“Türkiyə bu regionlarda ABŞnin əsas müttəfiqinə çevrilə bilər” Tramp dövründən əsas gözlən…
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Trampın ABŞ prezidenti kimi fəaliyyətə başlamasına beş həftədən az vaxt qalıb.
Hazırkı Bayden administrasiyası və Trampın komandası bu tarix üçün fəal işləyirlər.
Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətinin necə olacağını anlamaq üçün ilk növbədə ABŞ-nin Cənubi Qafqazdakı hazırkı vəziyyətinə nəzər salaq”.“AzPolitika” xəbər verir ki, bu barədə politoloq Fərhad Məmmədov bildirib.
“Ümumiyyətlə, Bayden administrasiyası Cənubi Qafqaz regionuna böyük diqqət ayırıb.
Lakin ABŞ-ın region ölkələrində mövqeyi fərqli istiqamətlərdə inkişaf edib”, - o, əlavə edib.F.Məmmədovun sözlərinə görə, Ermənistanda hər şey alındı, strateji qarşılıqlı fəaliyyətlə bağlı sənədlər imzalandı, Ermənistan Müdafiə Nazirliyində hərbi müşavir peyda oldu: “Hakim elita ABŞ-nin Ermənistan xüsusi xidmət orqanlarına nüfuz etməsi üçün şərati yaradır, Rusiya ən azı ictimai qavrayış səviyyəsində sıxışdırılır.
Baydenin səlahiyyət müddətinin sonunda Gürcüstanla problemlər yarandı, hökumətə və hakim partiyaya qarşı sanksiyalar tətbiq olundu”.Politoloq Azərbaycanla heç nə alınmadığını vurğulayır: “ABŞ-nin vasitəçilikdə erməni mərkəzli yanaşması münaqişənin həlli prosesində nəticə vermədi.
Əksinə, Dövlət Departamentinin rəhbəri Blinkenin Azərbaycan rəhbərliyi ilə bağlı ikili mövqeyi Bakı ilə münasibətlərdə gərginliyin artmasına səbəb oldu.
Tam oxu
Xəbəri oxu