Türk sivilizasiyasının qədim dövrü
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
V yazı
Bizcə, XI-XII əsrlərdə Turan və İran məsələsi yenidən diqqət mərkəzində olmuşdur. Bu dövrdə hind-farssoylular özlərini Arilərə-İrana, türk-turan soylular isə özlərini turanlara-Türklərə bağlamışlar. Çünki həm Türk, həm də Fars aydınları, eləcə də həmin dövrün hökmdarları əski Turan və İrana çox maraq göstərmişlər. Özəlliklə, Səlcuq hökmdarları fars bilicilərinin də təsiri altında, özlərinə əski Əhəmənlər, Sasanlar şahların adlarına uyğun isimlər vermişlər. Lev Qumilyova görə eyni kökdən olmalarına baxmayaraq arilər/iranlılar zərdüştizmi qəbul etdikləri halda, Turanlılar isə bu dinə qarşı çıxmışlar.[1] V.Bartold da hesab edir ki: “Turana gəldikdə, bu sözə Avestada təsadüf olunur və güman edilir ki, bu, Ari xalqının mədəni səviyyəsi aşağı olan başqa budağı idi. Bu iki xalqın – Ari və Turanın arasında düşmənçilik var idi və VI əsrdə Türküstan türklərin hökmranlığı altına keçəndə bu iki söz bir-birinə yaxınlaşdı və əvvəllər türklərə aid olmayan Turan adı onlara aid olundu”.[2]
Arnold Toynbi irəli sürdüyü sivilizasiyalar arasında Türk-Turan sivilizasiyasına yer verməməsi bir yana, Ari mənşəli saydığı Şumer, İran, Hind sivilizasiyalarının içində isə Türkləri uzun müddət görmək istəmir. Çünki Toynbinin iddiasına görə, Türklərin tarixi Arilərdən 3 min il sonra başlayır: “Qədim Misir sənədləri göstərir ki, b.e.ə. ikinci minilliyin birinci yarısı boyu arilər üç min il sonra Türklərin də çıxdığı Böyük Çölün eyni yerindən çıxıblar”.[3]
Üstəlik, Toynbinin sivilizasiya nəzəriyyəsində Türk-Turan sivilizasiyası ya İslam sivilizasiyasının tərkibində, ya da onun daxilində subsivilizasiyası kimi qeyd olunur. Toynbi İslam sivilizasiyasının subelementlərindən bəhs edərkən həm Ərəb, həm də İran mədəniyyətinin özünəməxsusluqlarını göstərdiyi halda, Türk mədəniyyətinə sivilizasiya yaradıcı komponent kimi baxmamışdır. [4]Ümumiyyətlə, bu Toynbinin fikirlərindən belə anlamsız nəticə çıxır ki, ən qədim dövrlərdə Avropada ancaq hind-avropalılar yaşayırmışlar ki, m.ö. II minilliyin sonlarında onların bir hissəsi olan arilər/iranlılar Ön Asiyada yerləşmişlər. Onlardan çox sonra da yalnız erkən orta əsrlərdə haradansa, yəni Orta Asiya və Ön Asiyada əvvəllər yaşamayan türklər “peyda olmuş” və onlar hind-avropalıların qədim məskənlərini ələ keçirərək buranı Türküstan adlandırmış, hətta üstəlik Turan adını da Arilərin aşağı budağı olan xalqların adından götürmüşlər. Şübhəsiz, Şumeri və Midiyanı Ari/ İran mənşəli hesab edən Bartold, Toynbi kimlərinin türklər haqqında yazdıqları bu fikirlər tamamilə əsassızdır. Çünki onlar çox yaxşı bilirlər ki, gerçək olan Turan sivilizasiyasının elmi sübutu bir tərəfdən Arilik nəzəriyyəsi mifinin dağıdılması, digər tərəfdən “sivil xalq” məsələsinin yer dəyişdirməsi deməkdir. Başqa sözlə, Turan/ Türk mədəniyyəti mifdən gerçəkliyə çevrildikcə, Arilik/İranlılıq nəzəriyyəsinin də tam əksinə, “gerçəklik”dən çox uzaq olduğu bəlli olacaqdır. Digər tərəfdən turanlıları Arilərin aşağı budağı elan edib sonra da, Arilərlə Turanlılar arasında daim savaşlardan bəhs olunması inandırıcı görünmür.[5]
Ona görə də Bartold, Toynbi kimilərinin heç bir ciddi əsas olmadan Turanlıları Arilərə, özü də onlara aid aşağı bir xalq kimi bağlaması, eyni zamanda sonralar Turan adına sahib çıxdığını iddia etdikləri türklərin tarixini “gənc”ləşdirməsi sırf “Avropamərkəzçilik” ideologiyasının təzahürüdür. Hər halda heç bir zaman və bu gün də heç bir farsdilli və hinddillilər Turan və Turanlılara sahib çıxmamışlar. Üstəlik, Turanlılarla onlar arasında milli-dini dünyagörüş fərqləri olmuşdur, bu gün də həmin fərqlər qalmaqdadır. “Avesta”dakı Turanlılara gəlincə, onların Arilərə/İranlılara heç bir aidliyi olmadığı kimi, türklər mədəni səviyyə məsələsində də hind-avropa mənşəlilərdən çox fərqlənmiş, başqa sözlə, Arilər bir çox sosial-mədəni məsələləri Turanlılardan öyrənmişdilər. Ona görə də, Turan nəzəriyyəsini mifdən gerçəkliyə çevrilmək istəyiriksə, bunun üçün əlimizi “Avropamərkəzçi” elmdən (G.Hegel, V.V.Bartold, Q.B.Miller, A.Toynbi, Fukuyama, Hantiqton və b.) birdəfəlik üzməliyik. Çünki “Avropamərkəzçilər” arasında elmi obyektivlkdən çıxış edərək “Turan mədəniyyəti”, “Turan İmperiyası” məsələsini gündəmə gətirənlər olmuşdursa da (Le Norman, J.Oppert, Hommel, Says, N.Qrablis və b.), bu çox davamlı olmamışdır.
Bu baxımdan “Avropamərkəzçi” müəlliflərin “İran” anlayışını mənimsəmələri təsadüfi olmamışdır. Əslində “İran”ın indiki ideologiyasını məyyənləşdirən farslardan çox, “Avropamərkəzçi” alimlər olmuşlar. “Arilik” nəzriyyəsini ortaya atan Hind-Avropalı müəlliflər “İran”a da sahiblənməklə Turanı kölgədə qoymağa çalışmışlar. Bunun nəticəsi olaraq İrançılar və Turançıların əsrlərboyu gah hərb meydanlarında, gah da düşüncələrdə bir-birilərinə qarşı apardıqları savaşın sonuncu mərhələsini birincilər qazanmış, nəticədə “Turan”ın böyük bir hissəsi də sonralar “İran”a aid edilmişdir. Hətta, iş o yerə gəlib çatmışdır ki, “İran”ın ərazisi konkret məlum olduğu halda, “Turan”ın ərazisi havadan asılı vəziyyətdə qalmışdır. Bu anlamda Turan dedikdə, türklərin yaşadığı bütün ölkələri dərk etməklə təskinlik tapırıq ki, bununla da bir növ Turan utopiyaya çevrilmişdir.
Bu baxımdan Türk/Turan svilizasiyasının metodoloji açarının Turan alimlərinin öz əllərində olmasına inanırıq. Sadəcə, Turan sivilizasiyası ilə bağlı daha çox araşdırmalar aparmağımız, bununla yanaşı iradə göstərməyimiz lazımdır. Bəlkə də, araşdırmaları dərinləşdirməkdən də önəmli olan milli iradədir. Milli iradə dediyimiz, “Avropamərkəzçi”lərin “Arilik” tabusunu üzərimizdən götürərək, qərbyönlü “Turani”liyi deyil, Türk ruhlu Turançılığı dərk etməkdir. Əlbəttə, o zaman “Avropamərkəzçi”lərin ortaya qoyduğu “Ari”liyin təqlidi olan “Turani”liyin varlığı da mənasız olacaqdır.
Beləliklə, bu gün dünyada az qala onlarla sivilizasiyalar, mədəniyyətlərdən bəhs olunarkən, Türk-Turan mədəniyyətini görməzdən gəlmək, ya da onu Arilik, Buddizm, İslam, Xristian mədəniyyətlərinin tərkib hissəsi kimi təqdim etmək qətiyyən doğru deyildir. Turan sivilizasiyasını ortaya qoymaq üçün, ilk növbədə Prototürklər/Turanlılar, Şumerlər, Kutilər/Qutilər, Troyalılar, Etrusklar, İş Quzlar/Oğuzlar, Aranlar/Albanlar, Kimerlilər, Turukkilər, Mannalılar, Midiyalılar, Hunlar, Kəngərlilər, Qarqarlar, Xəzərlər/ Kaspilər, Səlçuqlar, Baharlılar, Bayandurlular, Osmanlılar, Səfəvilər, Əfşarlar, Qacarların tarixlərini və mədəniyyətlərini öz gözümüzlə, öz şüurumuzla, öz düşüncəmizlə analiz etməliyik. Türk/Turan mədəniyyəti, ya da Turan sivilizasiyası ilk növbədə, məhz bu əski Türk/Turan xalqlarının, onların qurduqları dövlətlərin varlığında özünü büruzə vermişdir. “Eramızdan əvvəl I minilliyinin ortalarında qədim Turana Baqtriya, Margiana, Soqdiana, Xorazm, Parfiya, Amudəryanın aşağı axınları, Zərafşan vahələri, Parkana (Fərqanə) və digər yerlər aid idi. Bu yerlərdə dil və həyat tərzi baxımından çox da fərqlənməyən massagetlər, xorazmlılar, soqdiyalılar, parfiyalılar kimi qəbilələr və xalqlar bəzən köçəri, bəzən oturaq həyat tərzi sürmüşlər”.[6]
Əlbəttə, bəlkə də sadaladığımız bu əski xalqlardan və onların qurduğu dövlətlərdən/imperiyalardan bəzilərinin doğrudan doğruya Türk-Turan mədəniyyətiylə birbaşa bağlılığı olmamışdır. Ancaq Turan sivilizasiyası böyük bir əraziyi, ən azı Alyaskadan Atlantik okeanına qədərki coğrafiyanı əhatə etdiyi üçün Türk-Turan xalqlarının ona yad olan mədəniyyətlərə ciddi şəkldə təsir göstərməsi, eyni zamanda özünün də bundan qidalanması şübhəsizdir.
Bəzi Qərb-Avropa alimləri ikinci müddəalarının zaman zaman gerçəkçi olmamasının aşkara çıxmasılyla üçüncü mülahizəni də ortaya atmışlar. Belə ki, bəzi Qərb müəllifləri yazırlar ki, Turan anlayışı milliyyəti, qövmiyyəti deyil çoğrafi ərazini, ölkəni (Turan ölkəsi, Turan vətəni) ifadə edir. Məsələn, Eliza Reklüye görə, Turan anlayışı altında hələ qədim zamanlarda Asiyadan Quzey Buzlu okeanına və Berinq boğazına qədər ərazilər nəzərdə tutulur.[7] O zaman “İran”ın da “Turan” kimi milliyyət deyil, coğrafi ərazi, vətən adı olması mülhaizələrini irəli sürmək lazımdır. Bu məntiqdən çıxış etsək, “İrandilli xalqlar” anlayışı ya tamamilə mənasızdır ya da əks təqdirdə “Turandilli, Turansoylu xalqlar” istilahı da eyni ciddiyyətlə gündəmə gətirilməlidir. Yəni yalnız birtərəfli olaraq iddia etmək ki, “Turan” ya coğrafi addır ya da Ariliyin aşağı budağıdır, qətiyyən doğru deyildir. Əski dövrlərlə bağlı Turan dedikdə, turların/türklərin yaşadığı ölkə, dövlət, imperiya başa düşülməlidir.
[1] Гумилйев Л. Гeoграфия eтносa в истoричесkий пeриoд. Лeнинград, 1990,с.114
[2] Bartold V.V. Müsəlman dünyası tarixində xəzəryanı bölgələrin yeri. Bakı: Elm, 1999, s.16
[3] Тойнви А.Дж. Постижение истории. Москва, “Айрис-Прессо”, 2003, s..69
[4] Тойнби А.Дж. Исследование истории. Москва, АСТ, 2010, s.202
[5] Ələkbərli Faiq. Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Bakı, “Elm və təhsil”, 2021, s.29
[6] Vohidov Rahim., Eshonqulov Husniddin. Ozbek mumtoz adabiyoti tarixi. O’zbekiston Yozuvchilar uyushmasi Adabiyot jamg’rmasi nashriyoti, 2006, s.15-16
[7] Рekлю Eлизe. Чeлoвek и зeмля. Ст-Пeтeрбург, Брokгaузa и Eфрoнa, 1906, s.396
Alp Ər Tunqa – Əcdadın şanlı adı
Müəllim təkbaşına dövlət olmaldır!
Elm, Sənət, Mənəviyyat – Füzulinin yeni mədəni kimliyinin üç sütunu
Mən də məktəbə getmək istəyirəm - Hekayə
Bakı və Ankaranın arasını buna görə vurmaq lazımdır, anlayırsınızmı?!
Kimsəsiz küçələrin unudulmuş elegiyası
3 oktyabr… İstanbul… – Neçə yanlış bir arada…
İnanc və sınanclar da həyat konsepsiyasıdır
İmam Qəzali: şöhrəti tərk edib həqiqəti axtaran alim
Azərbaycan məhbəs nəsrinin yaradıcısı - Çingiz Ələkbərzadə - 90
İNAM ATANIN (ASİF ATANIN) İNSANLIQ İDEALI
Alp Ər Tunqa – Əcdadın şanlı adı
Türk sivilizasiyasının qədim dövrü
AĞOĞLANIN AĞ GÜNÜ – HADRUTUN AZADLIĞINDAN ALTI İL ÖTÜR…
REKLAM SAHƏSİ
MANŞET XƏBƏRLƏRİ
ABŞ Raul Kastronun həbsinə order verdi
Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA
Eldar Namazov Mehdiyevin məhkəməsində - Video
Azərbaycanın səhiyyə nazirləri: kimlər gəldi, kimlər getdi?
“Müsəlman Birliyi”nin Bakıya hücumunun gizlinləri – İran agenturasını kim fəallaşdırır?
Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - Qiymət
Türk sivilizasiyasının qədim dövrü
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Peskov: Kiyevsiz sülh mümkün deyil
Almaniya Fransaya səyahət xəbərdarlığı etdi
Rubio Zelenskinin iddiasını rədd etdi: “Heç bir fasilə olmadı”
ABŞ Raul Kastronun həbsinə order verdi
Netanyahunun rəqibi seçki yarışından çəkildi
Tramp Putinə yaxınlaşır, Zelenski hədəfdə: Ukraynanı nə gözləyir? - ŞƏRH
Azərbaycan hökumətinə qarşı çağırışlar edən 7 Türkiyə vətəndaşı İnterpola verildi
“Azərbaycanın kulinariya irsini dünyaya tanıtmaq istəyirik” - Səbinə Hacıyeva
ABŞ-dan asılılıq azalır? Avropa öz peyk şəbəkəsini qurur
Azərbaycanda satılan ən bahalı 5 maşın – Qiymətlər
Şimali Koreya sərhəddə hərbi qüvvələrini artırır
DTX avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi
Makron daxili işlər nazirinin istefasını qəbul etmədi
Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA
Paşinyan Japarovla Tokayevi səhv saldı - Video
Qazaxıstanda inqilab üçün məndən kömək istədi - Japarov məşhur oliqarxdan danışdı
Eldar Namazov Mehdiyevin məhkəməsində - Video
Ramiz Mehdiyev AMEA-dan da çıxarılır
Avropada etiraz dalğası böyüyür: Etirazlara səbəb nədir?
Tramp Zelenskiyə qəzəbləndi: “O, müharibəni bitirmək istəmir”
Yaponiyadan Rusiyaya mesaj: Kuril mübahisəsi gündəmdə
Almaniya XİN sui-qəsd planlarına görə İran səfirini nazirliyə çağırıb
Türkiyədən Rusiya və Ukraynaya təklif
ABŞ-da ara seçkilər öncəsi Trampın reytinqi kəskin azaldı
Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək
Pensiyalar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Azərbaycanın səhiyyə nazirləri: kimlər gəldi, kimlər getdi?
“Müsəlman Birliyi”nin Bakıya hücumunun gizlinləri – İran agenturasını kim fəallaşdırır?
"Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək
Ermənistan Azərbaycana 150 milyardlıq ziyan vurub - RƏSMİ
İran müharibəsi başlayır? - ABŞ çağırış etdi
Ben-Qvir Fransa yəhudilərini ölkəni tərk etməyə çağırdı
Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - FOTO
Prezident energetikləri təltif edib – SİYAHI
Dünya üç lider arasında bölünür? – Putin 81 il öncəki ssenarini işə salır
Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!
Çin prezidenti Si Cinpinin səhhəti ilə bağlı sirli məqam: İddia yayıldı
Ukraynadan ABŞ-a ittiham: Rusiya hücumları barədə xəbərdarlıqları gizlədilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Şahin Mustafayevlə davranışı gündəm olan Möhsün Rezai kimdir?
“Salam, Əsgər” - Hərbi-vətənpərvərlik ruhunda yeni mahnı - VİDEO
Allah həqiqətən mövcuddur – sübut tapıldı
“Nəcməddin Sadıqov qışqırdı ki, Madagiz niyə vurulmur?” – 44 günlük müharibənin ilk anları
Si Cinpin qarşıdurma əvəzinə əməkdaşlıq mesajı göndərdi
Arif Hacılının oğlu və gəlininin həbs xəbəri yayıldı
Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama
SON XƏBƏR: DTX avtomobilləri yandıran qrupu yaxaladı
Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 20 Oktyabr 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















