdiyi tərəfkeşlik və konkret olaraq fransız və erməni maraqlarına xidmət edən şəxslərə verdiyi dəstək ehtimalı görünürdü. Hətta prosesin gedişində bəzi şahidlərin ifadələrində uyğunsuzluqlar ortaya çıxdığı halda, Muxtarov bunları araşdırmaq əvəzinə, onları qəbul edərək Mehmet Şahan əleyhinə istifadə etməyə üstünlük verib.

Qarşı tərəfin  vəkilinin işdən çəkilməsi də ayrı bir mövzudur.

Yuxarıda qeyd edilənlərlə birlikdə bu faktın özü belə Mehmet Şahanın şərə qurban getdiyini və bu iftiranın müvafiq instansiyalar tərəfindən təsdiqləndiyini və işin yenidən hərtərəfli şəkildə araşdırılmalı olduğunu deməyə əsas verir.

Bu prosesdə ədalət prinsipinin pozulması və məhkəmənin konkret siyasi və xarici maraqlara uyğun hərəkət etməsi Azərbaycanda hüquqi sistemin müstəqilliyinə ciddi kölgə salır.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 07 Fevral 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri