Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri

11.08.2026

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

I Yazı

Qazaxıstanlı filosof-alimlərinin yazdığı kimi “Türk fəlsəfəsi”, “Türk xalqları fəlsəfəsi” adı altında Özbəkistanda, Qırğızıstanda, Azərbaycanda, Tatarıstanda və başqa Türk dövlətlərində Türk mədəniyyətinə, tarixinə və fəlsəfi fikrinə həsr olunmuş elmi tədqiqatlar aparılması ciddi bir zərurətdir: “Bu ölkələrin ictimai elm nümayəndələri, kulturoloqları və dinşünasları öz ölkələrinin elmi proqramlarının inkişaf strategiyasında bir sıra kompleks tədqiqatlar həyata keçirə, türkdilli xalqların tarixi və mədəniyyətinə dair birgə səylərlə fundamental araşdırmalar apara bilərlər. Bu məqsədlə ali məktəblər üçün yeni dərsliklərin və dərs vəsaitlərinin, məsələn, “Türk xalqlarının fəlsəfə tarixi”, “Mərkəzi Asiya xalqlarının fəlsəfə tarixi”, “Türk fəlsəfəsi” və s. kimi dərsliklərin buraxılması məqsədə müvafiq olar”.[1] İbrahim Maraş doğru yazır ki, Türk fəlsəfə tarixi mənşəyi, əhatə dairəsi, sərhədləri və məzmunu etibarilə həm tarixi, həm coğrafi, həm də yetişdirdiyi mütəfəkkirlər baxımından çox qədim, geniş və müxtəlif təbiətə malikdir. Bu baxımdan, o, çox diqqətlə öyrənilməli və qiymətləndirilməlidir.[2]

Bu anlamda günümüzdə ən aktual məsələlərdən biri Türk xalqları fəlsəfə­sinin, Türk düşüncəsinin əsaslarının araşdırılması, sistemləşdirilməsi və tətbiqidir. Hər halda tarixdə Hind, Yunan, Roma, Çin, Alman, İngilis, Fransız, Ərəb və başqa xalqların fəlsəfələri ilə yanaşı, onlardan heç də az dəyərə malik olmayan Türk fəlsəfəsi də olmuşdur. Ancaq bizlər Türk xalqları olaraq Türk kültürü, Türk sivilizasiyası kimi Türk fəlsəfəsini sistemli hala gətirməyi bacara bilməmişik. Halbuki “Türk fəlsəfəsi”, “Türk fəlsəfəsi tarixi”nin öyrənilməsi Türk millətinin ya da Türk xalqlarının özünüdərkini, özünün tanımasını sürətləndirəcəkldir.[3] Bir millətin fəlsəfə tarixini ortaya çıxarmanın, milləti formalaşdıran fərdlərin dünyagörüşündə edəcəyi dəyişiklik etibariylə, günün və sabahın fəlsəfəsini yaratmaq üçün mühüm olduğu gerçəyi ortaya çıxmaqdadır. Türkiyəli fəlsəfə araşdırmaçılarına görə, bu anlamda Türk fəlsəfəsi tarixi ilə bağlı tədqiqatların nə üçün zəruri olduğunu və hansı faydaları gətirəcəyini ortaya qoymaq vacibdir: “Bu səbəblərə fəlsəfəyə hörmət, tarixə qarşı məsuliyyət hissi, universal mənada gələcəyin qurulmasında rol oynamaq bacarığı və fəlsəfə tarixçiliyi şüuruyla şübhə və maraq hissi daxildir”.[4]

Çox təəssüf ki, bir çoxları “Türk fəlsəfəsi” dedikdə, yalnız Türk dilində yazılmış əsərlərin fəlsəfi təhlilini anlayır. Bundan irəli gələrək də, Türk dilində ilk fəlsəfi əsərlərin Buddizmlə, Maniliklə bağlı olmasından bəhs olunur. Halbuki burada əsas məsələ Türk mədəniyyəti tarixində vahid, davamlı bir Türk fəlsəfəsi olduğunu isbatlamaq çox da çətin deyildir. Bunun üçün mütəfəkkirlərimizin nə yazdıqlarını, hansı dildə yazdıqlarını, nə etmək istədiklərini və keçmişdə bilik, elm və texnologiya quraraq bir sivilizasiya qurma prosesində nə edə bildiklərini araşdırmaq lazımdır. “Siyasi cəhətdən kifayət qədər güclü olduqları dövrdə niyə Türk dilində düşündüklərini, ancaq əsasən fars və ərəb dillərində mətnlər yaratdıqlarını anlamaq, mahiyyətlə cövhər arasındakı əlaqəni gündəmə gətirmək yalnız bu şəkildə edilə bilər. Türk dilində yazmayan Türk filosoflarının niyə belə etdiyini araşdırmaq, geo-fəlsəfə ilə məşğul olmaq və həmin dövrün sosial-siyasi strukturlarını, mədəni dəyişikliklərini və transformasiyalarını araşdırmaq deməkdir”.[5]

Nermi Uyğurun fikrincə də, “Türk fəlsəfəsi” Türk dilində və Türk ruhunda düşünmə hərəkətini yerinə yetirmək deməkdir: “Fəlsəfə mahiyyət, məzmun, Türk dili isə geyim və forma kimi təsvir edilməməlidir, çünki Türkcə düşüncənin elementi, qurucusudur; sonradan düşüncəyə əlavə olunmur. Düşüncəni, daha düşüncə mövcudluğunda yaradan Türk dilidir. Fəlsəfə Türk dili ilə, Türk düşüncəsi ilə daima birlikdə olub zamandaşdır”.[6]O, çox doğru yazır ki, əgər Türk fəlsəfəsinə layiq olduğu dəyəri vermək məqsədimiz varsa, buna yalnız fəlsəfənin özünü izzətləndirməklə nail olmaq olar: “Türk fəlsəfəsinin uğur qazanmasını istəmək fəlsəfənin uğur qazanmasını istəmək deməkdir. Buna görə də, Türklərə xas, türklüyə yaraşan, Türklər tərəfindən dərk edilən və Türk dünyagörüşünü əks etdirən bir fəlsəfə ola bilər. Buna görə də, bu fəlsəfənin dəyəri onun türklüyündən qaynaqlanacaq və bu dəyərin türklükdə tapılmasından daha təbii bir şey ola bilməz”.[7]

Əslində bir millətin tarixi, kültürü, fəlsəfəsi bir bütündür, biri o birini tamam­layır. Biz görürük ki, vaxtilə yunanlar, çinlilər, hindlilər, fransızlar, almanlar və başqa­ları belə də etmişlər.Hesab edirik ki, Türk xalqlarının fəlsəfəsinin ana xəttini Türklük, Tanrıçılıq və İnsanlıq dəyərlərinin vəhdəti, bütünlüyü təşkil edir. Yəni Türk fəlsəfəsi Tanrıçılıq və İnsanlıq fəlsəfəsinin vəh­dətidir. Bu anlamda İnsanlıq fəlsəfəsini “Qərb”in, Tanrıçılıq fəlsəfəsini isə “Şərq”in inhisarından çıxartmağın zamanı­dır. Çünki Qərb “İnsanlıq fəlsəfəsi” üzərinə vurğu yaparaq irəli sürdüyü liberal­izm, demokrat­izm, praqmatizm, marksizm adlı təlimlərlə dünyanın İnsanlıq ruhunu maddiyyatçılığa və mənfəətçiliyə sürükləmişdir.

İslamaqədərki dövrdə Türk fəlsəfəsinin İran, Hind, Yunan, Roma, Yəhudi, Ərəb, Çin və başqa fəlsəfələrdən oxşar və fərqli xüsusiyyətləri vardır.

Hind-Avropa mənşəli hesab olunan İran və Hind fəlsəfəsi insaniyyətçi, dualust xarakterli dəyərləndirilir ki, zaman zaman bu fəlsəfənin Türk xalqlarının dini-fəlsəfi təlimlərinə təsir göstərməsi qaçılmazdır. Eyni zamanda Türkün həqiqətçi, gerçəkçi fəlsəfəsi də İran və Hind fəlsəfəsinə xeyli dərəcədə təsir göstərmişdir. Burada Hind və İran fəlsəfəsini birlikdə göstərməyimiz isə təsadüfi deyil. Çünki bir çox ontoloji və qnoseoloji məsələlərə baxışda İran (zərdüştlük) və Hind fəlsəfəsi (brəhmənizm, buddizm) üst-üstə düşür. Həm zərdüştlük, həm də hind fəlsəfəsi əxlaqi məsuliyyəti ön planda tutur; pis əməllərin mütləq cəzası (cəhənnəm və ya pis karma), yaxşı əməllərin isə mükafatı (cənnət və ya nirvana) vurğulanır. Hind təlimləri (xüsusilə buddizm) daha çox daxili sülhə, meditasiyaya və nəfsin ram edilməsinə fokuslandığı halda, Zərdüştlük fəaliyyətə, həyatın inkişafına və aktiv mübarizəyə çağırır. Şübhəsiz, Zərdüştlükdəki bu keyfiyyətlər isə Türk fəlsəfəsinin (Mağlar təlimi, Tanrıçılıq və b.) təsirindən irəli gəlmişdir.

Hind-İran fəlsəfəsi əsasən, insanı aləmin mərkəzi və bütün əşyanın məna, qayəsi olaraq görür. Varlığın “hikməti vücud”u insandır. İnsanın qədəri təbiət və əşyanın üstündə olub ona istiqamət və qiymət verir. Zərdüşt, Zənd-Avestda bizə insanın xeyirlə şər arasındakı mücadiləyə səhnə olan vicdanını və insan iradəsinin kainat içindəki yüksək mövqeyini göstərdiyi kimi; İslamdan sonrakı bütün İran ədəbiyyatı da müxtəlif şəxsiyyət­ləriylə bu hikmətə nümunə təşkil edir. [8]

Bu anlamda insançı və utopist olan İran fəlsəfəsindəki dualizm özünü Zənd Avestada Hürmüz və Əhrimən formasında büruzə verir. Amma Saka, Midiya, Parfiya dönəmində Turanlıların Farslara-İrana güclü təsiri nəticəsində bu dualizm qismən zəifləmişdir. Zərdüştə görə sonda Hörümüz Əhrimənə qalib gələcək ki, bununla da dünyada bir ahəng, sükunət olacaqdır. “İran hikmətincə, insan Hörümüzlə Əhrimənin çarpışmasından ancaq son gündə qurtulacaqdır, o zaman həyatına inşirah vermək üçün daima son günü “Mehdi”yi gözləmək lazımdır. İran hikmətində “Mehdi”yi gözləmə Zərdüştlükdən irəli gələn bir inancdır. “Mehdi” əqidəsi İran hikmətində İslamdan öncə var idi. Məsələn, İslamdan öncəki İranda mağaraya saxlanıb qiyamətdə çıxacaq “Bəhram Çubin”-də vardır”.[9]

Hilmi Ziya Ülkenin fikrincə, İran fəlsəfəsindən fərqli olaraq Türk hikmətində insan, zidd prinsiplərin ahənginə uyğun yaşadığı müddətcə inşirah (Serenite - sükunət) içərisindədir: “Çünki orada “arzu” imha edilən bir qüvvət, bir növü şeytan və ya Dəccal deyil; fəqət bizi hər an məfkurənin sükunət və mükəmməliyyətinə doğru bir az yüksəldən bir qanaddır. Və yenə orada “məfkurə” bizim əsla ulaşamayacağımız və hər atılışda qırılıb düşəcəyimiz yetişilməz bir aləm; yaxud da bütün ömrümüzcə həsrət içində yalnız ilğımını gördüyümüz çox uzaqlara atılmış bir xəyal deyildir. Fəqət o bizim arzularımıza hər an bir az daha çox atılmaq və yaxınlaşmaq şövqünü verən və başımızı hər qaldırdıqda sevimli üzünü doya doya seyr etdiyimiz “Göy Tanrı”dır. Bunun üçündür ki, Türk hikməti nə Yunan hikməti kimi qədərçi, nə də İran hikməti kimi xəyalçıdır. Ona mütləq bir ad vermək lazımdırsa deyə biləriz ki, Türk hikməti həqiqətçi və tərəqqiçidir”.[10]

[1] Nisanbayev A.N., Kurmanqaliyeva Q.K. Müasir Türk fəlsəfəsi. Fəlsəfə və sosial-siyasi elmlər. 2011, №1(31), s.9-10

[2] Maraş İbrahim. Türk düşünce tarihine giriş // Türk Düşünce Tarihi. El Kitabı. Toplu. Ankara, Grafiker yayınları, 2018, s.13

[3] Yakıt İsmail. Türk-İslam Düşüncesi Üzerine Araştırmalar. İstanbul: Ötüken Neşriyat, 2013, s.18

[4] Bilgin Önder., Tarakçı Anılcan. Türk felsefesi tarihi çalışmalarının dayanakları. Uluslararası Sosyal Araştırmalar Dergisi, Cilt: 12 Sayı: 62 Yıl: 2019, s.869

[5] Uyanık Mevlüt. Türk felsefesi: imkân ve gerekçeleri üzerine notlar // VIII. Uluslararası Тürkoloji Kongresinin Bildirileri. Türkistan, 2019, s.226

[6] Uygur, Nermi, Türk Felsefesinin Boyutları, YKY. Yay., 2.baskı, İstanbul 2012, s.78-79

[7] Uygur, Nermi, Türk Felsefesinin Boyutları, YKY. Yay., 2.baskı, İstanbul 2012, s.82-83

[8] Ülken Hilmi Ziya. Türk tefekkür tarihi. Istanbul, Yapı Kredi Yayınları, 2013, s.48

[9] Yenə orada, s.53

[10] Yenə orada, s.54


OXŞAR XƏBƏRLƏR

Azərbaycan dili: milli dəyərdən beynəlxalq mədəniyyət məkanına

08:00

Qardaşlığın əskik qalan körpüsü: Dil

10 Avqust 14:20

Azərbaycanda ixracatçılara yeni dəstək: daşıma xərclərinin 70 %-ə qədər hissəsi kompensasiya olunacaq

4 Avqust 15:35

Bir daha Himnimiz haqqında

4 Avqust 10:23

Vətənin kutsallığı yetkin fərdlərdən başlayır

4 Avqust 10:03

Türk dünyasının coğrafiyası

4 Avqust 09:48

İran İslam inqilabının lideri Şəriətmədari

4 Avqust 09:31

Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri

4 Avqust 09:11

Azərbaycan Dilinin Dövlətçilik Tarixində Dönüş Nöqtəsi

3 Avqust 16:00

Sərin adamları günün altına...

30 İyul 11:01

Türkçülüyün yeni nəslinin sözü

29 İyul 21:34

Bir daha Himnimiz haqqında

28 İyul 10:12

Mihail Çakırın anadan olmasının 165 illiyinə: qaqauzların milli yaddaşını formalaşdıran ulu ziyalı

28 İyul 09:52

İran İslam inqilabının lideri Şəriətmədari

28 İyul 09:26

XIX əsr qazax ədəbiyyatının problemləri - Professor Kanipaş Madibayevanın dəyərləndirməsində

28 İyul 09:11

İsmayıl müəllim, mən sizi eşitdim…

26 İyul 11:30

Litva – sakitliyin və hüzurun ölkəsi REPORTAJ

24 İyul 11:39

Azərbaycan fəlsəfə elminə yeni dəyərli töhfə – “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış”

24 İyul 00:14

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Nazirliyin dediyi 10 min manatlıq işə işçi tapılmır?

10 Avqust 17:57

Bu şəxslərin müavinəti LƏĞV EDİLƏCƏK

10 Avqust 11:46

Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama

10 Avqust 11:40

Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar

10 Avqust 10:13

Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…

10 Avqust 09:57

Bakıda Rusiya-Ukrayna müharibəsi ilə bağlı görüş olub? - RƏSMİ

10 Avqust 09:24

SON XƏBƏRLƏR

Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri

08:14

Azərbaycan dili: milli dəyərdən beynəlxalq mədəniyyət məkanına

08:00

Kəlbəcərdə zəlzələ oldu

10 Avqust 23:52

Ukraynada qadınların hərbi səfərbərliyi təklif olundu

10 Avqust 23:28

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

10 Avqust 23:10

Alimlər gecələr işıq saçan bitkilər yetişdirdi - Lampalar tarixə qovuşur?

10 Avqust 23:01

ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı birgə bəyanat yayıb

10 Avqust 22:44

SSRİ-nin yaratdığı "qiyamət günü” sistemi: Hələ də bəşəriyyət üçün təhlükəlidir

10 Avqust 22:08

Qarabağ Universitetinin plan yerləri açıqlandı - Tam siyahı

10 Avqust 21:47

SON XƏBƏR: DTX dövlət qulluqçularını hədəf alan beynəlxalq şəbəkə iştirakçılarını tapdı

10 Avqust 20:11

“7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” – Sərkisyan

10 Avqust 18:06

Nazirliyin dediyi 10 min manatlıq işə işçi tapılmır?

10 Avqust 17:57

Bu şəxslərin nəzərinə: Avqustun 12-si başlayır!

10 Avqust 17:46

İstanbulda azərbaycanlı qadının şübhəli ölümü – Bir nəfər axtarılır

10 Avqust 17:30

Ermənilərlə birləşib Paşinyanı devirmək üçün “qolları çırmaladılar”

10 Avqust 17:20

İranın Trampla “qumar oyunu”: Tehran vaxt qazanmaq istəyir

10 Avqust 17:09

Professordan sərt xəbərdarlıq: “Qoca qitə qışa hazır deyil”

10 Avqust 16:53

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

10 Avqust 16:33

Ukrayna savaşında əsas düyün – Şərtlər açıqlandı

10 Avqust 16:29

Neftin qiyməti ilə bağlı şok proqnoz: İlin sonuna qədər...

10 Avqust 16:13

Avropada cinsi yolla keçən xəstəliklər kəskin artır: Səbəb nədir?

10 Avqust 16:12

Pezeşkian: Biz missiya ilə göndərilmiş xalqıq...

10 Avqust 16:09

FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi

10 Avqust 16:03

Kondisioner istifadə edənlərin diqqətinə: Bilmədiyiniz TƏHLÜKƏ

10 Avqust 15:49

Mənzil almaq niyə çətinləşir? – İpoteka faizlərinin azaldılması ilə bağlı YENİ TƏKLİF

10 Avqust 15:42

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

10 Avqust 15:34

Kasko sığortada MÜHÜM DƏYİŞİKLİKLƏR: Sürücülər üçün NƏ DƏYİŞƏCƏK?

10 Avqust 15:30

Müharibənin coğrafiyası dəyişir: Ukrayna Rusiyanın strateji dərinliyinə çatdı

10 Avqust 15:21

Bu tarixədək intensiv yağış yağacaq - Xəbərdarlıq

10 Avqust 15:10

Bəzi məhsullar bahalaşacaq – SİYAHI

10 Avqust 15:03

Azərbaycanda ucuz avtomobillər hərraca çıxarılacaq: 600 manatdan BAŞLAYIR – SİYAHI

10 Avqust 14:54

Azərbaycanda yeni mərkəz yaradılır – Prezidentə məlumat veriləcək

10 Avqust 14:43

Ən bahalı və ən ucuz özəl UNİVERSİTETLƏR

10 Avqust 14:39

Stratejist Eray Güclüər: "Can Azərbaycan Türkiyənin qırmızı xəttidir"

10 Avqust 14:38

Strateji obyektlərlə bağlı yeni qaydalar hazırlanacaq - FƏRMAN

10 Avqust 14:27

Paşinyandan separatçılara: Niyə ölmürsünüz?

10 Avqust 14:24

Qardaşlığın əskik qalan körpüsü: Dil

10 Avqust 14:20

Bu gün təyin olunan səfirlər kimdir? – DOSYE

10 Avqust 14:15

TDT-nin Ankara Zirvə görüşü: Ölkələr arasında sərbəst hərəkətliliyin təmin olunması mexanizmləri müzakirə edilir

10 Avqust 14:02

Azərbaycanın daha iki ölkədəki səfirləri geri çağırıldı

10 Avqust 13:55

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Tramp: Hörmüz açılmasa, İrana çox sərt zərbələr endirəcəyik

5 Avqust 10:27

Tehran iddiaları təkzib etdi: Gəmilər yalnız icazə ilə keçəcək

3 Avqust 10:42

SON DƏQİQƏ! İrana ŞOK xəbərdarlıq: “Bu, son şansınızdır”

4 Avqust 11:11

Rusiya Ukraynanın ən böyük onlayn satış şirkətinin anbarını VURDU

1 Avqust 18:26

Tiktokda küçə söyüşləri söyən qadınla bağlı qərar

25 İyul 17:41

Kürdlər İranı qarışdırır: Tehrandan qisas alacaqlarını deyirlər

4 Avqust 18:11

Ukraynanın ən böyük hücumlarından biri... – Rusiya açıqladı

2 Avqust 13:37

Hər kəsdən GİZLİ hazırlanan hərbi maşın görənləri ŞOKA SALDI - GÖRÜNTÜLƏR

27 İyul 11:07

Tramp razılaşmadan danışır, İran təkzib edir: Pərdəarxasında nə baş verir? - ŞƏRH

4 Avqust 20:25

Netanyahu: İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıyam

5 Avqust 22:58

İsrail mediası: Netanyahu ofisində gərgin saatlar yaşandı

4 Avqust 10:25

Rubio: Biz İranla tezliklə razılığa gəlməyi ümid edirik

4 Avqust 21:08

Ukraynada istefa verən nazir prezident olmağa hazırlaşırmış? – İddia

1 Avqust 15:08

Ankaradan Tehrana: Onları hədəf seçməyin, yoxsa...

1 Avqust 12:22



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью