Türkiyə ilə İran arasında KRİZİS Nə baş verir? | Icma.az
News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hakan Fidanın açıqlamasından sonra türk səfir XİN-ə çağırıldı; dünyaca məşhur nəşr həyəcan təbili çaldı - iki müsəlman nəhəngi üz-üzə gələ bilərmi?Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranın regional siyasətini sərt tənqid etməsi iki ölkə arasında gərginliyə səbəb olub.
Nazir deyib ki, İranın regional siyasəti yanlışdır, bu siyasət bəzən qələbələr də gətirə bilər, ancaq uzunmüddətli perspektivdə İrana və regiona ağır başa gəlir: “Əgər siz (İran-red.) başqa ölkədəki bir qrupa dəstək verməklə narahatlıq yaratmağa çalışırsınızsa, başqa bir ölkə də sizin ölkənizdəki qruplara dəstək verməklə sizi narahat edəcək.
Bu o deməkdir ki, artıq dünyada heç bir şey gizli qalmır. Başqa insanlar sizin malik olduğunuz qabiliyyətlərə malikdirlər.
Odur ki, sənin şüşənə daş atılmasını istəmirsənsə, başqalarının şüşəsinə daş atma”.
Fidanın açıqlamaları İranın siyasi dairələrində ciddi narazılıq yaradıb. Öncə İran XİN sözçüsü İsmayıl Bəqai məsələyə münasibət bildirib.
O qeyd edib ki, bəzi türk tərəfdaşlar öz siyasətlərinin nəticələri haqqında daha dərindən düşünməlidirlər.“Tehran hesab edir ki, region ölkələrinin prioriteti öz xalqlarının maraqlarına xidmət edən təhlükəsizlik sistemi yaratmaq olmalıdır”, - o bildirib.Daha sonra isə Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlanğıç XİN-ə dəvət edilib, xarici işlər nazirinin müavini Mahmud Heydəri ilə görüşüb, Fidanın açıqlamalarına bu cür etiraz edilib: “İki ölkənin ortaq maraqları və regional şərtlərin həssaslığı ikitərəfli münasibətlərdə fikir ayrılıqlarına və gərginliyə səbəb ola biləcək yanlış şərhlər və qeyri-real təhlillərin aparılmamasını tələb edir”.Maraqlıdır ki, bu günlərdə Türkiyə və İranın yaxın dövrdə yeni bir geosiyasi mübarizəyə başlaya biləcəyi barədə “Nəşnl İnterest” (Nİ) məqalə yazıb.
İddiaya görə, respublikaçı konqresmenlərin bəziləri Türkiyə və İran arasında yaxın dövrdə İraqda qarşıdurma başlayacağını düşünürlər.
Tam oxu
Xəbəri oxu