Türkiye : ABŞ PKK nın Suriyadakı şaxəsinə daha maaş verməyəcək
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Hurriyyet.az xəbər verir ki, "Türkiye" qəzeti bölgədəki mənbələrə istinadla Suriyadakı PKK/YPG (PKK-nın Suriyadakı şaxəsi) terrorçularının ABŞ tərəfindən maliyyələşdirilməsinin dayandırıldığını yazıb.
Qəzetin yazdığına görə, ABŞ Prezdenti Donald Trampın digər dövlətlərə yardımı dayandırılması barəsində qərarını imzalanmasından sonra PKK/YPG terrorçularının da maliyyələşdirilməsi dayandırılıb, onların nəqliyyat, ərzaq xərcləri kəskin şəkildə məhdudlaşdırılıb. Xəbərdə bildirilir ki, terror təşkilatının maliyyə məsələlərinə cavabdeh şəxsləri xərclərin məhdudlaşdırılacağı, "yanvar-fevral aylarındakı maaşların axırıncı ola biləcəyi" barəsində xəbərdarlıq ediblər.
"Türkiye" nəşrinin Suriyanın Rakka və Haseke bölgələrindəki mənbələrə istinadla verdiyi məlumata görə, terrorçuların muzdları 3 qrupa bölünüb: 40, 60 və 150 dollar alanlar. Fevral ayından sonra muzd ödənilməsinin dayandırılacağı bildirilir. Mənbənin verdiyi məlumata görə, hətta təşkilat öz daxili imkanları hesabına aylıq ödəməyə çalışsa belə, həmin məbləğlər əvvəlkindən iki dəfə az olacaq.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 28 Yanvar 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















