Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

“Türkiyə bu regionlarda ABŞnin əsas müttəfiqinə çevrilə bilər” Tramp dövründən əsas gözləntilər AzPolitika onlayn siyasiictimai qəzet

“Türkiyə bu regionlarda ABŞnin əsas müttəfiqinə çevrilə bilər” Tramp dövründən əsas gözləntilər AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Trampın ABŞ prezidenti kimi fəaliyyətə başlamasına beş həftədən az vaxt qalıb. Hazırkı Bayden administrasiyası və Trampın komandası bu tarix üçün fəal işləyirlər. Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətinin necə olacağını anlamaq üçün ilk növbədə ABŞ-nin Cənubi Qafqazdakı hazırkı vəziyyətinə nəzər salaq”.

“AzPolitika” xəbər verir ki, bu barədə politoloq Fərhad Məmmədov bildirib.

“Ümumiyyətlə, Bayden administrasiyası Cənubi Qafqaz regionuna böyük diqqət ayırıb. Lakin ABŞ-ın region ölkələrində mövqeyi fərqli istiqamətlərdə inkişaf edib”, - o, əlavə edib.

F.Məmmədovun sözlərinə görə, Ermənistanda hər şey alındı, strateji qarşılıqlı fəaliyyətlə bağlı sənədlər imzalandı, Ermənistan Müdafiə Nazirliyində hərbi müşavir peyda oldu: “Hakim elita ABŞ-nin Ermənistan xüsusi xidmət orqanlarına nüfuz etməsi üçün şərati yaradır, Rusiya ən azı ictimai qavrayış səviyyəsində sıxışdırılır. Baydenin səlahiyyət müddətinin sonunda Gürcüstanla problemlər yarandı, hökumətə və hakim partiyaya qarşı sanksiyalar tətbiq olundu”.

Politoloq Azərbaycanla heç nə alınmadığını vurğulayır: “ABŞ-nin vasitəçilikdə erməni mərkəzli yanaşması münaqişənin həlli prosesində nəticə vermədi. Əksinə, Dövlət Departamentinin rəhbəri Blinkenin Azərbaycan rəhbərliyi ilə bağlı ikili mövqeyi Bakı ilə münasibətlərdə gərginliyin artmasına səbəb oldu.

Bundan əlavə ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi prosesini təşkil edə bilmədi. Ermənistan-Türkiyə sərhədinin açılmasına nail ola bilmədi. Gürcüstan hökuməti ilə münasibətlərdə yaranan fəsadlar ABŞ-yə regiondakı geosiyasi oyununu tam şəkildə qurmağa imkan vermir”.

Trampın dövründə nə baş verə bilər?!


F.Məmmədov bu suala belə cavab verir: ”Andiçmə, təyinatlar və namizədlərin Konqresdə təsdiqindən sonra xarici siyasətə cavabdeh olan strukturlar mart ayına kimi tam fəaliyyətə başlayacaq. Cənubi Qafqaz mövzusunun prioritet olmadığını nəzərə alsaq, xarici siyasətin əsas mövzuları - Rusiyanın Ukraynaya təcavüzü, Yaxın Şərq/İran, Çinlə münasibətlərə dair yanaşmalar formalaşdıqdan sonra növbə bizim regiona gələcək.

Bununla yanaşı, Trampın dövründə dövlət sisteminin optimallaşdırılması və transformasiyası, ABŞ-nin xarici siyasət alətlərinin azaldılması ehtimalı yüksəkdir. Bununla belə, Birləşmiş Ştatlar fəal xarici siyasətdən əl çəkməyəcək, sadəcə olaraq müttəfiqlərinin resurslarından istifadə edəcək və xristianları qorumaq ideoloji elementi ilə birgə praqmatizm prioritet olacaq.

Praqmatik məqsədlərə aşağıdakılar daxildir:

- Cənubi Qafqaz Mərkəzi Asiyaya giriş qapısı kimi önəmli olacaq;

- Rusiya - Ukrayna müharibəsinin gedişi və Trampın vasitəçi mövqeyindən asılı olaraq Rusiyanın regiondan sıxışdırılması mövzusu aktual olacaq;

- İranla əlaqələrin inkişafından asılı olaraq bu kontekstdə Cənubi Qafqazın yeri və rolu formalaşacaq”.

Trampın regiondakı əsas müttəfiqi və ya  təmsilçisi kim olacaq?

Ekspert qeyd edir ki, bu rolu Türkiyə, Fransa və müəyyən qədər Böyük Britaniya və İsrail əldə edə bilər. Onun sözlərinə görə, Parisdə Makron artıq Zurabaşvilli və Paşinyanı Trampa təqdim etməklə regionda ABŞ-ni təmsil etmə imkanlarını nümayiş etdirib.

“Suriyada dəyişən situasiya göstərdi ki, Türkiyə Yaxın Şərqdə ABŞ-ın əsas müttəfiqinə çevrilə bilər. Bu rolu Cənubi Qafqazla bağlı da nəzərdən keçirmək olar. İngilislər və israillilər, bir qayda olaraq, regionda ABŞ-nin görünməz müttəfiqləri rolunu oynayırlar”, - o, əlavə edib.

F.Məmmədov qeyd edir ki, Azərbaycanın Fransanın regionda uğur qazanmadığını göstərməsi gözlənilir.

O, vurğulayır ki, Fransanın Gürcüstandakı mövqeyi də önəmlidir və Makronun İvanişviliyə zənginə məhz Parisi regionda ABŞ-nin əsas təmsilçisi kimi təqdim etmək kontekstində baxmaq lazımdır: “Paralel olaraq, regionda hər bir ölkə öz resurslarını toparlayır. Bölgədə hələ də həll olunmamış və Trampı maraqlandıra biləcək mövzular var: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi, Ermənistan-Türkiyə normallaşması, Ermənistanın KTMT-dən çıxması. Tramp administrasiyasının regionla bağlı mövqeyinin formalaşması üçün vacib meyar onun Gürcüstan hökumətinə münasibəti ola bilər və indiki Bayden administrasiyası da məhz bu istiqamətdə hərəkət edir”.

Fərhad Məmmədov deyir ki, vaxt tükənir, lakin bu, Trampın dövründə ABŞ-nin regiona yanaşmasını formalaşdıra biləcək hadisələrin baş verməyəcəyi anlamına gəlmir.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Dekabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri