Icma.az
close
up
RU
Türk şeirinin əbədiyaşar şairi AZƏRTAC

Türk şeirinin əbədiyaşar şairi AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün görkəmli şair Nazim Hikmətin anadan olmasından 123 il ötür

Bakı, 15 yanvar, AZƏRTAC

XX əsr dünya ədəbiyyatının ən böyük şairlərindən olan Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərib, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir. O, özünün romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verib. Nazim Hikmət həm mübariz ictimai xadim, həm də istedadlı şair və dramaturq idi. Lakin poeziya onun yaradıcılığının ana xəttini, istedadının ən qüvvətli istiqamətini təşkil edirdi. Bu gün türk inqilabi poeziyasının banisi, şair, dramaturq, ssenarist, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin doğum günüdür.

AZƏRTAC görkəmli şairin həyat və yaradıcılığına qısa nəzər salır.

Nazim Hikmət 1902-ci il yanvarın 15-də Saloniki şəhərində dünyaya göz açıb. O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub. Həmvətənlərinin acınacaqlı həyatını kiçik yaşlarından hiss edərək Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeirlər yazdığı, inqilabi hərəkata qoşulduğu üçün 1919-cu ildə məktəbdən xaric edilib. Bütün yaradıcılığını xalqının azadlığı, xoşbəxt həyatı uğrunda mübarizəyə həsr etdiyi Vətənini, xalqını sevdiyinə görə şair iztirablı, tufanlı, qasırğalı bir həyat yolu keçib.

Şairin “Sərvlikdə” adlı ilk şeiri 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc olunub. 1921-ci ildə Moskvaya gələrək Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub. 1924-cü ildə Ankaraya qayıdıb və həbs edilib. Bir müddət sonra azadlığa çıxaraq qəzet və jurnalda çalışıb. 1925-ci ildə qiyabi olaraq 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli yolla Moskvaya gəlib. Onun 1926-cı ildə yazdığı ilk poeması “Neft dünyasına səyahət” - Bakı neftçilərinə həsr olunub.

1928-ci ildə şairin ikinci Vətəni saydığı Azərbaycanda ilk kitabı - “Günəşi içənlərin türküsü” nəşr olunub. Nazimə həsr olunmuş ilk məqaləni də Bakıda dövrün görkəmli tənqidçisi Əli Nazim yazıb.

Onun şeirləri içərisində xüsusi yer tutan “Bayram oğlu”, “Arpa çayının iki yanı”, “Xəzər”, “Neftə doğru” əsərlərinin mövzusu Azərbaycanla əlaqədardır. 1929-1932-ci illərdə yazdığı “835 misra”, “Baron-3”, “1+1=1”, “Səsini itirmiş şəhər” kitabları, “Jakonda” poeması, “Berinci özünü niyə öldürdü” mənzum romanı ilə imperializmin müstəmləkə siyasətinə qarşı çıxıb. 1936-cı ildə yazmış olduğu “Alman faşizmi və iraq nəzəriyyəsi” adlı məqaləsində şair faşizmin dünya azadlığı iddialarını ifşa edib, bütün mütərəqqi bəşəriyyəti insanlığın bu qəddar düşmənlərinə qarşı mübarizəyə çağırıb. Həmin il şairin Türkiyədə sonuncu şeirlər kitabı - “Şeyx Bədrəddin haqqında dastan” nəşr olunub. Dastanda orta əsrlərdə türk tarixində baş vermiş kəndli hərəkatından bəhs edir.

Nazim Hikmət 1938-ci ildə saxta bir ittihamla yenidən həbs olunub və 28 illik məhbəs cəzasına məhkum edilib. Həbsxanada məşhur “İnsan mənzərələri” epopeyasını, “Həbsxanadan məktublar” silsiləsini, “Məhəbbət əfsanəsi”, “Yusiflə Züleyxa” pyeslərini və başqa dəyərli əsərlərini yazıb. 1950-ci ildə əfv edilərək azadlığa buraxılan Nazim Moskvaya köçüb. Bu dövrlərdə “Türkiyədə”, “Qərib adam”, “İvan İvanoviç vardımı, yoxdumu” bir çox şeir və poemalarını, dramaturgiyaya dair məqalələrini qələmə alıb.

Nazim Hikmət həm də istedadlı nasir idi. “Romantika” romanı onun çox qüvvətli nəsr əsəridir. Romanda Nazim Hikmətin inqilabi fəaliyyəti, Moskvada təhsil alması, yaşamağın gözəl olduğunu bilən və onun gözəlləşməsinə can atan insanların mübarizəsi əksini tapıb. Ədibin romanı əsasında “Yaşamaq gözəldir, qardaşım” filmi çəkilib.

Böyük ədibin yaradıcılığında dram əsərləri də mühüm yer tutur. Onun pyesləri dəfələrlə Azərbaycan teatr səhnəsində tamaşaya qoyulub.

Şair ikinci dəfə Bakıya 30 il sonra gəlib. Bəstəkar Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında yaratdığı “Məhəbbət əfsanəsi” baleti dünyanın bir çox ölkələrində tamaşaya qoyulub. Heykəltəraş Münəvvər Rzayeva şairin büstünü, Toğrul Nərimanbəyov və başqa rəssamlar portretini yaradıblar.

N.Hikmət 1963-cü ildə Moskvada vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviakompaniyalar Aİ rəhbərliyindən sərhəd yoxlamalarının yumşaldılmasını istəyir

01 İyul 2026 09:43see293

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see286

Fransa Özbəkistan əməkdaşlığı müzakirə edilib

30 İyun 2026 14:25see262

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see254

“Vudi”nin missiyası dəyişdi Uşaqları ekrandan ayıracaq

01 İyul 2026 06:21see245

Qanunun keşiyində: 2 İyul Azərbaycan Polisi Günüdür

01 İyul 2026 12:58see227

Almaniyanın Rheinmetall şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək

01 İyul 2026 05:24see198

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see196

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA

01 İyul 2026 10:00see190

Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var FOTO

01 İyul 2026 01:04see183

Paolo Maldiniyə İtaliya millisində vəzifə təklif olunub

01 İyul 2026 05:12see177

İlk bölümdən ürək parçalayan: Unudulması sadəcə mümkün olmayan yapon dramları

30 İyun 2026 18:32see176

Mbappe Messiyə yaxınlaşdı Dünya çempionatlarında 18 ci qol

01 İyul 2026 03:08see172

Meksika Ekvadora qarşı

01 İyul 2026 05:00see172

Yaddaşlara həkk olunan “Məzun günü”

01 İyul 2026 16:51see172

Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? Düzgün qidalanma

01 İyul 2026 22:45see169

MOİK ə 280 manat cəza

02 İyul 2026 01:55see159

Serialdakı gəlinlik manifest oldu Evlənəcək

01 İyul 2026 03:30see158

Minatəmizləmə, səhiyyə və kəndlər üçün ayrıca 20 milyon avro...

02 İyul 2026 04:16see157

İndoneziyada hərbi hazırlıq proqramı faciədən sonra dayandırıldı

01 İyul 2026 04:17see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri