Türk sivilizasiyasının qədim dövrü
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
VII yazı
Şübhəsiz, indiki halda Qərb ideoloqları üçün, dünyada ilk uyğarlıq hesab olunan Şumer mədəniyyətinin sahibinin Hind/ Avropa, Sami, Turan/Türk ya da naməlum mənşəli xalqların olması kimi müxtəlif nəzəriyyələr səslənməsi daha əlverişlidir, nəinki Şumerlərdən də öncə yeni bir uyğarlığın varlığının ortaya çıxması. Hər halda alimlərin qədim sivilizasiyalarla apardığı araşdırmalar belə bir yeni fikri doğurur ki, əslində dünya alimlərinin bu gün ortaya qoyduqları bir çox sivilizasiyalar, o cümlədən Şumer mədəniyyətinin, şəhər-dövlətlərinin özü də başqa bir sivilizasiyadan qaynaqlanmışdır. Ancaq Qərbçi alimlər Şumerdən öncəki mədəniyyətin, sivilizasiyanın formalaşdığı coğrafi ərazinin harada olmasına, eyni zamanda həmin coğrafi ərazilərdə məskunlaşmış xalqların etnik kimliyinə daha yaxşı bələd olduqları üçün, hələlik bu məsələdə susmağa üstünlük verirlər. Şübhəsiz, Qərb alimlərini çoxunu susmağa məcbur edən Şumerdən öncəki mədəniyyətin formalaşdığı coğrafi ərazinin daha çox Turan, həmin coğrafiyanın ən qədim xalqlarının isə Türk mənşəli olmasıdır. Ən önəmlisi odur ki, Şumerlərin Türk olub-olmaması mübahisəli olduğu halda, ancaq Şumer-Türk qarşılıqlı təsirinin olması fikri daha qüvvətli şəkildə ortaya çıxmaqdadır.
Əlbəttə, belə olduğu təqdirdə dünənə qədər Türk mədəniyyətini bütün mədəniyyətlərdən “gənc”, “barbar” hesab edən “Avropamərkəzçi” Qərb alimləri üçün bunu, bir tərəfdən etiraf etmək çox ağır olduğu qədər də, digər tərəfdən indiki “Qərb sivilizasiyası”nın demokratikliyi, əvəzsizliyi, mükəmməliyi düşüncəsini də sarsıdır. Bütün bunları doğru analiz edən Tatar mütəfəkkiri Rafael Muhametdinov da hesab edir ki, Şumerlərdən öncə olan yeni sivilizasiyanın ortaya çıxışı “Avropamərkəzçi” düşüncənin sonu, Türk mədəniyyətinin isə yenidən dirilişi olacaqdır: “Bu, özəlliklə günümüzdə önəmlidir, çünki yaxın zamanlara qədər, Türk tarixinə Avropamərkəzçi baxış açısı, Türk xalqları gənc, barbar və özəlliklə köçəri bir qövm olaraq xəyal edirdi. Son zamanlarda bu görüş hər nə qədər sarsılmış olsa da tamamən çürüdülməsi üçün daha da çalışmamız lazımdır. Prototürkləri, dünyadakı ilk uyğarlıq olaraq bilinən Şumer uyğarlığından daha öncə oluşan bir uyğarlıq olaraq qəbul etmənin zamanı gəlmişdir”.[1]
Ona görə də hesab edirik ki, Qərb uyğarlığını elmi cəhətdən əsaslandırmaq üçün onun tarixi köklərini “tapmaq” məsələsində “Avropamərkəzçilər” çox hiyləgər yol tutmuşlar. Onlar bir tərəfdən Qərb sivilizasiyanın nüvəsi olan Yunan-Roma mədəniyyətindən də qədim mədəniyyətləri (Şumer, Elam və b.) özünküləşdirməyə cəhd etdikləri halda, digər tərəfdən həmin mədəniyyətləri Türk-Turan mədəniyyətindən uzaq tutmağa çalışırlar. Çünki Qərb sivilizasiyasının Yunan-Romadan başlaması bir müddət inandırcı görünsə də, sonralar öz əhəmiyyətini itirmişdir. Belə olduğu təqdirdə, Qərb alimləri dildə, mədəniyyətdə, fəlsəfədə daha dərinlərə, qədimlərə getmək niyyətinə düşmüşlər. Qərb alimlərinin bu niyyəti Ariliyin ya da Hind-Avropa nəzəriyyəsinin əsasını qoymuşdu ki, onun da köklərini Avropada dərinləşdirmək mümkün olmadığı üçün Şərqə, daha çox da Asiyaya üz tutmuşlar. Bu zamanda heç bir ciddi əsas olmadan hələlik, dünyada ilk sivilizasiya hesab edilən Şumer mədəniyyətini ya Hind-Avropa nəzəriyyəsinə bağlamağa çalışmış ya da naməlum mədəniyyət elan etmişlər.
Əsil həqiqət ondan ibarətdir ki, iranlılar/arilər Ön Asiyaya ayaq basıb güclənənə, yəni öz krallıqlarını, daha sonra imperiyalarını ortaya qoyana qədər bu ərazilərdə söz sahibi Türklər olmuş və onlar daha çox Samidilli xalqlarla (akkadlar, assurlar) müharibə aparmışlar. Bu anlamda m.ö. IV minildən m.ö. I minilin ortalarına qədər də Ön Asiyada əsas müharibələr Turan İmperiyasıyla ya da ona qonşu olan müstəqil Türk dövlətləriylə Sami mənşəli dövlətlər (Akkad, Assur vəb.) arasında baş vermişdir.
Türklərin ən əski tarixi barədə məlumat verən mənbələr arasında da Sami mənbələri mühüm yerlərdən birini tutur. Türk tayfa və şəxs adlarını ən çox mühafizə edən də məhz samidilli qaynaqlardır. Qədim türklər özlərini Tanrının evladları hesab etdikləri üçün Şumer və Samidilli Akkad-Asur mənbələrində (m.ö. III minilin sonu II minilin əvvəlləri) daha çox Kut, Subar, Turuk, Turxumit kimi yad edilmişlər.[2] Hər halda iranlı/ari mənbələrindən daha çox samidilli mənbələr (assur, yəhudi, ərəb vəs.) Turanın əsas mərkəzi olan Azərbaycanın yerli əhalisinin turanlı/türk olmasını dəfələrlə təsdiq etmişlər. Bu anlamda Orta əsr ərəb müəlliflərinin dəfələrlə Azərbaycanın Türk yurdu olmasını vurğulamaları məntiqlidir. Əgər Ərəb müəlliflərindən biri olan Təbəri m.ö. XIII əsrə aid olaylardan danışarkən “Şemir Azərbaycana sahib olan türklər üzərinə yürüdü” [3] yazırsa, artıq hər şey ortadadır.
Bizcə, tarixdə bizə bəlli ilk Türk/Turan Sami müharibəsi m.ö. 3-cü minillikdə Sumerlərlə Akkadlar, daha sonra Türksoylu Subarlar, Qutlar, Lulular ilə Sami mənşəli Akkadlar, Assurlar arasında baş vermişdir. M.ö. II-I minillərdə isə Türk, Subar, Manna, Saka, İşquz, Midiya dövlətləri Sami dövlətlərinə qarşı mübarizə aparıblar. Sami dövlətləri ya da imperiyaları tamamilə aradan qalxdıqdan sonra (m.ö.VII əsrin sonlarında) onların yerini İran/Ari mənşəlilər tutmağa başlamışlar. Beləliklə, gerçək olaraq Turan Sami qarşıdurmaları m.ö. VII əsrin sonlarına doğru bitmiş, bu mücadilə öz yerini Turan-Ari mübarizəsinə vermişdir.
Bu gün bizim qarşımızda duran əsas məsələ Türk/Turan mədəniyyətinin dünya mədəniyyətləri arasında özünəməxsus yer tutmasını, hətta Şumerdən öncəki mövcudluğunu ortaya qoymaqdır. Bu anlamda Türk xalqlarının Turan/Türk sivilizasiyası məsələsinə, o cümlədən Türk fəlsəfəsinə ciddi önəm verməsini vacib sayırıq. Çünki Turan uyğarlığı həm yaxın uzaq Türk-Turan xalqlarını bir araya gətirir, həm də mədəni, tarixi və elmi-fəlsəfi bütövlük yaradır. Ona görə də, “Tufan”dan sonra ortaya çıxmış ikinci Böyük Turan İmperatorluğu dövründə baş verənləri əfsanələrdən təmizləyib elmi obyektivliyə qovuşdurmalıyıq. Özəlliklə, bu dövlətin qurucusu olan oğuzlar, onların başçısı Oğuz Xaqan və onun varisləri haqqındakı biliklərimizi artırmalı, genişləndirməliyik. [4]
Bizcə, m.ö. IV-II minilliklərdə Böyük Azərbaycan/ Xəzərbaycan ərazilərindəki qədim dövlətlərin əksəriyyəti (Aratta, Subar, Qut, Turuk, Manna və b.) də əsasən Oğuz Xaqanın qurduğu və onun varisləri tərəfindən davam etdirilən Turan İmperiyasının (m.ö. X-V minilliklər) ya bəylikləri olmuş ya da yarımmüstəqil şəkildə mövcudluqlarını qoruyub saxlamışlar. Turan İmperiyasının təkibinə də Böyük Azərbaycan və ona həmhüdud ərazilərdəki bütün türksoylu xalqlar, yəni Sumerlər, Subarlar, Aratta, Qutlar, Turuklar, Kumanlar, Mannalılar, Kimmerlər, Sakalar, İskitlər, Madaylar, Hunlar, Qıpçaqlar, Qarqarlar, Xəzərlər/Azərlər, Oğuzlar, Alpanlar/ Albanlar və başqaları daxil olmuşlar. Bir sözlə, bizim fikrimizcə, adı çəkilən bu Turan/Türk tayfalarının hamısı Xəzərin az qala bütün ətrafında, yəni Quzey-Doğu, Doğu (Orta Asiya), Quzey-Batı, Batı (Böyük Azərbaycan) və Güney sahillərində yaşayan yerli etnoslar idilər. Deməli, Türklərin ilk yurdu yalnız Güney Azərbaycan deyil, bütövlükdə Böyük Azərbaycan/ Xəzərbaycan, yəni Xəzər dənizinin bütün ətrafı olmuşdur. Əski dövrlərdə olduğu kimi, bu günün özündə də aşağı-yuxarı Xəzər dənizinin bütün ətrafı Türklərin çoxunluqla məskunlaşdığı ərazilər olaraq qalmaqdadır. “Tədqiqatçılar türklərin ata yurdunu müəyyən etmək üçün əldə edilən arxeologiya materiallarını əsas alırlar. Onlara görə, Türk kimliyinin ortaya çıxdığı ərazilər Altay çevrəsi (Afanasyev mədəniyyəti), Türkmənistan ərazisi (Anav mədəniyyəti), Azərbaycan ərazisi (Kür-Araz mədəniyyəti ) hesab edilir”.[5]
Bizcə, Turanın əsas mərkəzlərindən birinin Azərbaycan olması, eyni zamanda ilk qüdrətli Turan dövlətinin başçılarından olan Alp Ər Tonqanın Azərbaycanda da bir çox şəhəri bina etdirməsiylə bağlı əfsanələrin olması təbiidir. Bəzi tarixçilərə görə Gəncə şəhərinin əsasını qoyan da Turan xaqanı Alp Ər Tonqa olub. Firdovsiyə görə, onu iranlılar Azərbaycanın Bərdə bölgəsindəki qalasında öldürüblər ki, bunu Təbəri də yazır.[6] Əgər Firdovsi Əfrasiyabı daha çox m.ö. VII əsrdə Sakların lideri olmuş Partatua ilə eyniləşdirirsə, Təbəri Alp Ər Tonqanın ilk ari-türk əlaqələri dövründə m.ö. 13-12-ci əsrlərdə, Musa peygəmbərin zamanında yaşaya biləcəyini də istisna etmir. Bütün hallarda Alp Ər Tonqanın hansı dövrlərdə yaşamasından asılı olmayaraq Azərbaycanla bağlılığı haqqında bilgilər vardır. Hətta, İran milli dastanlarında da əski Turan-İran müharibələrinin Orta Asiyadan çox Azərbaycanda baş verdiyi nəql olunur. Deməli, Turan yalnız Orta Asiya, Xorasan deyil, eyni zamanda Qafqaz və Azərbaycan olmuşdur. Bu anlamda Turan dedikdə, bəzi müəlliflərin yanlış olaraq yalnız Orta Asiyanı, Xorasanı göstərməsi doğru deyildir. Ergənəkon dastanında da Türklərin əski ataları Türküstana Xəzər dənizinin quzeyindən gəlirlər. Bir sözlə, Doğu Türkləri köklərini Batı tərəflərdə (Xəzərin quzeyi və batısında, ya da Qafqaz və Böyük Azərbaycan ərazilərində) aradığı kimi, Batı Türkləri də Doğuda, yəni Türküstanda, Xorasanda, Moğolustanda, Uyğurustanda aramışlar. Deməli, Türklərin Xəzər dənizinin bütün çevrəsində hakim millət olması şübhəsizdir.[7]
[1] Muhametdinov Rafael. Türk Dünyası ve Dünya Görüşü. Türk Yurdu dergisi, nisan 2015, sayı 332, s.30
[2] Ağasıoğlu F. Azərbaycan Türklərinin İslamaqədər tarixi. I Bitik: Tarixi qaynaqlar. Bakı, “Ağrıdağ”, 2014, s.185-187
[3]Taberi. Milletler ve Hükümdarlar Tarihi. II cild. İstanbul, MEB, 1991, s.540.
[4] Həsənov Zaur. Çar Skiflər. Bakı, “Əbilov, Zeynalov və oğulları”, 2005, s.289-292
[5] Nüsrətoğlu T., Nəcəf Ə.N. Türk dövlətləri və mədəniyyətləri tarixi. Bakı, Xəzər Universiteti Nəşriyyatı, 2023, s.21
[6] Taberi. Milletler ve Hükümdarlar Tarihi. II cild.İstanbul, MEB, 1991, s.649, 731-745
[7] Karatay Osman. Oğuz Hanın kimliği ve tarihi kişiliği üzerine// Çağdaş bilimler işiğında Oğuz Kağan destanı. Ankara, Kripto, 2014, s.24-25
Ölüm hökmü: Ədalət, yoxsa geri dönüşü olmayan səhv?
Təbəssümü ilə ümid, peşəkarlığı ilə etimad qazanan həkim - Qeyrət Nəsirov
MÜSƏLMANIN XEYİRLİSİ VƏ VƏHŞİSİ
Altı şəhər diyarına, yaxud Altışara yeni səyahət
“Böyük dayaq”lı şəxsiyyət - Mirzə İbrahimov–115
Şərqin əsarəti – Fanatizmin zəncirləri
Oğuz Türk ellərindən - Xələclər
Türk sivilizasiyasının qədim dövrü
Bütöv Azərbaycan - Uluyurd Yolçusu
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri
QUBADLI: QURTULUŞDAN DİRÇƏLİŞƏ – MƏDƏNİYYƏTİN YURDA DÖNÜŞÜ
Bələdiyyələrlə bağlı yeni TƏKLİF
Din və dünyəvilik: Azərbaycan Doktrinası
Şərqi Türküstan: Tarim və Qobi səhralarının etnotarixi səhifələri
REKLAM SAHƏSİ
MANŞET XƏBƏRLƏRİ
Azərbaycan düşməni Zatulindən etiraf: Qarabağın itirilməsinin qarşısını ala bilmədik
Təhsil işçiləri metro və avtobuslardan 1 qəpiyə istifadə edəcəklər
“Artsax mövzusu köhnəlib, Konstitusiyamız dəyişməlidir" - Erməni nazir
Kremldən Tokayevin Rusiyanın TDT-yə qoşulmaq təklifinə CAVAB
Tofiq Zülfüqarov Türkiyə XİN başçılarını müqayisə etdi: "Çavuşoğlunun dövründə..."
Dərsə gəlməyənlər attestat almayacaq, növbəti sinifə keçməyəcək
Türk sivilizasiyasının qədim dövrü
Ölüm hökmü: Ədalət, yoxsa geri dönüşü olmayan səhv?
Dünya şöhrətli alimimiz Rafiq Əliyevin yeni uğuru - Bu dəfə Türk dünyasından gəldi
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
Noyabr ayının pensiyaları bu tarixdə ödəniləcək
Dövlət Baxçalıya ağır itki üz verdi
Azərbaycan düşməni Zatulindən etiraf: Qarabağın itirilməsinin qarşısını ala bilmədik
Türkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi
Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə
Rusiya Türk Dövlətləri Təşkilatı ilə bağlı bəyanat yaydı
Merz: Almaniya küçələrində zorakılığa dözməyəcəyik
İşini itirənin kreditini sığorta ödəyəcək: fürsət, yoxsa əlavə yük?
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Azərbaycana 1 milyon gətirən kişi TUTULDU: oğlunun toyuna gəlirdi
Trampın taleyi sabah həll ediləcək: Bəs dünyanın?
Xamenei hökumətə ABŞ-la dialoq üçün səlahiyyətlər verdi
Qazaxıstanda dövlət çevrilişinə CƏHD: 10 nəfər saxlanıldı - VİDEO
Trampdan Demokratlara sərt ittiham: “Ölkəmiz tamamilə məhv ola bilər”
Dünyada “Qiyamət” həyəcanı: Rusiya və Ukraynada nüvə siqnalları
Qatar qəzası Sançez hökumətinə zərbə vurdu: Şansını itirə bilər
İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?
“13 ailə, bir dünya”: Trilyonların sahibləri nə qədər güclüdür?
İran müharibəni dayandırmaq üçün 7 şərt irəli sürdü
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb – Foto
Azərbaycanla sərhəddə raketlər yerləşdirilir? – FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə görüşdü
Məktəbə getməyən şagirdləri nə gözləyir? – İki kritik məqam
Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5-6 aydır rentgen aparatı xarab olub”
Müharibənin 8-ci ayı: Tehran “razılaşma yaxındır” deyir, Tramp isə yeni zərbəni gözləyir
Pezeşkian xalqa çağırış etdi – “Məni öldürə bilərlər”
Kallasdan Brexit etirafı: Aİ-Britaniya danışıqları asan olmayacaq
Rusiya: İrana yeni hərbi hücum təhlükəsi narahatlıq yaradır
İsraildə hökumət böhranı: Netanyahudan müxalifətə mesaj
Almaniyanın növbəti prezidenti qadın olmalıdır – Merkel
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirdilər - Rəsmi
Qonşu bunu edirsə, 2500 manat cərimə olunacaq
Nüvə partlayışı zamanı nə etməli? – Bu 5 səhvə yol verməyin
Azərbaycanda 72 saatlıq ehtiyat toplamaqla bağlı çağırış edilə bilər?
Nazirliyin vəzifəli şəxsləri rüşvətə görə həbs edildi
Azərbaycanda anakonda peyda olub? – Video+AÇIQLAMA
Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!
Tramp: ABŞ Rusiya və Çin haqqında kəşfiyyat məlumatları toplayır
Ukraynadan ABŞ-a ittiham: Rusiya hücumları barədə xəbərdarlıqları gizlədilib
Allah həqiqətən mövcuddur – sübut tapıldı
Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama
İran 5 yerə parçalanacaq: Əfqanlar Xorasana qədər ərazini tutacaqlar - MÜSAHİBƏ
SON XƏBƏR: DTX avtomobilləri yandıran qrupu yaxaladı
Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
Nizami Cəfərov: 10 yaşlı uşaq nə bilir hicab nədir? Bu, valideyn təzyiqidir!
Merz: Ukraynanın Rusiyadakı hədəflərə zərbə endirməsi ağlabatandır
“Nəsimini Azərbaycana qaytaracaqsınız?” sualına Paşinyandan CAVAB
Ukrayna kapitulyasiya edəcək? - Kiyevdən KRİTİK AÇIQLAMA
ŞOK: Tramp İrana qarşı “bütün bombaların anası”ndan istifadə edə bilər
Hicab bəhanə, hədəf Azərbaycandır? – Türkiyə mediasında təhlükəli oyun
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 03 Noyabr 2026 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















