Türk sivilizasiyasının qədim dövrü
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
IV yazı
Ümumiyyətlə, Qərb alimləri özəlliklə, XVIII əsrin ortalarında aşkar edilən “Avesta” (“Zənd-Avesta”) ortaya çıxdıqdan sonra qəsdli ya da qəsdsiz “Turan” və “İran” məsələsiylə bağlı müxtəlif müddəalar ortaya atmışlar. “Avesta”ya əsaslanaraq ən əski dövrlərdə “Aryan/İran” və “Turan” olduğunu iddia edən Qərb alimlərinin əsas müddəalarından birincisi odur ki, “İran”/Arian və “Turan”/Tur əzəldən bir-birinə düşmən iki ayrı-ayrı millətləri kimi dilləri, dinləri və mədəniyyətləri fərqli olmuşdur. Doğrudan da, “Avesta”nın Qatalar bölümündə Tur və Tura adlı qövmdən bəhs olunur ki, Turlar Ariyanların düşməni kimi göstərilir. Belə ki, “Avesta”da Zərdüştün dilindən Divlərə-Şər tanrılara qurban kəsən turanlıların pislənməsi, arilərin isə təriflənməsi faktdır. Yim, Zərdüşt, Kərsasip, Gavə Usan, Xosrava, Paurva, Camasp kimi “ari” soyundan olanların qurbanın qəbul edən zərdüşti allahlardan olan Anahit Ardvisur,[1] turanlı soyundan olan Franqasyan, Arcastp (Əfrasiyab-Alp Ər Tonqa), Arcatpın qardaşı Bandaramanış və başqalarının qurbanını isə rədd edir: “Ona qurban gətirdi əsli Turanlı olan, Uçurum qırağında bədəməlli Franqrasyan”.[2] Ancaq Anahit Turan ölkəsini, Turan Danvalarını[3] məğlub etmək, ələ keçirmək istəyən “arilər”ə uğur diləyir. Maraqlıdır ki, əski Turan mənbələrində də göstərilir ki, Zərdüşt ömrünün axırında öz dinini yaymaq uğrunda müharibələrdə iştirak edərkən Turanlılarla ya da Hunlarla müharibədə öldürülmüşdür.[4]
Qərb alimlərinin “İran” və “Turan”ın tamamilə fərqli ulusları ifadə etməsini doğru hesab edən Türk aydını Mehmet Fuad Köprülü də yazır ki, Arilərlə Turlar başqa-başqa millətlərdir: “İranlılar Tura nisbətlə bu ölkəyə Turan adını verirlər ki, bu ad farsca türk kəliməsinin cəm şəkli olan Tur(k)andan, Tur və ya Turaç da Türkdən başqa bir şey deyildir. Turan xanı Alp Ər Tonqa Turun nəvəsi olub İran, Hindistan, Yunan, Rus ölkələrini fəth edib. Alp Ər Tonqanın dövründə Turanın başkəndi Mərv ya da Bəlx olub ki, bura Ak-Hunlar – Eftalitlərin də paytaxtı idi.[5] “İran” “Turan” qövmi və düşüncə ayrılığına dəlillərdən biri kimi də Turan hökmdarlarının “Xan”, İran hökmdarlarının isə “Şah” adlandırılması göstərilir. Hətta, İran-Fars yazarları “Şahnamə”, Turan-Türk alimləri isə “Xannamə” yazmışlar. Ancaq zaman-zaman “Xan” ünvanını Türk/Turan toplumlarla yanaşı əfqanlar, pakilər, farslar, çinlilər, koreyalılar də işlətmişlər.[6]
Beləliklə, dünya alimlərinin, o cümlədən qərblilərin irəli sürdükləri əsas müddəalardan biri odur ki, Aryanlar Hind-Avropa mənşəli olduğu halda, Turlar türklərin əcdadıdır və onun adını Turan torpağının adından ayırmaq olmaz. Fransız alimi G.Montandona görə də Turan irqi Ari irqindən fərqli olaraq monqoloid və avropeid irqinə aid mələz bir irqdir ki, buraya türklər, tatarlar, yakutlar, altaylılar, monqollar və başqaları aiddirlər. Alman alimi Max Müllerə görə də Türk, Moğol, Tonguz, Macar, Fin dilləri yalnız Turan dillərinə aiddir. Bir zamanlar Şümer, Yapon və Qafqaz dilləri də Turani dillərə aid olmuşdur.[7] L.Rasonyi də hesab edir ki, Ari irqindən tamamilə uzaq olan Turan irqi monqoloid irqiylə də az bağlı olub, daha çox Ön Asiyaya aiddir.[8] Sadəcə, bu günün özündə də ən çox mübahisə doğuran Ön Asiya, Orta Asiya və Kiçik Asiyada uzun müddət hökmranlıq etmiş Troyalılar, Etrusklar, Kimmerler, Skiflər, İskitlər, Sakaların bir-birindən tamamilə ayrı irqlər olan Aryan/İranlı ya da Turan/Turanlı olması məsələsidir.
Qərb alimlərinin ikinci müddəasına görə, İranlılarla /Aryanlarla Turanlılar/Turlar eyni irqin, yəni Hind-Avropa irqinin yuxarı və aşağı budaqlarıdır. Bu məsələylə bağlı isə, Avropa alimlərindən bir hissəsi hesab edirlər ki, eyni kökdən olan Arilər və Turların bir-birindən ayıran əkinçilik-köçərilik və din məsələsi olmuşdur. Bu müddəaya görə, Turlar ya da turanlılar əkinçi İran boylarına qarşı çıxan köçəri İran boyları olub ki, onlar arasında düşmənçilik də yalnız dini inanclarla bağlı olmuşdur. Bu uydurmanın ortaya çıxmasında fars şairi Firdovsinin də rolu az olmamışdır. O, “Şahnamə”də heç bir əsas olmadan yazır ki, İran/Aryan şahı Firudin aləmi üç oğlu arasında bölüşdürür: Rumi Xavəri Səlmə, Çinlə Türküstanı Tura və İranı isə İyrəcə verir.[9]Firdovsinin bu əsərindən belə çıxır ki, guya Səlmlə İyrəcin qardaşı olan Tur türklər yaşayan ölkənin, İyrəc isə İranın sahibi olmuşdur. Firdovsinin “Şahnamə”də Turlarla Arilərin/İranlıların eyni irqdən olması kimi uydurmalara yol verməsi bir neçə məqamda aşkar şəkildə ortaya çıxır. Birincisi, Firdovsi yazır ki, İran/Fars şahı “oğlu” Turu türklər yaşayan Turana, yəni Türküstana və Çinə şah kimi göndərir. Bu o deməkdir ki, Tüküstanla Çinə hökmdar gedən Turun fars/iranlı olması mümkün deyil idi. İkincisi, daha sonra Firdovsi yazır ki, İran/Fars şahlarından Gəştasb (Gərşasb) zərdüştilik dininin yayılması ilə məşğul olduğu halda, Turan hökmdarı Əfrasiyab türklər arasında zərdüştiliyin yayılmasına əngəl olmuşdur.[10] Ümumiyyətlə, Firdovsinin Turan dövlətinin başına “Turu göndərməsi” təsadüfi deyil. Hər halda, bu hadisələr m.ö. VII-V əsrlərdə Midiyayla/Turanla Əhəmənilər/ Parslar arasındakı savaşlar dövründə baş vermişdir. Görünür, Firdovsi sonralar Turan Midiyasının üzərində Əhəmənilərin qalib gəlməsindən çıxış edərək, Türklərin/ Turanlıların başçılarının daima İran tərəfindən təyin olunduğunu ortaya qoymaq istəmişdir. Firdovsidən hələ, öncə Dəqiqi kimi fars şairləri də Zərdüşt zamanında İran şahı Gəştasbla Turan şahı Ərcasp arasındakı savaşlardan bəhs etmişdilər.[11]
Bu o deməkdir ki, Turun xələflərindən olan Alp Ər Tonqa ulu babaları kimi Tanrıçılığa daim sadiq qaldıqları kimi, bu torpaqlara gəlmə olan Gəştasb Arilərin oda pərəstişlərinin davamı kimi zərdüştlüyü qəbul etmişlər. Üçüncüsü, Firdovsi Turanın başına Turu göndərməklə dolayısıyla Türklərin başçılarının daima İran/Arilər tərəfindən təyin olunması uydurmasını ortaya qoymağa çalışmışdır. Halbuki Turan İmperiyasına gəlmə olan arilər/iranlılar Əhəmənilərə qədər Türklərin vassalı olmuşlar. Şübhəsiz, Firdovsi bunu qəbul edə bilmədiyi üçün Arilərin gah Türklər, gah da Sami xalqları üzərində hakimiyyət sürməsi kimi uydurmalara yer vermişdir. Hətta, bunu inandırıcı etmək üçün də, Turanın hökmdarını “İran şahının oğlu” olaraq qələmə almışdır.
Əsil həqiqət odur ki, Firdovsi Turan hökmdarlarının, o cümlədən Oğuz Xaqanın dünya hakimiyyətini öz oğulları arasında bölüşdürməsi gerçəkliyini aryanların adına yazmışdır. Məlum olduğu kimi, Oğuz xaqan dünya hakimiyyətini oğulları arasında bölüşdürmüşdür. Görünür, Hind-Avropa mənşəli hesab olunan iranlılar da bu gerçəkliyi Turanlılardan mənimsəmiş və öz adlarına çıxmağa başlamışlar. Bir sözlə, Firdovsinin turanlıları iranlılarla “qohum etməsi”, əslində hakimiyyətə sahib çıxmaq iddiasıyla bağlı olmuşdur. Ön Asiyaya gəlmə olan iranlıların turanlıları özlərinə bağlamaları da, məhz Turanın qədimliyi və şanlı-şöhrətli tarixə malik olması idi. Bu anlamda Firdovsi kimləri Turanın tarixini və mədəniyyətini mənimsəməklə yanaşı, İranın da Turandan qədimliyini ortaya qoymağa çalışmışlar. Çünki Turanı tamamilə inkar etmək, “İran” əfsanəsini mənasız edirdi. Ona görə də Dəqiqi, Firdovsi kimi uydurma “ustad”lar çıxış yolunu ya Turanın tarixini gəncləşdirməkdə, ya da onu “İran”a bağlamaqda görmüşlər.
Əgər Firdovsinin, Dəqiqinin adlarını çəkdiyi İran şahları Parsua, ya da Əhəmənilər dövrünün hökmdarlarıdırsa, bu zaman onların düşmənləri də Çindən Kiçik Asiyaya qədər hökmranlıq edən Turan Midiyasının, ya da Oğuzların/İş Quzların xaqanlarıdırlar. Çünki həmin dövrdə Şərqdən, yəni Hind-Sinddən gələn Parsların Turan Midiyasından başqa ciddi bir düşməni qalmamışdır.
İran və Turan arasındakı mübarizənin izləri fars şairləri Dəqiqinin, Firdovsinin “Şahnamə”si ilə yanaşı, Türk bilgələri Xaqaninin, Nizami Gəncəlinin, Mahmud Kaşğarlının əsərlərində və bəzi tarixi mənbələrində də öz əksini tapmışdır. Məsələn, “Töhfətül-İraqeyn” əsərində özünü Oğuz türkü adlandıran Xaqani türklərin qədim vətəni kimi Turan və Xəzranın adlarını çəkmişdir.[12] Nizami Gəncəlinin əsərlərində də “Türk” amili xüsusilə önə çəkilmiş və türklərin qədim vətəni kimi Turan, Xəzəran, Türküstan açıq şəkildə qeyd edilmişdir. “Xosrov və Şirin” poemasında “Dərbənd dənizinin bir sahmanında”, “Arrandan başlamış Ərmənə qədər” hökmdarlıq edən Məhin Banunun dilindən Nizami türklüyümüzün/ turanlığımızın qədimliyini bu cür ifadə edir: “Əgər o aydırsa, biz afitabıq, O, Keyxosrov, bizsə Əfrasiyabıq (Alp Ər Tonqa – F.Ə.)”.[13] Deməli, Arran-Bərdə hökmdarı Məhin Banu özünü Əfrasiyabın, yəni türklərin/turanlıların nəsilindən hesab etmişdi. N.Gəncəvi də Məhin Banunun dilindən bu xalqın kökünün Türk/ Turanlı olması və Türklərin Əfrasiyab/Alp Ər Tonqa kimi hökmdarının olması ilə fəxr edir.
[1] Qədim Şərq ədəbiyyatı müntəxəbatı. Bakı, “Şərq-Qərb”, 2007, s.481-490
[2] Yenə orada, s.485
[3] Yenə orada, s.490
[4] Avesta. (tərc.: İ.Şəms) Bakı, Azərnəşr, 1995, s.10
[5] Köprülü Mehmet Fuad. Türk edebiyatı tarihi. Ötüken yay., İstanbul 1986, s.47
[6] Cevizoğlu Hüseyin. Coğrafiyadan tarihe. Türk tarihi içinde Anadolu. TSAEM yay., İstanbul 1991, s.45
[7] Turan Osman. Türk cihan hakimiyeti mefkuresi tarihi. İstanbul, Boğaziçi yay., 1995, s.40
[8] Rasonyi Laszlo.Tarihte Türklük. Ankara, Türk Kültürünü Araştırma Enstitüsü Yayınları, 1971, s. 29
[9] Firdovsi Əbülqasim. Şahnamə. Bakı, “Öndər”, 2004, s.87
[10] Firdovsi Ə. Şahnamə. Bakı, «Öndər», 2004, sh.255-257
[11] Yenə orada, s.8
[12] Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, “Lider”, 2004, s.5
[13] Gəncəvi Nizami. Xosrov və Şirin. Bakı: “Lider”, 2004, s.119
AĞOĞLANIN AĞ GÜNÜ – HADRUTUN AZADLIĞINDAN ALTI İL ÖTÜR…
Xəzər – ayıran dənizdən birləşdirən məkana
Bizim yazıçılar niyə dünyaya çıxa bilmirlər? - ŞOK DETALLAR
Əsgərimiz OĞURLANIB? – Nəsimi erməni evində niyə qayğanaq yox, PLOV “bişirib”?
Qıpçaq-Biçənək çölləri, Yayıq çayı, Xəzər dənizi
Cəmiyyətə işıq saçan ziyalı ömrü
Zəngin ədəbi irsin seçilmişləri…
İNAM ATA (ASİF ATA) – 91: Mütləqə inam və şərqilik
Avar dövlətinin ilk hökmdarı Bayan Xaqan
Türk sivilizasiyasının qədim dövrü
Simurq quşu kimi külündən doğulanlar - Yaxud, susmadan yaşamaq fəlsəfəsi
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə
Türkiye ve Azerbaycan’ın Ortak Geleceği
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
REKLAM SAHƏSİ
MANŞET XƏBƏRLƏRİ
Laos Prezidenti Azərbaycana gəldi – FOTO
Konstitusiyanın tələbi və beynəlxalq presedent: “Hicab qadağası” iddiasının hüquqi əsası varmı?
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi
Qarşıdurma yaratma cəhdində İRAN İZİ – FOTOFAKT
Türk sivilizasiyasının qədim dövrü
"28 May" metrosunun qarşısında kütləvi həbslər – Saxlanılanların sayı 200-ü keçdi?
SON XƏBƏR: DTX avtomobilləri yandıran qrupu yaxaladı
ƏHMƏD CAVAD – İstiqlal şairinin türk dünyasına və xalqına bağlı həyatı
İlqar Fəhmi: "Dövlət bilir nə edir, boş yerə hay-küy salmayın!"
İsraillə ticarət edən ölkələrin siyahısı - TƏƏCCÜBLƏNMƏYİN
Aİ Rusiyaya qarşı indiyədək ən geniş sanksiya paketini tətbiq etdi
Pakistanda hərbi təyyarə qəzaya uğradı: İki pilot öldü
NATO-dan yeni “qələbə nəzəriyyəsi”: "Əgər bizə hücum etsələr..."
Əsgərləri robotlar əvəz edəcək? Cənubi Koreyadan yeni hərbi addım
Prezident onunla bağlı qərar verdi – TƏBİB-dən məhkəməyə
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Cavanşir Feyziyev: Məktəbli forması uşaqlar arasında sosial fərqlərin azalmasına kömək edir
Bakıda ictimai asayişi pozan şəxsləri 3 ilədək həbs cəzası gözləyir
Yaşa görə pensiya alanlara ŞAD XƏBƏR - Orta məbləğ 600 manatı KEÇDİ
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Vatikan rəhbərinin səhhəti gündəmdə: Əməliyyat olunmalıdır
TÜİB “Turkchem Azerbaijan 2027” beynəlxalq sərgisinin strateji tərəfdaşıdır
“Qərarda vahid geyim forması əks olunur, kimsənin inancı müzakirə olunmur” – Fazil Mustafa
Rusiya döyüş dronlarında süni intellektdən istifadəni genişləndirir
Misir Mərdanovdan məktəbli geyimləri ilə bağlı AÇIQLAMA
ABŞ səfiri ilə bağlı şok iddia: 100 min dollar istədi
Paşinyan fransalı jurnalistə: Niyə bunu Köçəryandan soruşmursunuz?
Kreml Zelenskinin 60 günlük atəşkəs təklifini rədd etdi
Laos Prezidenti Azərbaycana gəldi – FOTO
Vəhhabi hərəkatları, şiə qruplar, sünni radikallar, FETÖ – Bakıya hücumun GİZLİNLƏRİ
Rusiyada azərbaycanlıların olduğu gəmi vuruldu - Video
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
İordaniyaya vizasız getmək MÜMKÜN OLACAQ
Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verildi
Nardaranda məktəb qarşısında təxribat: Təhsil yox, İran təbliğatı - VİDEO
Fazil Mustafadan İran təbliğatına SƏRT REAKSİYA – “İdeoloji xəstəliyə yoluxmuşlar...”
Məktəblərdə şagird və müəllimlərin geyimi ilə bağlı monitorinqlər başlayıb
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!
Çin prezidenti Si Cinpinin səhhəti ilə bağlı sirli məqam: İddia yayıldı
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Şahin Mustafayevlə davranışı gündəm olan Möhsün Rezai kimdir?
Bakıda dəbdəbəli toyu olan bəyin kimliyi məlum olub - FOTO
“Salam, Əsgər” - Hərbi-vətənpərvərlik ruhunda yeni mahnı - VİDEO
“Nəcməddin Sadıqov qışqırdı ki, Madagiz niyə vurulmur?” – 44 günlük müharibənin ilk anları
Prezident ona verilən 500 min dolları BU QURUMA BAĞIŞLADI
Si Cinpin qarşıdurma əvəzinə əməkdaşlıq mesajı göndərdi
Allah həqiqətən mövcuddur – sübut tapıldı
Arif Hacılının oğlu və gəlininin həbs xəbəri yayıldı
Fazil Mustafa TESAM və TESİAD nümayəndə heyəti ilə görüşüb - FOTO
Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama
Baxış sayı:80
Bu xəbər 13 Oktyabr 2026 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















