Türkanın ölümü ilkginc faktları açdı Səhiyyədəki gizli gücün HİKMƏTİ FOTO | Icma.az
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu günlərdə daha bir gənc xanımın xəstəxanada komaya düşməsi və ölümü xəbəri ölkədə həkim səhlənkarlığı və səhiyyə xidmətinin vəziyyəti ilə bağlı müzakirələri yenidən aktuallaşdırdı.
Söhbət əlindəki ziyili götürmək üçün Gəncə Beynəlxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadədən gedir.
Gənc qız əməliyyat öncəsi narkozdan sonra allergik şok keçirib və komaya düşüb.
10 gün sonra isə xəstəxanada həyatını itirib.Azərbaycan Beynəlxalq Bankının (ABB) işçisi olan Türkan nişanlı imiş və gələn ay toyu olacaqmış.Türkan BalakişizadəValideynlərinin sözlərinə görə, qızları xəstəxanaya sağlam göndərilib.
Heç bir yanaşı xəstəliyi və əməliyyat öncəsi verdiyi analizlərində problem olmayıb.Beləliklə, adi bir ziyilə görə gənc qız həyatından oldu, bir ailənin işığı söndü...Bəs, hadisə necə baş verib?
Necə olub ki, Türkan narkozdan allergik şok keçirib? Ümumiyyətlə, ona narkoz verilməli imişmi?
Əməliyyatdan öncə bütün lazımı analizlər aparılbsa, necə olub ki, allergik şok ehtimalı nəzərə alınmayıb?Düşündürücü suallardır.
Tam oxu
Xəbəri oxu