Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının hesabat-seçki qurultayı keçirilib.
Teleqraf.com- un Türkiyə bürosu xəbər verir ki, Türkiyənin İstanbul şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) VII hesabat-seçki qurultayı keçirilib.
İki gün davam edən qurultayda TADEF-ə üzv olan 24 dərnəyi təmsil edən 106 nümayəndədən 90 nəfəri istirak edib.
24 dərnəkdən 5-i İstanbul, 3-ü Qars, 3-ü Ankara, 2-si Adana, 2-si Kocaeli şəhərlərini, Eskişehir, Bilecik, Karabük, Antalya, Ədirnə, Hatay, Balıkəsir, Manisa va İzmir şəhərlərinin hər birini isə bir dərnək təmsil edib.
Daha sonra TADEF rəhbərliyinin hesabatı dinlənilib, federasiyanın nizamnaməsinə əlavə və dəyişikliklər layihəsi səsə qoyularaq qəbul edilib.
İş adamı Ədalət Turan yekdiliklə yenidən növbəti müddətə TADEF rəhbəri seçilib.
Həmçinin, bir qrup diaspora fəalı “Diaspora fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib.