Türk sivilizasiyasının qədim dövrü

20.10.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

V yazı

Bizcə, XI-XII əsrlərdə Turan və İran məsələsi yenidən diqqət mərkəzində olmuşdur. Bu dövrdə hind-farssoylular özlərini Arilərə-İrana, türk-turan soylular isə özlərini turanlara-Türklərə bağlamışlar. Çünki həm Türk, həm də Fars aydınları, eləcə də həmin dövrün hökmdarları əski Turan və İrana çox maraq göstərmişlər. Özəlliklə, Səlcuq hökmdarları fars bilicilərinin də təsiri altında, özlərinə əski Əhəmənlər, Sasanlar şahların adlarına uyğun isimlər vermişlər. Lev Qumilyova görə eyni kökdən olmalarına baxmayaraq arilər/iranlılar zərdüştizmi qəbul etdikləri halda, Turanlılar isə bu dinə qarşı çıxmışlar.[1] V.Bartold da hesab edir ki: “Tura­na gəldikdə, bu sözə Avestada təsadüf olunur və güman edilir ki, bu, Ari xalqının mədəni səviyyəsi aşağı olan başqa budağı idi. Bu iki xalqın – Ari və Turanın arasında düşmən­çilik var idi və VI əsrdə Türküstan türklərin hökmran­lığı altına keçəndə bu iki söz bir-birinə yaxınlaşdı və əvvəllər türklərə aid olmayan Turan adı onlara aid olundu”.[2]

Arnold Toynbi irəli sürdüyü sivilizasiyalar arasında Türk-Turan sivilizasiyasına yer verməməsi bir yana, Ari mənşəli saydığı Şumer, İran, Hind sivilizasiyalarının içində isə Türkləri uzun müddət görmək istəmir. Çünki Toynbinin iddiasına görə, Türklərin tarixi Arilərdən 3 min il sonra başlayır: “Qədim Misir sənədləri göstərir ki, b.e.ə. ikinci minilliyin birinci yarısı boyu arilər üç min il sonra Türklərin də çıxdığı Böyük Çölün eyni yerindən çıxıblar”.[3]

Üstəlik, Toynbinin sivilizasiya nəzəriyyəsində Türk-Turan sivilizasiyası ya İslam sivilizasiyasının tərkibində, ya da onun daxilində subsivilizasiyası kimi qeyd olunur. Toynbi İslam siviliza­siyasının subelementlərindən bəhs edərkən həm Ərəb, həm də İran mədəniyyətinin özünəməxsusluqlarını göstərdiyi halda, Türk mədə­niyyətinə sivilizasiya yaradıcı komponent kimi bax­mamışdır. [4]Ümumiyyətlə, bu Toynbinin fikirlərindən belə anlam­sız nəticə çıxır ki, ən qədim dövr­­lərdə Avropada ancaq hind-avropalılar yaşayırmışlar ki, m.ö. II minilliyin sonlarında onların bir hissəsi olan arilər/iranlılar Ön Asiyada yerləşmişlər. Onlardan çox sonra da yalnız erkən orta əsrlərdə haradansa, yəni Orta Asiya və Ön Asiyada əv­vəllər yaşamayan türklər “peyda olmuş” və onlar hind-avropalılar­ın qədim məskənlərini ələ keçirərək buranı Tür­küs­tan adlan­dırmış, hətta üstəlik Turan adını da Arilərin aşağı budağı olan xalqların adından götürmüşlər. Şübhəsiz, Şumeri və Midiyanı Ari/ İran mənşəli hesab edən Bartold, Toynbi kimlərinin türklər haqqında yazdıqları bu fikirlər tamamilə əsassızdır. Çünki onlar çox yaxşı bilir­lər ki, gerçək olan Turan sivilizasiyasının elmi sübutu bir tərəfdən Arilik nəzəriy­yəsi mifinin dağıdılması, digər tərəfdən “sivil xalq” məsələsinin yer dəyişdirməsi deməkdir. Başqa sözlə, Turan/ Türk mədəniyyəti mifdən gerçəkliyə çevril­dikcə, Arilik/İranlılıq nəzəriy­yəsinin də tam əksinə, “gerçəklik”dən çox uzaq olduğu bəlli olacaqdır. Digər tərəfdən turanlıları Arilərin aşağı budağı elan edib sonra da, Arilərlə Turanlı­lar arasında daim savaşlardan bəhs olunması inandırıcı görünmür.[5]

Ona görə də Bartold, Toynbi kimilərinin heç bir ciddi əsas olmadan Turanlıları Arilərə, özü də onlara aid aşağı bir xalq kimi bağlaması, eyni zamanda sonralar Turan adına sahib çıxdığını iddia etdikləri türklərin tarixini “gənc”ləşdirməsi sırf “Avropamərkəz­çilik” ideologiyasının təzahürüdür. Hər halda heç bir zaman və bu gün də heç bir farsdilli və hinddillilər Turan və Turanlılara sahib çıxmamışlar. Üstəlik, Turanlılarla onlar arasında milli-dini dünyagörüş fərqləri olmuşdur, bu gün də həmin fərqlər qalmaqdadır. “Avesta”dakı Turanlılara gəlincə, onların Arilərə/İranlılara heç bir aidliyi olmadığı kimi, türklər mədəni səviyyə məsələsində də hind-avropa mənşəlilərdən çox fərqlənmiş, başqa sözlə, Arilər bir çox sosial-mədəni məsələləri Turanlılardan öyrənmişdilər. Ona görə də, Turan nəzəriyyəsini mifdən gerçəkliyə çevrilmək istəyiriksə, bunun üçün əlimizi “Avropamərkəzçi” elmdən (G.Hegel, V.V.Bartold, Q.B.Miller, A.Toynbi, Fukuyama, Hantiqton və b.) birdəfəlik üzməliyik. Çünki “Avropamərkəzçilər” arasında elmi obyektivlkdən çıxış edərək “Turan mədəniyyəti”, “Turan İmperiyası” məsələsini gündəmə gətirənlər olmuşdursa da (Le Norman, J.Oppert, Hommel, Says, N.Qrablis və b.), bu çox davamlı olmamış­dır.

Bu baxımdan “Avropamərkəzçi” müəlliflərin “İran” anlayışını mənimsəmələri təsadüfi olmamışdır. Əslində “İran”ın indiki ideologiyasını məyyənləşdirən farslardan çox, “Avropamərkəzçi” alimlər olmuşlar. “Arilik” nəzriyyəsini ortaya atan Hind-Avropalı müəlliflər “İran”a da sahib­lənməklə Turanı kölgədə qoymağa çalışmışlar. Bunun nəticəsi olaraq İrançılar və Turançıların əsrlərboyu gah hərb meydan­larında, gah da düşüncələrdə bir-birilərinə qarşı apardıqları savaşın sonuncu mərhələ­sini birincilər qazanmış, nəticədə “Turan”ın böyük bir hissəsi də sonralar “İran”a aid edilmişdir. Hətta, iş o yerə gəlib çatmışdır ki, “İran”ın ərazisi konkret məlum olduğu halda, “Turan”ın ərazisi havadan asılı vəziyyətdə qalmışdır. Bu anlamda Turan dedikdə, türk­lərin yaşadığı bütün ölkələri dərk etməklə təskinlik tapırıq ki, bununla da bir növ Turan utopiyaya çevrilmişdir.

Bu baxımdan Türk/Turan svilizasiyasının metodoloji açarının Turan alimlərinin öz əllərində olmasına inanırıq. Sadəcə, Turan sivilizasiyası ilə bağlı daha çox araşdırmalar aparmağımız, bununla yanaşı iradə göstərməyimiz lazımdır. Bəlkə də, araşdırma­ları dərinləşdirməkdən də önəmli olan milli iradədir. Milli iradə dediyi­miz, “Avropamərkəzçi”lərin “Arilik” tabusunu üzərimizdən götürər­ək, qərbyönlü “Turani”liyi deyil, Türk ruhlu Turançılığı dərk etmək­dir. Əlbəttə, o zaman “Avropamərkəzçi”lərin ortaya qoyduğu “Ari”liyin təqlidi olan “Turani”liyin varlığı da mənasız olacaqdır.

Beləliklə, bu gün dünyada az qala onlarla sivilizasiyalar, mədəniyyətlərdən bəhs olunarkən, Türk-Turan mədəniyyətini gör­məzdən gəlmək, ya da onu Arilik, Buddizm, İslam, Xristian mədəniyyətlərinin tərkib hissəsi kimi təqdim etmək qətiyyən doğru deyildir. Turan sivilizasiyasını ortaya qoymaq üçün, ilk növbədə Prototürklər/Turanlılar, Şumerlər, Kutilər/Qutilər, Troyalılar, Etrusk­lar, İş Quzlar/Oğuzlar, Aranlar/Albanlar, Kimer­lilər, Turukkilər, Mannalılar, Midiyalılar, Hunlar, Kəngərlilər, Qarqarlar, Xəzərlər/ Kaspilər, Səlçuqlar, Baharlılar, Bayandurlular, Osmanlılar, Səfəvilər, Əfşarlar, Qacarların tarixlərini və mədəniy­yətlərini öz gözümüzlə, öz şüurumuzla, öz düşüncəmizlə analiz etməliyik. Türk/Turan mədəniy­yəti, ya da Turan sivilizasiyası ilk növbədə, məhz bu əski Türk/Turan xalqlarının, onların qurduqları dövlətlərin varlığında özünü büruzə vermişdir. “Eramızdan əvvəl I minilliyinin ortalarında qədim Turana Baqtriya, Margiana, Soqdiana, Xorazm, Parfiya, Amudəryanın aşağı axınları, Zərafşan vahələri, Parkana (Fərqanə) və digər yerlər aid idi. Bu yerlərdə dil və həyat tərzi baxımından çox da fərqlənməyən massagetlər, xorazmlılar, soqdiyalılar, parfiyalılar kimi qəbilələr və xalqlar bəzən köçəri, bəzən oturaq həyat tərzi sürmüşlər”.[6]

Əlbəttə, bəlkə də sadaladığımız bu əski xalqlardan və onların qurduğu dövlətlər­dən/imperiyalardan bəzilərinin doğrudan doğruya Türk-Turan mədəniyyətiylə birbaşa bağlılığı olmamışdır. Ancaq Turan sivili­zasiyası böyük bir əraziyi, ən azı Alyaskadan Atlantik okeanına qədərki coğrafiyanı əhatə etdiyi üçün Türk-Turan xalqlarının ona yad olan mədəniyyətlərə ciddi şəkldə təsir göstər­məsi, eyni zamanda özünün də bundan qidalanması şübhəsizdir.

Bəzi Qərb-Avropa alimləri ikinci müddəalarının zaman zaman gerçəkçi olmamasının aşkara çıxmasılyla üçüncü mülahizəni də ortaya atmışlar. Belə ki, bəzi Qərb müəllifləri yazırlar ki, Turan anlayışı milliyyəti, qövmiyyəti deyil çoğrafi ərazini, ölkəni (Turan ölkəsi, Turan vətəni) ifadə edir. Məsələn, Eliza Reklüye görə, Turan anlayışı altında hələ qədim zamanlarda Asiyadan Quzey Buzlu okeanına və Berinq boğazına qədər ərazilər nəzərdə tutulur.[7] O zaman “İran”ın da “Turan” kimi milliyyət deyil, coğrafi ərazi, vətən adı olması mülhaizələrini irəli sürmək lazımdır. Bu məntiqdən çıxış etsək, “İrandilli xalqlar” anlayışı ya tamamilə məna­sızdır ya da əks təqdirdə “Turandilli, Turansoylu xalqlar” istilahı da eyni ciddiyyətlə gündəmə gətirilməlidir. Yəni yalnız birtərəfli olaraq iddia etmək ki, “Turan” ya coğrafi addır ya da Ariliyin aşağı budağı­dır, qətiyyən doğru deyildir. Əski dövrlərlə bağlı Turan dedikdə, turların/türklərin yaşadığı ölkə, dövlət, imperiya başa düşülməlidir.

[1] Гумилйев Л. Гeoграфия eтносa в истoричесkий пeриoд. Лeнинград, 1990,с.114

[2] Bartold V.V. Müsəlman dünyası tarixində xəzəryanı bölgələrin yeri. Bakı: Elm, 1999, s.16

[3] Тойнви А.Дж. Постижение истории. Москва, “Айрис-Прессо”, 2003, s..69

[4] Тойнби А.Дж. Исследование истории. Москва, АСТ, 2010, s.202

[5] Ələkbərli Faiq. Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Bakı, “Elm və təhsil”, 2021, s.29

[6] Vohidov Rahim., Eshonqulov Husniddin. Ozbek mumtoz adabiyoti tarixi. O’zbekiston Yozuvchilar uyushmasi Adabiyot jamg’rmasi nashriyoti, 2006, s.15-16

[7] Рekлю Eлизe. Чeлoвek и зeмля. Ст-Пeтeрбург, Брokгaузa и Eфрoнa, 1906, s.396


OXŞAR XƏBƏRLƏR

Alp Ər Tunqa – Əcdadın şanlı adı

08:30

AĞ HUN İMPERİYASI

08:00

Müəllim təkbaşına dövlət olmaldır!

18 Oktyabr 11:15

Elm, Sənət, Mənəviyyat – Füzulinin yeni mədəni kimliyinin üç sütunu

17 Oktyabr 14:32

Mən də məktəbə getmək istəyirəm - Hekayə

15 Oktyabr 12:14

Bakı və Ankaranın arasını buna görə vurmaq lazımdır, anlayırsınızmı?!

14 Oktyabr 15:49

Kimsəsiz küçələrin unudulmuş elegiyası

14 Oktyabr 13:54

3 oktyabr… İstanbul… – Neçə yanlış bir arada…

13 Oktyabr 15:16

İnanc və sınanclar da həyat konsepsiyasıdır

13 Oktyabr 10:00

İmam Qəzali: şöhrəti tərk edib həqiqəti axtaran alim

13 Oktyabr 09:39

Azərbaycan məhbəs nəsrinin yaradıcısı - Çingiz Ələkbərzadə - 90

13 Oktyabr 09:30

Bir daha Himnimiz haqqında

13 Oktyabr 09:15

​​​​​​​İNAM ATANIN (ASİF ATANIN) İNSANLIQ İDEALI

13 Oktyabr 09:00

Alp Ər Tunqa – Əcdadın şanlı adı

13 Oktyabr 08:30

Türk sivilizasiyasının qədim dövrü

13 Oktyabr 08:15

AĞ HUN İMPERİYASI

13 Oktyabr 08:00

AĞOĞLANIN AĞ GÜNÜ – HADRUTUN AZADLIĞINDAN ALTI İL ÖTÜR…

9 Oktyabr 16:00

Buna yol verə bilmərik

9 Oktyabr 11:05

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

ABŞ Raul Kastronun həbsinə order verdi

19 Oktyabr 21:13

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

19 Oktyabr 17:27

Eldar Namazov Mehdiyevin məhkəməsində - Video

19 Oktyabr 17:02

Azərbaycanın səhiyyə nazirləri: kimlər gəldi, kimlər getdi?

19 Oktyabr 15:24

“Müsəlman Birliyi”nin Bakıya hücumunun gizlinləri – İran agenturasını kim fəallaşdırır?

19 Oktyabr 15:09

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - Qiymət

19 Oktyabr 13:33

SON XƏBƏRLƏR

Türk sivilizasiyasının qədim dövrü

08:15

AĞ HUN İMPERİYASI

08:00

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

00:34

Peskov: Kiyevsiz sülh mümkün deyil

19 Oktyabr 21:49

Almaniya Fransaya səyahət xəbərdarlığı etdi

19 Oktyabr 21:20

Rubio Zelenskinin iddiasını rədd etdi: “Heç bir fasilə olmadı”

19 Oktyabr 21:16

ABŞ Raul Kastronun həbsinə order verdi

19 Oktyabr 21:13

Netanyahunun rəqibi seçki yarışından çəkildi

19 Oktyabr 21:02

Tramp Putinə yaxınlaşır, Zelenski hədəfdə: Ukraynanı nə gözləyir? - ŞƏRH

19 Oktyabr 19:41

Azərbaycan hökumətinə qarşı çağırışlar edən 7 Türkiyə vətəndaşı İnterpola verildi

19 Oktyabr 19:19

“Azərbaycanın kulinariya irsini dünyaya tanıtmaq istəyirik” - Səbinə Hacıyeva

19 Oktyabr 19:16

ABŞ-dan asılılıq azalır? Avropa öz peyk şəbəkəsini qurur

19 Oktyabr 18:27

Azərbaycanda satılan ən bahalı 5 maşın – Qiymətlər

19 Oktyabr 18:05

Şimali Koreya sərhəddə hərbi qüvvələrini artırır

19 Oktyabr 18:00

DTX avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı

19 Oktyabr 18:00

Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi

19 Oktyabr 17:42

Makron daxili işlər nazirinin istefasını qəbul etmədi

19 Oktyabr 17:35

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

19 Oktyabr 17:27

Paşinyan Japarovla Tokayevi səhv saldı - Video

19 Oktyabr 17:18

Qazaxıstanda inqilab üçün məndən kömək istədi - Japarov məşhur oliqarxdan danışdı

19 Oktyabr 17:13

Eldar Namazov Mehdiyevin məhkəməsində - Video

19 Oktyabr 17:02

Ramiz Mehdiyev AMEA-dan da çıxarılır

19 Oktyabr 16:40

Avropada etiraz dalğası böyüyür: Etirazlara səbəb nədir?

19 Oktyabr 16:37

Tramp Zelenskiyə qəzəbləndi: “O, müharibəni bitirmək istəmir”

19 Oktyabr 16:21

Yaponiyadan Rusiyaya mesaj: Kuril mübahisəsi gündəmdə

19 Oktyabr 16:08

Almaniya XİN sui-qəsd planlarına görə İran səfirini nazirliyə çağırıb

19 Oktyabr 16:07

Türkiyədən Rusiya və Ukraynaya təklif

19 Oktyabr 15:53

ABŞ-da ara seçkilər öncəsi Trampın reytinqi kəskin azaldı

19 Oktyabr 15:47

Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək

19 Oktyabr 15:36

Pensiyalar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

19 Oktyabr 15:26

Azərbaycanın səhiyyə nazirləri: kimlər gəldi, kimlər getdi?

19 Oktyabr 15:24

“Müsəlman Birliyi”nin Bakıya hücumunun gizlinləri – İran agenturasını kim fəallaşdırır?

19 Oktyabr 15:09

"Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

19 Oktyabr 15:00

Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək

19 Oktyabr 14:58

Ermənistan Azərbaycana 150 milyardlıq ziyan vurub - RƏSMİ

19 Oktyabr 14:46

İran müharibəsi başlayır? - ABŞ çağırış etdi

19 Oktyabr 14:38

Ben-Qvir Fransa yəhudilərini ölkəni tərk etməyə çağırdı

19 Oktyabr 14:33

Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - FOTO

19 Oktyabr 14:21

Prezident energetikləri təltif edib – SİYAHI

19 Oktyabr 14:19

Dünya üç lider arasında bölünür? – Putin 81 il öncəki ssenarini işə salır

19 Oktyabr 14:12

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

4 Oktyabr 16:17

Çin prezidenti Si Cinpinin səhhəti ilə bağlı sirli məqam: İddia yayıldı

19 Sentyabr 19:20

Ukraynadan ABŞ-a ittiham: Rusiya hücumları barədə xəbərdarlıqları gizlədilib

15 Oktyabr 22:42

Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb

26 Sentyabr 13:22

Şahin Mustafayevlə davranışı gündəm olan Möhsün Rezai kimdir?

2 Oktyabr 11:15

Əvəz Zeynallı vəfat etdi

28 Sentyabr 13:29

“Salam, Əsgər” - Hərbi-vətənpərvərlik ruhunda yeni mahnı - VİDEO

30 Sentyabr 23:42

Allah həqiqətən mövcuddur – sübut tapıldı

11 Oktyabr 14:45

“Nəcməddin Sadıqov qışqırdı ki, Madagiz niyə vurulmur?” – 44 günlük müharibənin ilk anları

27 Sentyabr 11:52

Si Cinpin qarşıdurma əvəzinə əməkdaşlıq mesajı göndərdi

24 Sentyabr 20:41

Arif Hacılının oğlu və gəlininin həbs xəbəri yayıldı

24 Sentyabr 14:35

Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama

5 Oktyabr 11:44

SON XƏBƏR: DTX avtomobilləri yandıran qrupu yaxaladı

12 Oktyabr 22:14

Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır

13 Oktyabr 17:01



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью