Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Türkiyə Azərbaycan strateji tərəfdaşlığı: Yeni geosiyasi reallıqlar və fürsətlər

Türkiyə Azərbaycan strateji tərəfdaşlığı: Yeni geosiyasi reallıqlar və fürsətlər

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünən Ankarada Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

Bu görüş, təkcə iki qardaş ölkə arasındakı münasibətlərin inkişafı baxımından deyil, həm də regional və qlobal geosiyasi proseslər kontekstində xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Ukrayna-Rusiya müharibəsinin davam etdiyi, Qərb və Şərq blokları arasında qarşıdurmanın dərinləşdiyi bir şəraitdə bu cür yüksək səviyyəli təmaslar yeni güc balansının formalaşmasına işarə edə bilər.

Azərbaycan və Türkiyə Cənubi Qafqazda strateji müttəfiq olaraq çıxış edir, həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə sıx əməkdaşlıq edirlər.

Hazırkı şəraitdə onların birgə atacağı addımlar regional təhlükəsizlik arxitekturasına necə təsir göstərə bilər? Bu görüş yeni iqtisadi və enerji layihələrinin başlanğıcı ola bilərmi? Türkiyə və Azərbaycanın hərbi əməkdaşlığı daha da dərinləşəcəkmi?

Bu sualların cavabları görüşdən sonra verilən bəyanatlarda və yaxın zamanda atılacaq addımlarda öz əksini tapacaq. Hazırkı qlobal qeyri-müəyyənlik fonunda Əliyev-Ərdoğan görüşü, təkcə Bakı və Ankara üçün deyil, həm də bölgədə maraqları olan bütün oyunçular üçün mühüm siqnallar verir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Nazim Cəfərsoy bildirib ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın son görüşü, iki ölkə arasındakı münasibətlərin daha da dərinləşdiyini, regional güc balansında yeni mərhələnin başlandığını göstərir. Onun sözlərinə görə, bu görüş təkcə ikitərəfli əlaqələr kontekstində deyil, həm də türk dünyasının inteqrasiyası, Cənubi Qafqazın geosiyasi reallıqları və qlobal proseslər baxımından mühüm əhəmiyyət daşıyır.

N.Cəfəsrsoy bildirib ki, bu strateji görüşü əlamətdar edən əsas hadisələrdən biri İğdır-Naxçıvan təbii qaz boru kəmərinin açılışı oldu. Layihə Azərbaycanın enerji təminatını daha da möhkəmləndirməklə yanaşı, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığının yeni səviyyəyə çatdığını nümayiş etdirir. Bu boru kəməri həm də Azərbaycanın enerji marşrutlarının şaxələndirilməsi baxımından önəmli addımdır və bütövlükdə regionun enerji təhlükəsizliyinə müsbət təsir göstərəcək.

Nazim Cəfərsoy: Azərbaycan və Türkiyə yalnız regional deyil, qlobal siyasətdə də təsir imkanlarını artırır

Həmsöhbətimizə görə, görüşün Ukrayna-Rusiya müharibəsinin davam etdiyi və qlobal güc balansının dəyişdiyi bir şəraitdə baş tutması xüsusi diqqət çəkir:

"Hal-hazırda Rusiya və ABŞ arasında münasibətlər gərginləşməkdədir və Avropa İttifaqı ilə Amerika arasında müəyyən fikir ayrılıqları meydana çıxır. Eyni zamanda, Ukraynanın müharibədəki mövqeyi mürəkkəbləşdikcə, regionda yeni siyasi və iqtisadi konfiqurasiyalar formalaşır. Bu proseslər fonunda Azərbaycan və Türkiyə üçün yeni fürsətlər meydana gəlir. Azərbaycan enerji sahəsindəki strateji rolunu daha da gücləndirərək, Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilir. Türkiyə isə həm enerji tranzit ölkəsi, həm də Avropa ilə Asiya arasında strateji körpü rolunu möhkəmləndirir".

Politoloq Türkiyə və Azərbaycanın əməkdaşlığının təkcə bu iki ölkənin gücünü artırmaqla kifayətlənmədiyini, eyni zamanda Türk Dünyasının beynəlxalq arenada daha fəal rol oynamasına şərait yaratdığını qeyd edib:

"Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan inteqrasiya prosesləri bu əməkdaşlığın regional və qlobal təsir gücünü artırır. Beynəlxalq münasibətlər sistemində yeni iqtisadi və siyasi balanslar formalaşır və hər bir dövlət bu dəyişən şərtlərə uyğun yeni strategiyalar müəyyənləşdirir. Azərbaycan və Türkiyə də bu çərçivədə regional və qlobal güc balansında öz mövqelərini möhkəmləndirmək üçün qarşılıqlı əməkdaşlığı daha da genişləndirirlər. Nəticədə, görüş həm iki ölkənin strateji maraqlarına xidmət edir, həm də daha geniş miqyasda yeni geosiyasi konfiqurasiyanın formalaşmasına töhfə verir. Azərbaycan və Türkiyə yalnız regional deyil, qlobal siyasətdə də təsir imkanlarını artıraraq, yeni güc mərkəzlərinin formalaşmasında mühüm oyunçulara çevrilirlər".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Mart 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri