Icma.az
close
up
RU
Türkanın ölümü ilkginc faktları açdı Səhiyyədəki gizli gücün HİKMƏTİ FOTO

Türkanın ölümü ilkginc faktları açdı Səhiyyədəki gizli gücün HİKMƏTİ FOTO

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bu günlərdə daha bir gənc xanımın xəstəxanada komaya düşməsi və ölümü xəbəri ölkədə həkim səhlənkarlığı və səhiyyə xidmətinin vəziyyəti ilə bağlı müzakirələri yenidən aktuallaşdırdı. Söhbət əlindəki ziyili götürmək üçün Gəncə Beynəlxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadədən gedir.

Gənc qız əməliyyat öncəsi narkozdan sonra allergik şok keçirib və komaya düşüb. 10 gün sonra isə xəstəxanada həyatını itirib.

Azərbaycan Beynəlxalq Bankının (ABB) işçisi olan Türkan nişanlı imiş və gələn ay toyu olacaqmış.

Türkan Balakişizadə


Valideynlərinin sözlərinə görə, qızları xəstəxanaya sağlam göndərilib. Heç bir yanaşı xəstəliyi və əməliyyat öncəsi verdiyi analizlərində problem olmayıb.

Beləliklə, adi bir ziyilə görə gənc qız həyatından oldu, bir ailənin işığı söndü...

Bəs, hadisə necə baş verib? Necə olub ki, Türkan narkozdan allergik şok keçirib? Ümumiyyətlə, ona narkoz verilməli imişmi? Əməliyyatdan öncə bütün lazımı analizlər aparılbsa, necə olub ki, allergik şok ehtimalı nəzərə alınmayıb?

Düşündürücü suallardır. Maraqlısı isə odur ki, xəstəxana rəhbərliyi bu suallara doğru-düzgün cavab vermək əvəzinə daha çox digər məqamları qabardır. "Xəstə yaxınlarının aidiyyəti qurumlara heç bir şikayəti yoxdur", "Xəstə narkozu özü istəyib",

“Ölümün səbəbi narkozun çox və ya az verilməsi deyil", "Xəstənin müraciət səbəbi nə ziyil, nə də törəmə deyil" və s. kimi absurd, məsələnin mahiyyətinə heç bir dəxli olmayan cavablar...

Bu səbəbdən Bakupost.az olaraq, məsələyə aydınlıq gətirmək üçün Gəncə Beynəlxalq Xəstəxanasına rəsmi sorğu ünvanladıq. Sorğunun verilməsindən 3 iş günü keçməsinə baxmayaraq, hələ də rəsmi cavab yoxdur. Bu səbəbdən yenidən Gəncə Beynəlxalq Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə şöbə rəhbəri Leyla Məmmədova ilə əlaqə saxladıq. O, yenə də suallarımıza cavab vermək əvəzinə "Xəstənin yaxınlarının şikayəti yoxdur", "Xəstə ilə bağlı məlumatları açıqlamağa ixtiyarımız yoxdur" kimi cavablarla kifayətləndi. Son sözü isə bu oldu ki, "məsələ ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır, müvafiq ekspertizanın rəyi hazır olduqdan sonra sorğunuza cavab veriləcək, gözləyin".

Xəstəxananın direktoru ilə əlaqə saxlamaq istədikdə isə L.Məmmədova onun adını açıqlamaq və əlaqə nömrələrini verməkdən imtina etdi.

Biz isə Araşdırmalarımız zamanı Gəncə Beynəlxalq Xəstəxanası və onun rəhbərliyi ilə bağlı ilginc məlumatlar əldə etdik.

Aydın oldu ki, vaxtilə mərhum Vergilər naziri Fazil Məmmədova məxsus olan həmin xəstəxananı hazırda faktiki olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri, professor Hikmət İbrahimli işlədir.

Hikmət İbrahimli


Bakupost.az -ın əldə etdiyi məlumata görə, hətta Hikmət İbrahimli həmin xəstənaya öz bacısı qızını direktor təyin etdirib. Gülnara adlı həmin xanım xəstəxananın direktoru olsa da, faktiki olaraq, işə çıxmır, distant qaydada fəaliyyət göstərir. Xəstəxananın idarçiliyini baş həkim Tural Əfəndiyev və Leyla Məmmədova həyata keçirirlər.

Onu da qeyd edək ki, Hikmət İbrahimlinin bölgə xəstəxanalarında rəhbər postlara təyinatlar məsələsində əsas söz sahiblərindən biri olduğu da bildirilir. Hətta iddia olunur ki, o, Hacıqabuldan Şəmkirə qədər TƏBİB-in tabeliyində olan bütün xəstəxanalara öz adamlarını direktor təyin etdirib.

Həmin direktorlara təsir imkanları olan Hikmət İbrahimli bölgələrdəki bütün ağır xəstələri onların vasitəsilə Gəncə Beynəlxaq Xəstəxanasına yönəldir.

O da qeyd olunur ki, Hikmət İbrahimli təkcə regionlarda deyil, Bakıda da böyük imkanlara sahibdir. Belə ki, o, paytaxtda bir neçə özəl klinikalara şəriklik edir, eyni zamanda bəzi dövlət xəstəxanalarının texniki təchizatını həyata keçirir...

Azər,

Baku Post


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 Fevral 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see249

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see238

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see200

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see199

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see193

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see187

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see177

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see159

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see141

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see134

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see134

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see133

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see131

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see130

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see124

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri