Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
I Yazı
Qazaxıstanlı filosof-alimlərinin yazdığı kimi “Türk fəlsəfəsi”, “Türk xalqları fəlsəfəsi” adı altında Özbəkistanda, Qırğızıstanda, Azərbaycanda, Tatarıstanda və başqa Türk dövlətlərində Türk mədəniyyətinə, tarixinə və fəlsəfi fikrinə həsr olunmuş elmi tədqiqatlar aparılması ciddi bir zərurətdir: “Bu ölkələrin ictimai elm nümayəndələri, kulturoloqları və dinşünasları öz ölkələrinin elmi proqramlarının inkişaf strategiyasında bir sıra kompleks tədqiqatlar həyata keçirə, türkdilli xalqların tarixi və mədəniyyətinə dair birgə səylərlə fundamental araşdırmalar apara bilərlər. Bu məqsədlə ali məktəblər üçün yeni dərsliklərin və dərs vəsaitlərinin, məsələn, “Türk xalqlarının fəlsəfə tarixi”, “Mərkəzi Asiya xalqlarının fəlsəfə tarixi”, “Türk fəlsəfəsi” və s. kimi dərsliklərin buraxılması məqsədə müvafiq olar”.[1] İbrahim Maraş doğru yazır ki, Türk fəlsəfə tarixi mənşəyi, əhatə dairəsi, sərhədləri və məzmunu etibarilə həm tarixi, həm coğrafi, həm də yetişdirdiyi mütəfəkkirlər baxımından çox qədim, geniş və müxtəlif təbiətə malikdir. Bu baxımdan, o, çox diqqətlə öyrənilməli və qiymətləndirilməlidir.[2]
Bu anlamda günümüzdə ən aktual məsələlərdən biri Türk xalqları fəlsəfəsinin, Türk düşüncəsinin əsaslarının araşdırılması, sistemləşdirilməsi və tətbiqidir. Hər halda tarixdə Hind, Yunan, Roma, Çin, Alman, İngilis, Fransız, Ərəb və başqa xalqların fəlsəfələri ilə yanaşı, onlardan heç də az dəyərə malik olmayan Türk fəlsəfəsi də olmuşdur. Ancaq bizlər Türk xalqları olaraq Türk kültürü, Türk sivilizasiyası kimi Türk fəlsəfəsini sistemli hala gətirməyi bacara bilməmişik. Halbuki “Türk fəlsəfəsi”, “Türk fəlsəfəsi tarixi”nin öyrənilməsi Türk millətinin ya da Türk xalqlarının özünüdərkini, özünün tanımasını sürətləndirəcəkldir.[3] Bir millətin fəlsəfə tarixini ortaya çıxarmanın, milləti formalaşdıran fərdlərin dünyagörüşündə edəcəyi dəyişiklik etibariylə, günün və sabahın fəlsəfəsini yaratmaq üçün mühüm olduğu gerçəyi ortaya çıxmaqdadır. Türkiyəli fəlsəfə araşdırmaçılarına görə, bu anlamda Türk fəlsəfəsi tarixi ilə bağlı tədqiqatların nə üçün zəruri olduğunu və hansı faydaları gətirəcəyini ortaya qoymaq vacibdir: “Bu səbəblərə fəlsəfəyə hörmət, tarixə qarşı məsuliyyət hissi, universal mənada gələcəyin qurulmasında rol oynamaq bacarığı və fəlsəfə tarixçiliyi şüuruyla şübhə və maraq hissi daxildir”.[4]
Çox təəssüf ki, bir çoxları “Türk fəlsəfəsi” dedikdə, yalnız Türk dilində yazılmış əsərlərin fəlsəfi təhlilini anlayır. Bundan irəli gələrək də, Türk dilində ilk fəlsəfi əsərlərin Buddizmlə, Maniliklə bağlı olmasından bəhs olunur. Halbuki burada əsas məsələ Türk mədəniyyəti tarixində vahid, davamlı bir Türk fəlsəfəsi olduğunu isbatlamaq çox da çətin deyildir. Bunun üçün mütəfəkkirlərimizin nə yazdıqlarını, hansı dildə yazdıqlarını, nə etmək istədiklərini və keçmişdə bilik, elm və texnologiya quraraq bir sivilizasiya qurma prosesində nə edə bildiklərini araşdırmaq lazımdır. “Siyasi cəhətdən kifayət qədər güclü olduqları dövrdə niyə Türk dilində düşündüklərini, ancaq əsasən fars və ərəb dillərində mətnlər yaratdıqlarını anlamaq, mahiyyətlə cövhər arasındakı əlaqəni gündəmə gətirmək yalnız bu şəkildə edilə bilər. Türk dilində yazmayan Türk filosoflarının niyə belə etdiyini araşdırmaq, geo-fəlsəfə ilə məşğul olmaq və həmin dövrün sosial-siyasi strukturlarını, mədəni dəyişikliklərini və transformasiyalarını araşdırmaq deməkdir”.[5]
Nermi Uyğurun fikrincə də, “Türk fəlsəfəsi” Türk dilində və Türk ruhunda düşünmə hərəkətini yerinə yetirmək deməkdir: “Fəlsəfə mahiyyət, məzmun, Türk dili isə geyim və forma kimi təsvir edilməməlidir, çünki Türkcə düşüncənin elementi, qurucusudur; sonradan düşüncəyə əlavə olunmur. Düşüncəni, daha düşüncə mövcudluğunda yaradan Türk dilidir. Fəlsəfə Türk dili ilə, Türk düşüncəsi ilə daima birlikdə olub zamandaşdır”.[6]O, çox doğru yazır ki, əgər Türk fəlsəfəsinə layiq olduğu dəyəri vermək məqsədimiz varsa, buna yalnız fəlsəfənin özünü izzətləndirməklə nail olmaq olar: “Türk fəlsəfəsinin uğur qazanmasını istəmək fəlsəfənin uğur qazanmasını istəmək deməkdir. Buna görə də, Türklərə xas, türklüyə yaraşan, Türklər tərəfindən dərk edilən və Türk dünyagörüşünü əks etdirən bir fəlsəfə ola bilər. Buna görə də, bu fəlsəfənin dəyəri onun türklüyündən qaynaqlanacaq və bu dəyərin türklükdə tapılmasından daha təbii bir şey ola bilməz”.[7]
Əslində bir millətin tarixi, kültürü, fəlsəfəsi bir bütündür, biri o birini tamamlayır. Biz görürük ki, vaxtilə yunanlar, çinlilər, hindlilər, fransızlar, almanlar və başqaları belə də etmişlər.Hesab edirik ki, Türk xalqlarının fəlsəfəsinin ana xəttini Türklük, Tanrıçılıq və İnsanlıq dəyərlərinin vəhdəti, bütünlüyü təşkil edir. Yəni Türk fəlsəfəsi Tanrıçılıq və İnsanlıq fəlsəfəsinin vəhdətidir. Bu anlamda İnsanlıq fəlsəfəsini “Qərb”in, Tanrıçılıq fəlsəfəsini isə “Şərq”in inhisarından çıxartmağın zamanıdır. Çünki Qərb “İnsanlıq fəlsəfəsi” üzərinə vurğu yaparaq irəli sürdüyü liberalizm, demokratizm, praqmatizm, marksizm adlı təlimlərlə dünyanın İnsanlıq ruhunu maddiyyatçılığa və mənfəətçiliyə sürükləmişdir.
İslamaqədərki dövrdə Türk fəlsəfəsinin İran, Hind, Yunan, Roma, Yəhudi, Ərəb, Çin və başqa fəlsəfələrdən oxşar və fərqli xüsusiyyətləri vardır.
Hind-Avropa mənşəli hesab olunan İran və Hind fəlsəfəsi insaniyyətçi, dualust xarakterli dəyərləndirilir ki, zaman zaman bu fəlsəfənin Türk xalqlarının dini-fəlsəfi təlimlərinə təsir göstərməsi qaçılmazdır. Eyni zamanda Türkün həqiqətçi, gerçəkçi fəlsəfəsi də İran və Hind fəlsəfəsinə xeyli dərəcədə təsir göstərmişdir. Burada Hind və İran fəlsəfəsini birlikdə göstərməyimiz isə təsadüfi deyil. Çünki bir çox ontoloji və qnoseoloji məsələlərə baxışda İran (zərdüştlük) və Hind fəlsəfəsi (brəhmənizm, buddizm) üst-üstə düşür. Həm zərdüştlük, həm də hind fəlsəfəsi əxlaqi məsuliyyəti ön planda tutur; pis əməllərin mütləq cəzası (cəhənnəm və ya pis karma), yaxşı əməllərin isə mükafatı (cənnət və ya nirvana) vurğulanır. Hind təlimləri (xüsusilə buddizm) daha çox daxili sülhə, meditasiyaya və nəfsin ram edilməsinə fokuslandığı halda, Zərdüştlük fəaliyyətə, həyatın inkişafına və aktiv mübarizəyə çağırır. Şübhəsiz, Zərdüştlükdəki bu keyfiyyətlər isə Türk fəlsəfəsinin (Mağlar təlimi, Tanrıçılıq və b.) təsirindən irəli gəlmişdir.
Hind-İran fəlsəfəsi əsasən, insanı aləmin mərkəzi və bütün əşyanın məna, qayəsi olaraq görür. Varlığın “hikməti vücud”u insandır. İnsanın qədəri təbiət və əşyanın üstündə olub ona istiqamət və qiymət verir. Zərdüşt, Zənd-Avestda bizə insanın xeyirlə şər arasındakı mücadiləyə səhnə olan vicdanını və insan iradəsinin kainat içindəki yüksək mövqeyini göstərdiyi kimi; İslamdan sonrakı bütün İran ədəbiyyatı da müxtəlif şəxsiyyətləriylə bu hikmətə nümunə təşkil edir. [8]
Bu anlamda insançı və utopist olan İran fəlsəfəsindəki dualizm özünü Zənd Avestada Hürmüz və Əhrimən formasında büruzə verir. Amma Saka, Midiya, Parfiya dönəmində Turanlıların Farslara-İrana güclü təsiri nəticəsində bu dualizm qismən zəifləmişdir. Zərdüştə görə sonda Hörümüz Əhrimənə qalib gələcək ki, bununla da dünyada bir ahəng, sükunət olacaqdır. “İran hikmətincə, insan Hörümüzlə Əhrimənin çarpışmasından ancaq son gündə qurtulacaqdır, o zaman həyatına inşirah vermək üçün daima son günü “Mehdi”yi gözləmək lazımdır. İran hikmətində “Mehdi”yi gözləmə Zərdüştlükdən irəli gələn bir inancdır. “Mehdi” əqidəsi İran hikmətində İslamdan öncə var idi. Məsələn, İslamdan öncəki İranda mağaraya saxlanıb qiyamətdə çıxacaq “Bəhram Çubin”-də vardır”.[9]
Hilmi Ziya Ülkenin fikrincə, İran fəlsəfəsindən fərqli olaraq Türk hikmətində insan, zidd prinsiplərin ahənginə uyğun yaşadığı müddətcə inşirah (Serenite - sükunət) içərisindədir: “Çünki orada “arzu” imha edilən bir qüvvət, bir növü şeytan və ya Dəccal deyil; fəqət bizi hər an məfkurənin sükunət və mükəmməliyyətinə doğru bir az yüksəldən bir qanaddır. Və yenə orada “məfkurə” bizim əsla ulaşamayacağımız və hər atılışda qırılıb düşəcəyimiz yetişilməz bir aləm; yaxud da bütün ömrümüzcə həsrət içində yalnız ilğımını gördüyümüz çox uzaqlara atılmış bir xəyal deyildir. Fəqət o bizim arzularımıza hər an bir az daha çox atılmaq və yaxınlaşmaq şövqünü verən və başımızı hər qaldırdıqda sevimli üzünü doya doya seyr etdiyimiz “Göy Tanrı”dır. Bunun üçündür ki, Türk hikməti nə Yunan hikməti kimi qədərçi, nə də İran hikməti kimi xəyalçıdır. Ona mütləq bir ad vermək lazımdırsa deyə biləriz ki, Türk hikməti həqiqətçi və tərəqqiçidir”.[10]
[1] Nisanbayev A.N., Kurmanqaliyeva Q.K. Müasir Türk fəlsəfəsi. Fəlsəfə və sosial-siyasi elmlər. 2011, №1(31), s.9-10
[2] Maraş İbrahim. Türk düşünce tarihine giriş // Türk Düşünce Tarihi. El Kitabı. Toplu. Ankara, Grafiker yayınları, 2018, s.13
[3] Yakıt İsmail. Türk-İslam Düşüncesi Üzerine Araştırmalar. İstanbul: Ötüken Neşriyat, 2013, s.18
[4] Bilgin Önder., Tarakçı Anılcan. Türk felsefesi tarihi çalışmalarının dayanakları. Uluslararası Sosyal Araştırmalar Dergisi, Cilt: 12 Sayı: 62 Yıl: 2019, s.869
[5] Uyanık Mevlüt. Türk felsefesi: imkân ve gerekçeleri üzerine notlar // VIII. Uluslararası Тürkoloji Kongresinin Bildirileri. Türkistan, 2019, s.226
[6] Uygur, Nermi, Türk Felsefesinin Boyutları, YKY. Yay., 2.baskı, İstanbul 2012, s.78-79
[7] Uygur, Nermi, Türk Felsefesinin Boyutları, YKY. Yay., 2.baskı, İstanbul 2012, s.82-83
[8] Ülken Hilmi Ziya. Türk tefekkür tarihi. Istanbul, Yapı Kredi Yayınları, 2013, s.48
[9] Yenə orada, s.53
[10] Yenə orada, s.54
Azərbaycan dili: milli dəyərdən beynəlxalq mədəniyyət məkanına
Qardaşlığın əskik qalan körpüsü: Dil
Vətənin kutsallığı yetkin fərdlərdən başlayır
İran İslam inqilabının lideri Şəriətmədari
Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri
Azərbaycan Dilinin Dövlətçilik Tarixində Dönüş Nöqtəsi
Sərin adamları günün altına...
Türkçülüyün yeni nəslinin sözü
Mihail Çakırın anadan olmasının 165 illiyinə: qaqauzların milli yaddaşını formalaşdıran ulu ziyalı
İran İslam inqilabının lideri Şəriətmədari
XIX əsr qazax ədəbiyyatının problemləri - Professor Kanipaş Madibayevanın dəyərləndirməsində
İsmayıl müəllim, mən sizi eşitdim…
Litva – sakitliyin və hüzurun ölkəsi REPORTAJ
Azərbaycan fəlsəfə elminə yeni dəyərli töhfə – “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış”
REKLAM SAHƏSİ
MANŞET XƏBƏRLƏRİ
Nazirliyin dediyi 10 min manatlıq işə işçi tapılmır?
Bu şəxslərin müavinəti LƏĞV EDİLƏCƏK
Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
Bakıda Rusiya-Ukrayna müharibəsi ilə bağlı görüş olub? - RƏSMİ
Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri
Azərbaycan dili: milli dəyərdən beynəlxalq mədəniyyət məkanına
Ukraynada qadınların hərbi səfərbərliyi təklif olundu
Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?
Alimlər gecələr işıq saçan bitkilər yetişdirdi - Lampalar tarixə qovuşur?
SSRİ-nin yaratdığı "qiyamət günü” sistemi: Hələ də bəşəriyyət üçün təhlükəlidir
Qarabağ Universitetinin plan yerləri açıqlandı - Tam siyahı
SON XƏBƏR: DTX dövlət qulluqçularını hədəf alan beynəlxalq şəbəkə iştirakçılarını tapdı
“7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” – Sərkisyan
Nazirliyin dediyi 10 min manatlıq işə işçi tapılmır?
Bu şəxslərin nəzərinə: Avqustun 12-si başlayır!
İstanbulda azərbaycanlı qadının şübhəli ölümü – Bir nəfər axtarılır
Ermənilərlə birləşib Paşinyanı devirmək üçün “qolları çırmaladılar”
İranın Trampla “qumar oyunu”: Tehran vaxt qazanmaq istəyir
Professordan sərt xəbərdarlıq: “Qoca qitə qışa hazır deyil”
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu
Ukrayna savaşında əsas düyün – Şərtlər açıqlandı
Neftin qiyməti ilə bağlı şok proqnoz: İlin sonuna qədər...
Avropada cinsi yolla keçən xəstəliklər kəskin artır: Səbəb nədir?
Pezeşkian: Biz missiya ilə göndərilmiş xalqıq...
FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi
Kondisioner istifadə edənlərin diqqətinə: Bilmədiyiniz TƏHLÜKƏ
Mənzil almaq niyə çətinləşir? – İpoteka faizlərinin azaldılması ilə bağlı YENİ TƏKLİF
Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır
Kasko sığortada MÜHÜM DƏYİŞİKLİKLƏR: Sürücülər üçün NƏ DƏYİŞƏCƏK?
Müharibənin coğrafiyası dəyişir: Ukrayna Rusiyanın strateji dərinliyinə çatdı
Bu tarixədək intensiv yağış yağacaq - Xəbərdarlıq
Bəzi məhsullar bahalaşacaq – SİYAHI
Azərbaycanda ucuz avtomobillər hərraca çıxarılacaq: 600 manatdan BAŞLAYIR – SİYAHI
Azərbaycanda yeni mərkəz yaradılır – Prezidentə məlumat veriləcək
Ən bahalı və ən ucuz özəl UNİVERSİTETLƏR
Stratejist Eray Güclüər: "Can Azərbaycan Türkiyənin qırmızı xəttidir"
Strateji obyektlərlə bağlı yeni qaydalar hazırlanacaq - FƏRMAN
Paşinyandan separatçılara: Niyə ölmürsünüz?
Qardaşlığın əskik qalan körpüsü: Dil
Bu gün təyin olunan səfirlər kimdir? – DOSYE
Azərbaycanın daha iki ölkədəki səfirləri geri çağırıldı
Tramp: Hörmüz açılmasa, İrana çox sərt zərbələr endirəcəyik
Tehran iddiaları təkzib etdi: Gəmilər yalnız icazə ilə keçəcək
SON DƏQİQƏ! İrana ŞOK xəbərdarlıq: “Bu, son şansınızdır”
Rusiya Ukraynanın ən böyük onlayn satış şirkətinin anbarını VURDU
Tiktokda küçə söyüşləri söyən qadınla bağlı qərar
Kürdlər İranı qarışdırır: Tehrandan qisas alacaqlarını deyirlər
Ukraynanın ən böyük hücumlarından biri... – Rusiya açıqladı
Hər kəsdən GİZLİ hazırlanan hərbi maşın görənləri ŞOKA SALDI - GÖRÜNTÜLƏR
Tramp razılaşmadan danışır, İran təkzib edir: Pərdəarxasında nə baş verir? - ŞƏRH
Netanyahu: İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıyam
İsrail mediası: Netanyahu ofisində gərgin saatlar yaşandı
Rubio: Biz İranla tezliklə razılığa gəlməyi ümid edirik
Ukraynada istefa verən nazir prezident olmağa hazırlaşırmış? – İddia
Ankaradan Tehrana: Onları hədəf seçməyin, yoxsa...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 11 Avqust 2026 08:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















