Türk sivilizasiyasının qədim dövrü

03.11.2026

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

VII yazı

Şübhəsiz, indiki halda Qərb ideoloqları üçün, dünyada ilk uyğarlıq hesab olunan Şumer mədəniyyətinin sahibinin Hind/ Avropa, Sami, Turan/Türk ya da naməlum mənşəli xalqların olması kimi müxtəlif nəzəriyyələr səslənməsi daha əlverişlidir, nəinki Şumerlərdən də öncə yeni bir uyğarlığın varlığının ortaya çıxması. Hər halda alimlərin qədim sivilizasiyalarla apardığı araşdırmalar belə bir yeni fikri doğurur ki, əslində dünya alimlərinin bu gün ortaya qoyduqları bir çox sivilizasiyalar, o cümlədən Şumer mədəniyyətinin, şəhər-dövlətlərinin özü də başqa bir sivilizasiyadan qaynaq­lan­mışdır. Ancaq Qərbçi alimlər Şumerdən öncəki mədəniyyətin, sivilizasiyanın formalaşdığı coğrafi ərazinin harada olmasına, eyni zamanda həmin coğrafi ərazilərdə məskunlaşmış xalqların etnik kimliyinə daha yaxşı bələd olduqları üçün, hələlik bu məsələdə susmağa üstünlük verirlər. Şübhəsiz, Qərb alimlərini çoxunu susmağa məcbur edən Şumerdən öncəki mədəniyyətin formalaşdığı coğrafi ərazinin daha çox Turan, həmin coğrafiyanın ən qədim xalqlarının isə Türk mənşəli olmasıdır. Ən önəmlisi odur ki, Şumerlərin Türk olub-olmaması mübahisəli olduğu halda, ancaq Şumer-Türk qarşılıqlı təsirinin olması fikri daha qüvvətli şəkildə ortaya çıxmaqdadır.

Əlbəttə, belə olduğu təqdirdə dünənə qədər Türk mədəniy­yətini bütün mədəniyyətlərdən “gənc”, “barbar” hesab edən “Avropamərkəzçi” Qərb alimləri üçün bunu, bir tərəfdən etiraf etmək çox ağır olduğu qədər də, digər tərəfdən indiki “Qərb sivilizasiyası”nın demokratikliyi, əvəzsizliyi, mükəm­məliyi düşüncəsini də sarsıdır. Bütün bunları doğru analiz edən Tatar mütəfəkkiri Rafael Muhamet­dinov da hesab edir ki, Şumerlərdən öncə olan yeni sivilizasiyanın ortaya çıxışı “Avropamərkəzçi” düşüncənin sonu, Türk mədəniy­yətinin isə yenidən dirilişi olacaqdır: “Bu, özəlliklə günümüzdə önəmlidir, çünki yaxın zamanlara qədər, Türk tarixinə Avropamərkəzçi baxış açısı, Türk xalqları gənc, barbar və özəlliklə köçəri bir qövm olaraq xəyal edirdi. Son zamanlarda bu görüş hər nə qədər sarsılmış olsa da tamamən çürüdülməsi üçün daha da çalışmamız lazımdır. Prototürkləri, dünyadakı ilk uyğarlıq olaraq bilinən Şumer uyğarlığından daha öncə oluşan bir uyğarlıq olaraq qəbul etmənin zamanı gəlmişdir”.[1]

Ona görə də hesab edirik ki, Qərb uyğarlığını elmi cəhətdən əsaslandırmaq üçün onun tarixi köklərini “tapmaq” məsələsində “Avropamərkəzçilər” çox hiyləgər yol tutmuşlar. Onlar bir tərəfdən Qərb sivilizasiyanın nüvəsi olan Yunan-Roma mədəniyyətindən də qədim mədəniyyətləri (Şumer, Elam və b.) özünküləşdirməyə cəhd etdikləri halda, digər tərəfdən həmin mədəniyyətləri Türk-Turan mədəniyyətindən uzaq tutmağa çalışırlar. Çünki Qərb siviliza­siyasının Yunan-Romadan başlaması bir müddət inandırcı görünsə də, sonralar öz əhəmiy­yətini itirmişdir. Belə olduğu təqdirdə, Qərb alimləri dildə, mədəniy­yətdə, fəlsəfədə daha dərinlərə, qədimlərə getmək niyyətinə düşmüşlər. Qərb alimlərinin bu niyyəti Ariliyin ya da Hind-Avropa nəzəriyyəsinin əsasını qoymuşdu ki, onun da köklərini Avropada dərinləşdirmək mümkün olmadığı üçün Şərqə, daha çox da Asiyaya üz tutmuşlar. Bu zamanda heç bir ciddi əsas olmadan hələlik, dünyada ilk sivilizasiya hesab edilən Şumer mədəniyyətini ya Hind-Avropa nəzəriyyəsinə bağlamağa çalışmış ya da naməlum mədəniyyət elan etmişlər.

Əsil həqiqət ondan ibarətdir ki, iranlılar/arilər Ön Asiyaya ayaq basıb güclənənə, yəni öz krallıqlarını, daha sonra imperiya­larını ortaya qoyana qədər bu ərazilərdə söz sahibi Türklər olmuş və onlar daha çox Samidilli xalqlarla (akkadlar, assurlar) müharibə aparmış­lar. Bu anlamda m.ö. IV minildən m.ö. I minilin ortalarına qədər də Ön Asiyada əsas müharibələr Turan İmperiyasıyla ya da ona qonşu olan müstəqil Türk dövlətləriylə Sami mənşəli dövlətlər (Akkad, Assur vəb.) arasında baş vermişdir.

Türklərin ən əski tarixi barədə məlumat verən mənbələr arasında da Sami mənbələri mühüm yerlərdən birini tutur. Türk tayfa və şəxs adlarını ən çox mühafizə edən də məhz samidilli qaynaq­lardır. Qədim türklər özlərini Tanrının evladları hesab etdikləri üçün Şumer və Samidilli Akkad-Asur mənbələrində (m.ö. III minilin sonu II minilin əvvəlləri) daha çox Kut, Subar, Turuk, Turxumit kimi yad edilmişlər.[2] Hər halda iranlı/ari mənbələrindən daha çox samidilli mənbələr (assur, yəhudi, ərəb vəs.) Turanın əsas mərkəzi olan Azərbaycanın yerli əhalisinin turanlı/türk olmasını dəfələrlə təsdiq etmişlər. Bu anlamda Orta əsr ərəb müəlliflərinin dəfələrlə Azərbaycanın Türk yurdu olmasını vurğulamaları məntiqli­dir. Əgər Ərəb müəllif­lərindən biri olan Təbəri m.ö. XIII əsrə aid olaylardan danışarkən “Şemir Azərbaycana sahib olan türklər üzərinə yürüdü” [3] yazırsa, artıq hər şey ortadadır.

Bizcə, tarixdə bizə bəlli ilk Türk/Turan Sami müharibəsi m.ö. 3-cü minillikdə Sumerlərlə Akkadlar, daha sonra Türksoylu Subarlar, Qutlar, Lulular ilə Sami mənşəli Akkadlar, Assurlar arasında baş vermişdir. M.ö. II-I minillərdə isə Türk, Subar, Manna, Saka, İşquz, Midiya dövlətləri Sami dövlətlərinə qarşı mübarizə aparıblar. Sami dövlətləri ya da imperiyaları tam­amilə aradan qalxdıqdan sonra (m.ö.VII əsrin sonlarında) onların yerini İran/Ari mənşəlilər tutmağa başlamışlar. Beləliklə, gerçək olaraq Turan Sami qarşıdurmaları m.ö. VII əsrin sonlarına doğru bitmiş, bu mücadilə öz yerini Turan-Ari mübarizəsinə vermişdir.

Bu gün bizim qarşımızda duran əsas məsələ Türk/Turan mədəniyyətinin dünya mədəniyyətləri arasında özünə­məxsus yer tutmasını, hətta Şumerdən öncəki mövcudluğunu ortaya qoymaqdır. Bu anlamda Türk xalqlarının Turan/Türk sivilizasiyası məsələsinə, o cümlədən Türk fəlsəfəsinə ciddi önəm verməsini vacib sayırıq. Çünki Turan uyğarlığı həm yaxın uzaq Türk-Turan xalqlarını bir araya gətirir, həm də mədəni, tarixi və elmi-fəlsəfi bütövlük yaradır. Ona görə də, “Tufan”dan sonra ortaya çıxmış ikinci Böyük Turan İmperatorluğu dövründə baş verənləri əfsanələrdən təmizləyib elmi obyektivliyə qovuşdur­malıyıq. Özəl­liklə, bu dövlətin qurucusu olan oğuzlar, onların başçısı Oğuz Xaqan və onun varisləri haqqındakı biliklərimizi artırmalı, genişləndirməliyik. [4]

Bizcə, m.ö. IV-II minilliklərdə Böyük Azərbaycan/ Xəzərbay­can ərazilərindəki qədim dövlətlərin əksəriyyəti (Aratta, Subar, Qut, Turuk, Manna və b.) də əsasən Oğuz Xaqanın qurduğu və onun varisləri tərəfindən davam etdirilən Turan İmperiyasının (m.ö. X-V minilliklər) ya bəylikləri olmuş ya da yarımmüstəqil şəkildə mövcudluqlarını qoruyub saxlamışlar. Turan İmperiyasının təkibinə də Böyük Azərbaycan və ona həmhüdud ərazilərdəki bütün türksoylu xalqlar, yəni Sumerlər, Subarlar, Aratta, Qutlar, Turuklar, Kumanlar, Mannalılar, Kimmerlər, Sakalar, İskitlər, Madaylar, Hunlar, Qıpçaq­lar, Qarqarlar, Xəzərlər/Azərlər, Oğuzlar, Alpanlar/ Albanlar və başqaları daxil olmuşlar. Bir sözlə, bizim fikrimizcə, adı çəkilən bu Turan/Türk tayfalarının hamısı Xəzərin az qala bütün ətrafında, yəni Quzey-Doğu, Doğu (Orta Asiya), Quzey-Batı, Batı (Böyük Azər­baycan) və Güney sahillərində yaşayan yerli etnoslar idilər. Deməli, Türklərin ilk yurdu yalnız Güney Azərbaycan deyil, bütövlükdə Böyük Azərbaycan/ Xəzərbaycan, yəni Xəzər dənizinin bütün ətrafı olmuşdur. Əski dövrlərdə olduğu kimi, bu günün özündə də aşağı-yuxarı Xəzər dənizinin bütün ətrafı Türklərin çoxunluqla məskunlaş­dığı ərazilər olaraq qalmaqdadır. “Tədqiqatçılar türklərin ata yurdunu müəyyən etmək üçün əldə edilən arxeologiya materiallarını əsas alırlar. Onlara görə, Türk kimliyinin ortaya çıxdığı ərazilər Altay çevrəsi (Afanasyev mədəniyyəti), Türkmənistan ərazisi (Anav mədəniyyəti), Azərbaycan ərazisi (Kür-Araz mədəniyyəti ) hesab edilir”.[5]

Bizcə, Turanın əsas mərkəzlərindən birinin Azər­bay­can olması, eyni zamanda ilk qüdrətli Turan dövlətinin başçılarından olan Alp Ər Tonqanın Azərbaycanda da bir çox şəhəri bina etdirməsiylə bağlı əfsanələrin olması təbiidir. Bəzi tarixçilərə görə Gəncə şəhərinin əsasını qoyan da Turan xaqanı Alp Ər Tonqa olub. Firdovsiyə görə, onu iranlılar Azərbaycanın Bərdə bölgəsindəki qalasında öldürüblər ki, bunu Təbəri də yazır.[6] Əgər Firdovsi Əfrasiyabı daha çox m.ö. VII əsrdə Sakların lideri olmuş Partatua ilə eyniləşdirirsə, Təbəri Alp Ər Tonqanın ilk ari-türk əlaqələri dövründə m.ö. 13-12-ci əsrlərdə, Musa peygəmbərin zamanında yaşaya biləcəyini də istisna etmir. Bütün hallarda Alp Ər Tonqanın hansı dövrlərdə yaşamasından asılı olmayaraq Azərbay­canla bağlılığı haqqında bilgilər vardır. Hətta, İran milli dastan­larında da əski Turan-İran müharibələrinin Orta Asiyadan çox Azərbaycanda baş verdiyi nəql olunur. Deməli, Turan yalnız Orta Asiya, Xorasan deyil, eyni zamanda Qafqaz və Azərbaycan olmuşdur. Bu anlamda Turan dedikdə, bəzi müəllif­lərin yanlış olaraq yalnız Orta Asiyanı, Xorasanı göstərməsi doğru deyildir. Ergənəkon dastanında da Türklərin əski ataları Türküstana Xəzər dənizinin quzeyindən gəlirlər. Bir sözlə, Doğu Türkləri köklərini Batı tərəflərdə (Xəzərin quzeyi və batısında, ya da Qafqaz və Böyük Azərbaycan ərazilərində) aradığı kimi, Batı Türkləri də Doğuda, yəni Türkü­standa, Xorasanda, Moğolu­standa, Uyğurustanda aramışlar. Deməli, Türklərin Xəzər dənizinin bütün çevrəsində hakim millət olması şübhəsizdir.[7]

[1] Muhametdinov Rafael. Türk Dünyası ve Dünya Görüşü. Türk Yurdu dergisi, nisan 2015, sayı 332, s.30

[2] Ağasıoğlu F. Azərbaycan Türklərinin İslamaqədər tarixi. I Bitik: Tarixi qaynaqlar. Bakı, “Ağrıdağ”, 2014, s.185-187

[3]Taberi. Milletler ve Hükümdarlar Tarihi. II cild. İstanbul, MEB, 1991, s.540.

[4] Həsənov Zaur. Çar Skiflər. Bakı, “Əbilov, Zeynalov və oğulları”, 2005, s.289-292

[5] Nüsrətoğlu T., Nəcəf Ə.N. Türk dövlətləri və mədəniy­yətləri tarixi. Bakı, Xəzər Universiteti Nəşriyyatı, 2023, s.21

[6] Taberi. Milletler ve Hükümdarlar Tarihi. II cild.İstanbul, MEB, 1991, s.649, 731-745

[7] Karatay Osman. Oğuz Hanın kimliği ve tarihi kişiliği üzerine// Çağdaş bilimler işiğında Oğuz Kağan destanı. Ankara, Kripto, 2014, s.24-25


OXŞAR XƏBƏRLƏR

Ölüm hökmü: Ədalət, yoxsa geri dönüşü olmayan səhv?

08:15

Təbəssümü ilə ümid, peşəkarlığı ilə etimad qazanan həkim - Qeyrət Nəsirov

31 Oktyabr 13:29

Ad günüm - Nasir Misirxanov

30 Oktyabr 14:58

MÜSƏLMANIN XEYİRLİSİ VƏ VƏHŞİSİ

29 Oktyabr 11:22

Altı şəhər diyarına, yaxud Altışara yeni səyahət

27 Oktyabr 11:00

İşığın İşığına

27 Oktyabr 10:45

“Böyük dayaq”lı şəxsiyyət - Mirzə İbrahimov–115

27 Oktyabr 10:30

Şərqin əsarəti – Fanatizmin zəncirləri

27 Oktyabr 10:15

Bir daha Himnimiz haqqında

27 Oktyabr 10:00

İnsan, kainat və vicdan

27 Oktyabr 09:30

Oğuz Türk ellərindən - Xələclər

27 Oktyabr 08:30

Türk sivilizasiyasının qədim dövrü

27 Oktyabr 08:15

Bütöv Azərbaycan  - Uluyurd Yolçusu

27 Oktyabr 08:00

Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26 Oktyabr 11:57

QUBADLI: QURTULUŞDAN DİRÇƏLİŞƏ – MƏDƏNİYYƏTİN YURDA DÖNÜŞÜ

25 Oktyabr 14:17

Bələdiyyələrlə bağlı yeni TƏKLİF

23 Oktyabr 14:16

Din və dünyəvilik: Azərbaycan Doktrinası

21 Oktyabr 19:02

Şərqi Türküstan: Tarim və Qobi səhralarının etnotarixi səhifələri

20 Oktyabr 10:00

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Azərbaycan düşməni Zatulindən etiraf: Qarabağın itirilməsinin qarşısını ala bilmədik

2 Noyabr 22:15

Təhsil işçiləri metro və avtobuslardan 1 qəpiyə istifadə edəcəklər

2 Noyabr 15:17

“Artsax mövzusu köhnəlib, Konstitusiyamız dəyişməlidir" - Erməni nazir

2 Noyabr 14:51

Kremldən Tokayevin Rusiyanın TDT-yə qoşulmaq təklifinə CAVAB

2 Noyabr 14:18

Tofiq Zülfüqarov Türkiyə XİN başçılarını müqayisə etdi: "Çavuşoğlunun dövründə..."

2 Noyabr 13:54

Dərsə gəlməyənlər attestat almayacaq, növbəti sinifə keçməyəcək

2 Noyabr 12:25

SON XƏBƏRLƏR

Türk sivilizasiyasının qədim dövrü

08:30

Ölüm hökmü: Ədalət, yoxsa geri dönüşü olmayan səhv?

08:15

Dünya şöhrətli alimimiz Rafiq Əliyevin yeni uğuru - Bu dəfə Türk dünyasından gəldi

08:00

İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı

00:11

Noyabr ayının pensiyaları bu tarixdə ödəniləcək

2 Noyabr 23:49

Dövlət Baxçalıya ağır itki üz verdi

2 Noyabr 23:47

Azərbaycan düşməni Zatulindən etiraf: Qarabağın itirilməsinin qarşısını ala bilmədik

2 Noyabr 22:15

Türkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi

2 Noyabr 22:08

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

2 Noyabr 22:02

Rusiya Türk Dövlətləri Təşkilatı ilə bağlı bəyanat yaydı

2 Noyabr 21:32

Merz: Almaniya küçələrində zorakılığa dözməyəcəyik

2 Noyabr 21:24

İşini itirənin kreditini sığorta ödəyəcək: fürsət, yoxsa əlavə yük?

2 Noyabr 21:23

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

2 Noyabr 21:14

Azərbaycana 1 milyon gətirən kişi TUTULDU: oğlunun toyuna gəlirdi

2 Noyabr 21:09

Trampın taleyi sabah həll ediləcək: Bəs dünyanın?

2 Noyabr 20:55

Xamenei hökumətə ABŞ-la dialoq üçün səlahiyyətlər verdi

2 Noyabr 20:13

Qazaxıstanda dövlət çevrilişinə CƏHD: 10 nəfər saxlanıldı - VİDEO

2 Noyabr 20:12

Trampdan Demokratlara sərt ittiham: “Ölkəmiz tamamilə məhv ola bilər”

2 Noyabr 20:03

Dünyada “Qiyamət” həyəcanı: Rusiya və Ukraynada nüvə siqnalları

2 Noyabr 19:13

Qatar qəzası Sançez hökumətinə zərbə vurdu: Şansını itirə bilər

2 Noyabr 18:17

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

2 Noyabr 18:09

“13 ailə, bir dünya”: Trilyonların sahibləri nə qədər güclüdür?

2 Noyabr 18:00

İran müharibəni dayandırmaq üçün 7 şərt irəli sürdü

2 Noyabr 17:58

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb – Foto

2 Noyabr 17:58

Azərbaycanla sərhəddə raketlər yerləşdirilir? – FOTO

2 Noyabr 17:39

Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə görüşdü

2 Noyabr 17:24

Məktəbə getməyən şagirdləri nə gözləyir? – İki kritik məqam

2 Noyabr 17:20

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5-6 aydır rentgen aparatı xarab olub”

2 Noyabr 17:11

Müharibənin 8-ci ayı: Tehran “razılaşma yaxındır” deyir, Tramp isə yeni zərbəni gözləyir

2 Noyabr 16:54

Pezeşkian xalqa çağırış etdi – “Məni öldürə bilərlər”

2 Noyabr 16:51

Kallasdan Brexit etirafı: Aİ-Britaniya danışıqları asan olmayacaq

2 Noyabr 16:48

Rusiya: İrana yeni hərbi hücum təhlükəsi narahatlıq yaradır

2 Noyabr 16:43

İsraildə hökumət böhranı: Netanyahudan müxalifətə mesaj

2 Noyabr 16:34

Almaniyanın növbəti prezidenti qadın olmalıdır – Merkel

2 Noyabr 16:32

Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirdilər - Rəsmi

2 Noyabr 16:29

Qonşu bunu edirsə, 2500 manat cərimə olunacaq

2 Noyabr 16:23

Nüvə partlayışı zamanı nə etməli? – Bu 5 səhvə yol verməyin

2 Noyabr 16:09

Azərbaycanda 72 saatlıq ehtiyat toplamaqla bağlı çağırış edilə bilər?

2 Noyabr 15:57

Nazirliyin vəzifəli şəxsləri rüşvətə görə həbs edildi

2 Noyabr 15:51

Azərbaycanda anakonda peyda olub? – Video+AÇIQLAMA

2 Noyabr 15:45

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

4 Oktyabr 16:17

Tramp: ABŞ Rusiya və Çin haqqında kəşfiyyat məlumatları toplayır

1 Noyabr 23:40

Ukraynadan ABŞ-a ittiham: Rusiya hücumları barədə xəbərdarlıqları gizlədilib

15 Oktyabr 22:42

Allah həqiqətən mövcuddur – sübut tapıldı

11 Oktyabr 14:45

Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama

5 Oktyabr 11:44

İran 5 yerə parçalanacaq: Əfqanlar Xorasana qədər ərazini tutacaqlar - MÜSAHİBƏ

15 Oktyabr 20:13

SON XƏBƏR: DTX avtomobilləri yandıran qrupu yaxaladı

12 Oktyabr 22:14

Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır

13 Oktyabr 17:01

Nizami Cəfərov: 10 yaşlı uşaq nə bilir hicab nədir? Bu, valideyn təzyiqidir!

13 Oktyabr 18:15

Merz: Ukraynanın Rusiyadakı hədəflərə zərbə endirməsi ağlabatandır

17 Oktyabr 11:22

“Nəsimini Azərbaycana qaytaracaqsınız?” sualına Paşinyandan CAVAB

6 Oktyabr 12:04

Ukrayna kapitulyasiya edəcək? - Kiyevdən KRİTİK AÇIQLAMA

16 Oktyabr 00:01

ŞOK: Tramp İrana qarşı “bütün bombaların anası”ndan istifadə edə bilər

15 Oktyabr 22:50

Hicab bəhanə, hədəf Azərbaycandır? – Türkiyə mediasında təhlükəli oyun

13 Oktyabr 16:24



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью