Türk sivilizasiyasının qədim dövrü

13.10.2026

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

IV yazı

Ümumiyyətlə, Qərb alimləri özəlliklə, XVIII əsrin orta­larında aşkar edilən “Avesta” (“Zənd-Avesta”) ortaya çıxdıqdan sonra qəsdli ya da qəsdsiz “Turan” və “İran” məsələsiylə bağlı müxtəlif müddəalar ortaya atmışlar. “Avesta”ya əsaslanaraq ən əski dövrlərdə “Aryan/İran” və “Turan” olduğunu iddia edən Qərb alimlərinin əsas müddəa­larından birincisi odur ki, “İran”/Arian və “Turan”/Tur əzəldən bir-birinə düşmən iki ayrı-ayrı millətləri kimi dilləri, dinləri və mədəniyyətləri fərqli olmuşdur. Doğrudan da, “Avesta”nın Qatalar bölümündə Tur və Tura adlı qövmdən bəhs olunur ki, Turlar Ariyanların düşməni kimi göstərilir. Belə ki, “Avesta”da Zərdüştün dilindən Divlərə-Şər tanrılara qurban kəsən turanlıların pislənməsi, arilərin isə təriflən­məsi faktdır. Yim, Zərdüşt, Kərsasip, Gavə Usan, Xosrava, Paurva, Camasp kimi “ari” soyundan olanların qurbanın qəbul edən zərdüşti allahlardan olan Anahit Ardvisur,[1] turanlı soyundan olan Franqasyan, Arcastp (Əfrasiyab-Alp Ər Tonqa), Arcatpın qardaşı Bandaramanış və başqalarının qurbanını isə rədd edir: “Ona qurban gətirdi əsli Turanlı olan, Uçurum qırağında bədəməlli Franqrasyan”.[2] Ancaq Anahit Turan ölkəsini, Turan Danvalarını[3] məğlub etmək, ələ keçirmək istəyən “arilər”ə uğur diləyir. Maraqlıdır ki, əski Turan mənbələrində də göstərilir ki, Zərdüşt ömrünün axı­rında öz dinini yaymaq uğrunda müharibələrdə iştirak edərkən Turanlılarla ya da Hunlarla müharibədə öl­dü­rül­müşdür.[4]

Qərb alimlərinin “İran” və “Turan”ın tamamilə fərqli ulusları ifadə etməsini doğru hesab edən Türk aydını Mehmet Fuad Köprülü də yazır ki, Arilərlə Turlar başqa-başqa millətlərdir: “İranlılar Tura nisbətlə bu ölkəyə Turan adını verirlər ki, bu ad farsca türk kəlimə­sinin cəm şəkli olan Tur(k)andan, Tur və ya Turaç da Türkdən başqa bir şey deyildir. Turan xanı Alp Ər Tonqa Turun nəvəsi olub İran, Hindistan, Yunan, Rus ölkələrini fəth edib. Alp Ər Tonqanın dövründə Turanın başkəndi Mərv ya da Bəlx olub ki, bura Ak-Hunlar – Eftalitlərin də paytaxtı idi.[5] “İran” “Turan” qövmi və düşüncə ayrılığına dəlillərdən biri kimi də Turan hökmdarlarının “Xan”, İran hökmdarlarının isə “Şah” adlandırılması göstərilir. Hətta, İran-Fars yazarları “Şahnamə”, Turan-Türk alimləri isə “Xannamə” yazmışlar. Ancaq zaman-zaman “Xan” ünvanını Türk/Turan toplum­larla yanaşı əfqanlar, pakilər, farslar, çinlilər, koreyalılar də işlətmişlər.[6]

Beləliklə, dünya alimlərinin, o cümlədən qərblilərin irəli sürdükləri əsas müddəalardan biri odur ki, Aryanlar Hind-Avropa mənşəli olduğu halda, Turlar türklərin əcdadıdır və onun adını Turan torpağının adından ayırmaq olmaz. Fransız alimi G.Mon­tandona görə də Turan irqi Ari irqindən fərqli olaraq monqoloid və avropeid irqinə aid mələz bir irqdir ki, buraya türklər, tatarlar, yakutlar, altaylılar, monqollar və başqaları aiddirlər. Alman alimi Max Müllerə görə də Türk, Moğol, Tonguz, Macar, Fin dilləri yalnız Turan dillərinə aiddir. Bir zamanlar Şümer, Yapon və Qafqaz dilləri də Turani dillərə aid olmuşdur.[7] L.Rasonyi də hesab edir ki, Ari irqindən tamamilə uzaq olan Turan irqi monqoloid irqiylə də az bağlı olub, daha çox Ön Asiyaya aiddir.[8] Sadəcə, bu günün özündə də ən çox mübahisə doğuran Ön Asiya, Orta Asiya və Kiçik Asiyada uzun müddət hökmranlıq etmiş Troyalılar, Etrusklar, Kimmerler, Skiflər, İskitlər, Sakaların bir-birindən tamamilə ayrı irqlər olan Aryan/İranlı ya da Turan/Turanlı olması məsələsidir.

Qərb alimlərinin ikinci müddəasına görə, İranlılarla /Aryanlarla Turanlılar/Turlar eyni irqin, yəni Hind-Avropa irqinin yuxarı və aşağı budaqlarıdır. Bu məsələylə bağlı isə, Avropa alimlərindən bir hissəsi hesab edirlər ki, eyni kökdən olan Arilər və Turların bir-birindən ayıran əkinçilik-köçərilik və din məsələsi olmuşdur. Bu müddəaya görə, Turlar ya da turanlılar əkinçi İran boylarına qarşı çıxan köçəri İran boyları olub ki, onlar arasında düşmənçilik də yalnız dini inanclarla bağlı olmuşdur. Bu uydur­manın ortaya çıxmasında fars şairi Firdovsinin də rolu az olma­mışdır. O, “Şahnamə”də heç bir əsas olmadan yazır ki, İran/Aryan şahı Firudin aləmi üç oğlu arasında bölüşdürür: Rumi Xavəri Səlmə, Çinlə Türküstanı Tura və İranı isə İyrəcə ve­rir.[9]Firdovsinin bu əsərindən belə çıxır ki, guya Səlmlə İyrəcin qar­daşı olan Tur türklər yaşayan ölkənin, İyrəc isə İra­nın sahibi olmuşdur. Firdovsinin “Şahnamə”də Turlarla Arilərin/İranlıların eyni irqdən olması kimi uydurmalara yol verməsi bir neçə məqamda aşkar şəkildə ortaya çıxır. Birincisi, Firdovsi yazır ki, İran/Fars şahı “oğlu” Turu türk­lər yaşayan Turana, yəni Türküstana və Çinə şah kimi göndərir. Bu o deməkdir ki, Tüküstanla Çinə hökmdar gedən Turun fars/iranlı olması mümkün deyil idi. İkincisi, daha sonra Firdovsi yazır ki, İran/Fars şahlarından Gəştasb (Gərşasb) zərdüştilik dininin yayılması ilə məşğul olduğu halda, Turan hökmdarı Əfrasiyab türklər arasında zərdüştiliyin yayılmasına əngəl olmuşdur.[10] Ümumiy­yətlə, Firdovsinin Turan dövlətinin başına “Turu göndərməsi” təsadüfi deyil. Hər halda, bu hadisələr m.ö. VII-V əsrlərdə Midiyayla/Turanla Əhəmənilər/ Parslar arasındakı savaşlar dövründə baş vermişdir. Görünür, Firdovsi sonralar Turan Midiyasının üzərində Əhəmənilərin qalib gəlməsindən çıxış edərək, Türklərin/ Turanlıların başçılarının daima İran tərəfindən təyin olunduğunu ortaya qoymaq istəmişdir. Firdovsidən hələ, öncə Dəqiqi kimi fars şairləri də Zərdüşt zamanında İran şahı Gəştasbla Turan şahı Ərcasp arasındakı savaşlardan bəhs etmişdilər.[11]

Bu o deməkdir ki, Turun xələflərindən olan Alp Ər Tonqa ulu babaları kimi Tanrıçılığa daim sadiq qaldıqları kimi, bu torpaqlara gəlmə olan Gəştasb Arilərin oda pərəstişlərinin davamı kimi zərdüştlüyü qəbul etmişlər. Üçüncüsü, Firdovsi Turanın başına Turu göndərməklə dolayısıyla Türklərin başçılarının daima İran/Arilər tərəfindən təyin olunması uydurmasını ortaya qoymağa çalışmışdır. Halbuki Turan İmperiyasına gəlmə olan arilər/iranlılar Əhəmənilərə qədər Türklərin vassalı olmuşlar. Şübhəsiz, Firdovsi bunu qəbul edə bilmədiyi üçün Arilərin gah Türklər, gah da Sami xalqları üzərində hakimiyyət sürməsi kimi uydurmalara yer vermişdir. Hətta, bunu inandırıcı etmək üçün də, Turanın hökmdarını “İran şahının oğlu” olaraq qələmə almışdır.

Əsil həqiqət odur ki, Firdovsi Turan hökmdarlarının, o cümlədən Oğuz Xaqanın dünya hakimiyyətini öz oğulları arasında bölüşdürməsi gerçəkliyini aryanların adına yazmışdır. Məlum olduğu kimi, Oğuz xaqan dünya hakimiyyətini oğulları arasında bölüşdürmüşdür. Görünür, Hind-Avropa mənşəli hesab olunan iranlılar da bu gerçəkliyi Turanlılardan mənimsəmiş və öz adlarına çıxmağa başlamışlar. Bir sözlə, Firdovsinin turanlıları iranlılarla “qohum etməsi”, əslində hakimiyyətə sahib çıxmaq iddiasıyla bağlı olmuşdur. Ön Asiyaya gəlmə olan iranlıların turanlıları özlərinə bağlamaları da, məhz Turanın qədimliyi və şanlı-şöhrətli tarixə malik olması idi. Bu anlamda Firdovsi kimləri Turanın tarixini və mədəniy­yətini mənimsəməklə yanaşı, İranın da Turan­dan qədimliyini ortaya qoymağa çalışmışlar. Çünki Turanı tamam­ilə inkar etmək, “İran” əfsanəsini mənasız edirdi. Ona görə də Dəqiqi, Firdovsi kimi uydurma “ustad”lar çıxış yolunu ya Turanın tarixini gəncləş­dirmək­də, ya da onu “İran”a bağlamaqda görmüşlər.

Əgər Firdovsinin, Dəqiqinin adlarını çəkdiyi İran şahları Parsua, ya da Əhəmənilər dövrünün hökmdar­larıdırsa, bu zaman onların düşmənləri də Çindən Kiçik Asiyaya qədər hökmranlıq edən Turan Midiyasının, ya da Oğuzların/İş Quzların xaqanlarıdırlar. Çünki həmin dövrdə Şərqdən, yəni Hind-Sinddən gələn Parsların Turan Midiyasından başqa ciddi bir düşməni qalmamışdır.

İran və Turan arasındakı mübarizənin izləri fars şairləri Dəqiqinin, Firdovsinin “Şahnamə”si ilə yanaşı, Türk bilgələri Xaqaninin, Nizami Gəncəlinin, Mahmud Kaşğarlının əsərlərində və bəzi tarixi mənbələrində də öz əksini tapmışdır. Məsələn, “Töhfətül-İraqeyn” əsərində özünü Oğuz türkü adlandıran Xaqani türklərin qədim vətəni kimi Turan və Xəzranın adlarını çəkmişdir.[12] Nizami Gəncəlinin əsərlərində də “Türk” amili xüsusilə önə çəkil­miş və türklərin qədim vətəni kimi Turan, Xəzəran, Türküstan açıq şəkildə qeyd edilmişdir. “Xosrov və Şirin” poemasında “Dərbənd dənizinin bir sahmanında”, “Arrandan başlamış Ərmənə qədər” hökmdarlıq edən Məhin Banunun dilindən Nizami türklüyümüzün/ turanlığımızın qə­dim­liyini bu cür ifadə edir: “Əgər o aydırsa, biz afitabıq, O, Keyxosrov, bizsə Əfrasiyabıq (Alp Ər Tonqa – F.Ə.)”.[13] Deməli, Arran-Bərdə hökmdarı Məhin Banu özünü Əfrasiyabın, yəni türklərin/turanlıların nəsilindən hesab etmişdi. N.Gəncəvi də Məhin Banunun dilindən bu xalqın kökünün Türk/ Turanlı olması və Türklərin Əfrasiyab/Alp Ər Tonqa kimi hökm­darının olması ilə fəxr edir.

[1] Qədim Şərq ədəbiyyatı müntəxəbatı. Bakı, “Şərq-Qərb”, 2007, s.481-490

[2] Yenə orada, s.485

[3] Yenə orada, s.490

[4] Avesta. (tərc.: İ.Şəms) Bakı, Azərnəşr, 1995, s.10

[5] Köprülü Mehmet Fuad. Türk edebiyatı tarihi. Ötüken yay., İstanbul 1986, s.47

[6] Cevizoğlu Hüseyin. Coğrafiyadan tarihe. Türk tarihi içinde Anadolu. TSAEM yay., İstanbul 1991, s.45

[7] Turan Osman. Türk cihan hakimiyeti mefkuresi tarihi. İstanbul, Boğaziçi yay., 1995, s.40

[8] Rasonyi Laszlo.Tarihte Türklük. Ankara, Türk Kültürünü Araştırma Enstitüsü Yayınları, 1971, s. 29

[9] Firdovsi Əbülqasim. Şahnamə. Bakı, “Öndər”, 2004, s.87

[10] Firdovsi Ə. Şahnamə. Bakı, «Öndər», 2004, sh.255-257

[11] Yenə orada, s.8

[12] Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, “Lider”, 2004, s.5

[13] Gəncəvi Nizami. Xosrov və Şirin. Bakı: “Lider”, 2004, s.119


OXŞAR XƏBƏRLƏR

AĞ HUN İMPERİYASI

08:00

AĞOĞLANIN AĞ GÜNÜ – HADRUTUN AZADLIĞINDAN ALTI İL ÖTÜR…

9 Oktyabr 16:00

Buna yol verə bilmərik

9 Oktyabr 11:05

Xəzər – ayıran dənizdən birləşdirən məkana

8 Oktyabr 20:41

Bizim yazıçılar niyə dünyaya çıxa bilmirlər? - ŞOK DETALLAR

6 Oktyabr 17:20

Əsgərimiz OĞURLANIB? – Nəsimi erməni evində niyə qayğanaq yox, PLOV “bişirib”?

6 Oktyabr 16:56

QUBALILAR HƏRB MEYDANINDA

6 Oktyabr 16:51

Qıpçaq-Biçənək çölləri, Yayıq çayı, Xəzər dənizi

6 Oktyabr 10:15

Cəmiyyətə işıq saçan ziyalı ömrü

6 Oktyabr 10:00

Zəngin ədəbi irsin seçilmişləri…

6 Oktyabr 09:45

Bir daha Himnimiz haqqında

6 Oktyabr 09:30

İNAM ATA (ASİF ATA) – 91: Mütləqə inam və şərqilik

6 Oktyabr 09:15

Avar dövlətinin ilk hökmdarı Bayan Xaqan

6 Oktyabr 08:45

Türk sivilizasiyasının qədim dövrü

6 Oktyabr 08:30

Simurq quşu kimi külündən doğulanlar - Yaxud, susmadan yaşamaq fəlsəfəsi

6 Oktyabr 08:15

Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə

6 Oktyabr 01:10

Türkiye ve Azerbaycan’ın Ortak Geleceği

5 Oktyabr 10:57

Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

4 Oktyabr 15:38

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Laos Prezidenti Azərbaycana gəldi – FOTO

12 Oktyabr 15:51

Konstitusiyanın tələbi və beynəlxalq presedent: “Hicab qadağası” iddiasının hüquqi əsası varmı?

12 Oktyabr 14:36

Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT

12 Oktyabr 13:28

Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər

12 Oktyabr 12:52

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

12 Oktyabr 12:49

Qarşıdurma yaratma cəhdində İRAN İZİ – FOTOFAKT

12 Oktyabr 12:37

SON XƏBƏRLƏR

Türk sivilizasiyasının qədim dövrü

08:15

AĞ HUN İMPERİYASI

08:00

"28 May" metrosunun qarşısında kütləvi həbslər – Saxlanılanların sayı 200-ü keçdi?

01:07

SON XƏBƏR: DTX avtomobilləri yandıran qrupu yaxaladı

12 Oktyabr 22:14

ƏHMƏD CAVAD – İstiqlal şairinin türk dünyasına və xalqına bağlı həyatı

12 Oktyabr 20:46

İlqar Fəhmi: "Dövlət bilir nə edir, boş yerə hay-küy salmayın!"

12 Oktyabr 20:32

Azay Quliyev: “Vahid məktəbli forması bütün növ ayrı-seçkiliyi aradan qaldıracaq, kənar ölkələrin müdaxiləsi yol verilməzdir”

12 Oktyabr 20:07

Vahid məktəbli forması ətrafında koordinasiyalı informasiya hücumu müşahidə olunur - Media və Yayım Şurasından XƏBƏRDARLIQ

12 Oktyabr 19:39

İsraillə ticarət edən ölkələrin siyahısı - TƏƏCCÜBLƏNMƏYİN

12 Oktyabr 19:19

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

12 Oktyabr 19:06

Aİ Rusiyaya qarşı indiyədək ən geniş sanksiya paketini tətbiq etdi

12 Oktyabr 18:30

Pakistanda hərbi təyyarə qəzaya uğradı: İki pilot öldü

12 Oktyabr 18:25

NATO-dan yeni “qələbə nəzəriyyəsi”: "Əgər bizə hücum etsələr..."

12 Oktyabr 18:09

Əsgərləri robotlar əvəz edəcək? Cənubi Koreyadan yeni hərbi addım

12 Oktyabr 18:02

Prezident onunla bağlı qərar verdi – TƏBİB-dən məhkəməyə

12 Oktyabr 18:00

Sabah güclü külək əsəcək - Xəbərdarlıq

12 Oktyabr 17:46

Cavanşir Feyziyev: Məktəbli forması uşaqlar arasında sosial fərqlərin azalmasına kömək edir

12 Oktyabr 17:32

Bakıda ictimai asayişi pozan şəxsləri 3 ilədək həbs cəzası gözləyir

12 Oktyabr 17:29

Yaşa görə pensiya alanlara ŞAD XƏBƏR - Orta məbləğ 600 manatı KEÇDİ

12 Oktyabr 17:08

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

12 Oktyabr 17:00

Vatikan rəhbərinin səhhəti gündəmdə: Əməliyyat olunmalıdır

12 Oktyabr 17:00

TÜİB “Turkchem Azerbaijan 2027” beynəlxalq sərgisinin strateji tərəfdaşıdır

12 Oktyabr 16:59

“Qərarda vahid geyim forması əks olunur, kimsənin inancı müzakirə olunmur” – Fazil Mustafa

12 Oktyabr 16:56

Rusiya döyüş dronlarında süni intellektdən istifadəni genişləndirir

12 Oktyabr 16:41

Misir Mərdanovdan məktəbli geyimləri ilə bağlı AÇIQLAMA

12 Oktyabr 16:36

Azərbaycanda hicab və niqab qadağası yoxdur: Məktəblərdə geyim qaydaları dünyəviliyə əsaslanır - TƏHLİL

12 Oktyabr 16:28

ABŞ səfiri ilə bağlı şok iddia: 100 min dollar istədi

12 Oktyabr 16:22

Paşinyan fransalı jurnalistə: Niyə bunu Köçəryandan soruşmursunuz?

12 Oktyabr 16:20

Kreml Zelenskinin 60 günlük atəşkəs təklifini rədd etdi

12 Oktyabr 16:01

Laos Prezidenti Azərbaycana gəldi – FOTO

12 Oktyabr 15:51

Vəhhabi hərəkatları, şiə qruplar, sünni radikallar, FETÖ – Bakıya hücumun GİZLİNLƏRİ

12 Oktyabr 15:49

Rusiyada azərbaycanlıların olduğu gəmi vuruldu - Video

12 Oktyabr 15:40

Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto

12 Oktyabr 15:37

İordaniyaya vizasız getmək MÜMKÜN OLACAQ

12 Oktyabr 15:35

Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verildi

12 Oktyabr 15:17

Nardaranda məktəb qarşısında təxribat: Təhsil yox, İran təbliğatı - VİDEO

12 Oktyabr 15:15

Fazil Mustafadan İran təbliğatına SƏRT REAKSİYA – “İdeoloji xəstəliyə yoluxmuşlar...”

12 Oktyabr 15:14

Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto

12 Oktyabr 15:09

Məktəblərdə şagird və müəllimlərin geyimi ilə bağlı monitorinqlər başlayıb

12 Oktyabr 15:03

Qaradağda məktəb direktorunun maşını yandırılıb

12 Oktyabr 15:01

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

4 Oktyabr 16:17

Çin prezidenti Si Cinpinin səhhəti ilə bağlı sirli məqam: İddia yayıldı

19 Sentyabr 19:20

Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb

26 Sentyabr 13:22

Şahin Mustafayevlə davranışı gündəm olan Möhsün Rezai kimdir?

2 Oktyabr 11:15

Əvəz Zeynallı vəfat etdi

28 Sentyabr 13:29

Bakıda dəbdəbəli toyu olan bəyin kimliyi məlum olub - FOTO

14 Sentyabr 15:47

“Salam, Əsgər” - Hərbi-vətənpərvərlik ruhunda yeni mahnı - VİDEO

30 Sentyabr 23:42

“Nəcməddin Sadıqov qışqırdı ki, Madagiz niyə vurulmur?” – 44 günlük müharibənin ilk anları

27 Sentyabr 11:52

Prezident ona verilən 500 min dolları BU QURUMA BAĞIŞLADI

14 Sentyabr 20:09

Si Cinpin qarşıdurma əvəzinə əməkdaşlıq mesajı göndərdi

24 Sentyabr 20:41

Allah həqiqətən mövcuddur – sübut tapıldı

11 Oktyabr 14:45

Arif Hacılının oğlu və gəlininin həbs xəbəri yayıldı

24 Sentyabr 14:35

Fazil Mustafa TESAM və TESİAD nümayəndə heyəti ilə görüşüb - FOTO

17 Sentyabr 17:26

Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama

5 Oktyabr 11:44



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью