Türk şeirinin əbədiyaşar şairi AZƏRTAC | Icma.az
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün görkəmli şair Nazim Hikmətin anadan olmasından 123 il ötür Bakı, 15 yanvar, AZƏRTAC XX əsr dünya ədəbiyyatının ən böyük şairlərindən olan Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərib, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir.
O, özünün romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verib.
Nazim Hikmət həm mübariz ictimai xadim, həm də istedadlı şair və dramaturq idi.
Lakin poeziya onun yaradıcılığının ana xəttini, istedadının ən qüvvətli istiqamətini təşkil edirdi.
Bu gün türk inqilabi poeziyasının banisi, şair, dramaturq, ssenarist, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin doğum günüdür.AZƏRTAC görkəmli şairin həyat və yaradıcılığına qısa nəzər salır.Nazim Hikmət 1902-ci il yanvarın 15-də Saloniki şəhərində dünyaya göz açıb.
O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub.
Həmvətənlərinin acınacaqlı həyatını kiçik yaşlarından hiss edərək Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeirlər yazdığı, inqilabi hərəkata qoşulduğu üçün 1919-cu ildə məktəbdən xaric edilib.
Tam oxu
Xəbəri oxu