Türkiye : ABŞ PKK nın Suriyadakı şaxəsinə daha maaş verməyəcək

28.01.2025

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Hurriyyet.az xəbər verir ki, "Türkiye" qəzeti bölgədəki mənbələrə istinadla Suriyadakı PKK/YPG (PKK-nın Suriyadakı şaxəsi) terrorçularının ABŞ tərəfindən maliyyələşdirilməsinin dayandırıldığını yazıb.
Qəzetin yazdığına görə, ABŞ Prezdenti Donald Trampın digər dövlətlərə yardımı dayandırılması barəsində qərarını imzalanmasından sonra PKK/YPG terrorçularının da maliyyələşdirilməsi dayandırılıb, onların nəqliyyat, ərzaq xərcləri kəskin şəkildə məhdudlaşdırılıb.  Xəbərdə bildirilir ki, terror təşkilatının maliyyə məsələlərinə cavabdeh şəxsləri xərclərin məhdudlaşdırılacağı, "yanvar-fevral aylarındakı maaşların axırıncı ola biləcəyi" barəsində xəbərdarlıq ediblər.
"Türkiye" nəşrinin Suriyanın Rakka və Haseke bölgələrindəki mənbələrə istinadla verdiyi məlumata görə, terrorçuların muzdları 3 qrupa bölünüb: 40, 60 və 150 dollar alanlar. Fevral ayından sonra muzd ödənilməsinin dayandırılacağı bildirilir. Mənbənin verdiyi məlumata görə, hətta təşkilat öz daxili imkanları hesabına aylıq ödəməyə çalışsa belə, həmin məbləğlər əvvəlkindən iki dəfə az olacaq. 
Hürr Tərcüman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью