Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünən Ankarada Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.Bu görüş, təkcə iki qardaş ölkə arasındakı münasibətlərin inkişafı baxımından deyil, həm də regional və qlobal geosiyasi proseslər kontekstində xüsusi əhəmiyyət daşıyır.
Xüsusilə Ukrayna-Rusiya müharibəsinin davam etdiyi, Qərb və Şərq blokları arasında qarşıdurmanın dərinləşdiyi bir şəraitdə bu cür yüksək səviyyəli təmaslar yeni güc balansının formalaşmasına işarə edə bilər.Azərbaycan və Türkiyə Cənubi Qafqazda strateji müttəfiq olaraq çıxış edir, həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə sıx əməkdaşlıq edirlər.Hazırkı şəraitdə onların birgə atacağı addımlar regional təhlükəsizlik arxitekturasına necə təsir göstərə bilər?
Bu görüş yeni iqtisadi və enerji layihələrinin başlanğıcı ola bilərmi?
Türkiyə və Azərbaycanın hərbi əməkdaşlığı daha da dərinləşəcəkmi?Bu sualların cavabları görüşdən sonra verilən bəyanatlarda və yaxın zamanda atılacaq addımlarda öz əksini tapacaq.
Hazırkı qlobal qeyri-müəyyənlik fonunda Əliyev-Ərdoğan görüşü, təkcə Bakı və Ankara üçün deyil, həm də bölgədə maraqları olan bütün oyunçular üçün mühüm siqnallar verir.Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Nazim Cəfərsoy bildirib ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın son görüşü, iki ölkə arasındakı münasibətlərin daha da dərinləşdiyini, regional güc balansında yeni mərhələnin başlandığını göstərir.
Onun sözlərinə görə, bu görüş təkcə ikitərəfli əlaqələr kontekstində deyil, həm də türk dünyasının inteqrasiyası, Cənubi Qafqazın geosiyasi reallıqları və qlobal proseslər baxımından mühüm əhəmiyyət daşıyır.N.Cəfəsrsoy bildirib ki, bu strateji görüşü əlamətdar edən əsas hadisələrdən biri İğdır-Naxçıvan təbii qaz boru kəmərinin açılışı oldu.
Layihə Azərbaycanın enerji təminatını daha da möhkəmləndirməklə yanaşı, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığının yeni səviyyəyə çatdığını nümayiş etdirir.