Icma.az
close
up
RU
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının hesabat seçki qurultayı keçirilib

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının hesabat seçki qurultayı keçirilib

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının hesabat-seçki qurultayı keçirilib.

Teleqraf.com- un Türkiyə bürosu xəbər verir ki, Türkiyənin İstanbul şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) VII hesabat-seçki qurultayı keçirilib.

İki gün davam edən qurultayda TADEF-ə üzv olan 24 dərnəyi təmsil edən 106 nümayəndədən 90 nəfəri istirak edib. 24 dərnəkdən 5-i İstanbul, 3-ü Qars, 3-ü Ankara, 2-si Adana, 2-si Kocaeli şəhərlərini, Eskişehir, Bilecik, Karabük, Antalya, Ədirnə, Hatay, Balıkəsir, Manisa va İzmir şəhərlərinin hər birini isə bir dərnək təmsil edib.

Daha sonra TADEF rəhbərliyinin hesabatı dinlənilib, federasiyanın nizamnaməsinə əlavə və dəyişikliklər layihəsi səsə qoyularaq qəbul edilib. İş adamı Ədalət Turan yekdiliklə yenidən növbəti müddətə TADEF rəhbəri seçilib.

Həmçinin, bir qrup diaspora fəalı “Diaspora fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib.

Təltif olunanlar, diaspora fəaliyyətində göstərilən diqqət və qayğıya görə Azərbaycan hökümətinə öz minnətdarlığını bildirib.

Tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran Azərvaycan Diaspora Komitəsinin Sədri Fuad Muradov bu il həyata keçiriləcək layihələrdən danışıb:

“Bu il keçiriləcək Avropa həkimlər formuna avropa ilə yanaşı, Türkiyədə yaşayan həkimlərimizi də dəvət etməyi düşünürük. İki aydan sonra həm Türkiyədə həm avropada yaşayan həkimlərimizlə görüşümüz baş tutacaq. Həmçinin Amerikada yaşayan azərbaycanlı həkimlər tərəfindən də forum üçün müraciətlər almışıq.“

Diaspora sədri Türkiyədə yaşayan azərbaycanlıların məktəb probleminə də toxunub.

“Tədrisə başlamaq üçün ilk növbədə sənədsiz şəxslər pasportla təmin edilməlidir. Bu baxımdan Azərbaycan dövlətinin həyata keçirdiyi iş ondan ibarətdir ki, tez bir zamanda kimlik məsələsi həll olunsun. Əsasən də ilk növbədə valideynlər, daha sonra onların övladları şəxsiyyət vəsiqəsi ilə təmin olunacaq. Bu istiqamətdə artıq 7 mindən çox şəxsə şəxsiyyət vəsiqəsi təqdim olunub. Bu 90- cı illərdən qalan problemi Azərbaycan və Türkiyə dövləti birgə həll edir. Məktəblə bağlı danışıqlar isə Azərbaycan və Türkiyə təhsil nazirlikləri arasında aparılır. Bizim hökumətlərarası komissiyada bu məsələlər bir neçə dəfə müzakirə olunub.”

Qeyd edib ki, Azərbaycan diaspor təşkilatları öz fəaliyyətlərində Prezident İlham Əliyevin “Bizim bir ailəmiz var, o da Türk Dövlətləri Təşkilatıdır” fikrini əsas tutmalı, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin diaspor təşkilatları ilə əlaqələri dərinləşdirməli və vahid platformadan çıxış etməlidirlər.
Sonda bir qrup diaspor fəalına təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 18 Yanvar 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri