Icma.az
close
up
RU
Türkiyə ilə İran arasında KRİZİS Nə baş verir?

Türkiyə ilə İran arasında KRİZİS Nə baş verir?

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hakan Fidanın açıqlamasından sonra türk səfir XİN-ə çağırıldı; dünyaca məşhur nəşr həyəcan təbili çaldı - iki müsəlman nəhəngi üz-üzə gələ bilərmi?

Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranın regional siyasətini sərt tənqid etməsi iki ölkə arasında gərginliyə səbəb olub. Nazir deyib ki, İranın regional  siyasəti yanlışdır, bu siyasət bəzən qələbələr də gətirə bilər, ancaq uzunmüddətli perspektivdə İrana və regiona ağır başa gəlir: “Əgər siz (İran-red.) başqa ölkədəki bir qrupa dəstək verməklə narahatlıq yaratmağa çalışırsınızsa, başqa bir ölkə də sizin ölkənizdəki qruplara dəstək verməklə sizi narahat edəcək. Bu o deməkdir ki, artıq dünyada heç bir şey gizli qalmır. Başqa insanlar sizin malik olduğunuz qabiliyyətlərə malikdirlər. Odur ki, sənin şüşənə daş atılmasını istəmirsənsə, başqalarının şüşəsinə daş atma”. Fidanın açıqlamaları İranın siyasi dairələrində ciddi narazılıq yaradıb. Öncə İran XİN sözçüsü İsmayıl Bəqai məsələyə münasibət bildirib. O qeyd edib ki, bəzi türk tərəfdaşlar öz siyasətlərinin nəticələri haqqında daha dərindən düşünməlidirlər.

“Tehran hesab edir ki, region ölkələrinin prioriteti öz xalqlarının maraqlarına xidmət edən təhlükəsizlik sistemi yaratmaq olmalıdır”, - o bildirib.

Daha sonra isə Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlanğıç XİN-ə dəvət edilib, xarici işlər nazirinin müavini Mahmud Heydəri ilə görüşüb, Fidanın açıqlamalarına bu cür etiraz edilib: “İki ölkənin ortaq maraqları və regional şərtlərin həssaslığı ikitərəfli münasibətlərdə fikir ayrılıqlarına və gərginliyə səbəb ola biləcək yanlış şərhlər və qeyri-real təhlillərin aparılmamasını tələb edir”.

Maraqlıdır ki, bu günlərdə Türkiyə və İranın yaxın dövrdə yeni bir geosiyasi mübarizəyə başlaya biləcəyi barədə “Nəşnl İnterest” (Nİ) məqalə yazıb. İddiaya görə, respublikaçı konqresmenlərin bəziləri Türkiyə və İran arasında yaxın dövrdə İraqda qarşıdurma başlayacağını düşünürlər. Amerikalı siyasətçilər hesab edirlər ki, Türkiyə İraqda İranın təsir zonasını kəşfiyyat bacarıqları ilə azaldacaq və bu, qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalını yeni toqquşma meydanına çevirə bilər. ABŞ-da bu mübarizənin qalibinin Türkiyə olacağı proqnozlaşdırılır.(Mənbə:Publika.az)

Konqres kulislərindəki müzakirələr Türkiyənin Suriya və İraqda İranın əsas geostrateji rəqibinə çevrildiyi yönündədir. “Türkiyə son günlər Suriya hakimiyyətinin də dəstəyi ilə şimaldakı kürdləri (PYD/YPG terrorçuları-red.) sıxışdırmağa çalışır, bu istiqamətdə hərbi əməliyyatları intensivləşdirib. İran bölgədəki kürd qruplaşmalarına dəstək vermir, çünki özü də kürd problemi ilə üz-üzədir. Lakin Tehran Türkiyənin bölgədəki hərbi əməliyyatlarının kürd qruplaşmalarla məhdudlaşmayacağını, İraqda İranın dəstəklədiyi şiə milis qruplarının da hədəfə çevriləcəyini anlayır”, - nəşr yazır.

Konqres üzvlərinin hazırladığı hesabatlarda bir məqama xüsusilə diqqət çəkilir: “Türkiyə və İran arasındakı qarşıdurma Yaxın Şərqdə hələ heç kimin qalib olmadığı İraqda şiddətlənərsə, Ankara qalib olacaq. Türkiyə İran daxilindəki müxalifləri belə dəstəkləyərək, Tehran rejimini çökdürməyə çalışacaq. Qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalında geosiyasi tarazlığı Türkiyə-İran qarşıdurması müəyyən edəcək”.

Sabiq naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a söylədi ki, İran on illərdir regionda pozuculuq və xaos yaratmaq siyasəti yürüdür: “Bu siyasətlə uzağa getmək mümkün deyildi və belə də oldu. İsraili məhv etməklə hədələyən İranın Yaxın Şərqdə yaratdığı və on illər boyu yüz milyardlarla dollar vəsait xərcləyərək maliyyələşdirdiyi proksiləri İsrail ordusu tərəfindən qısa zaman kəsiyində yerlə yeksan edildi. Bunun ardınca İranın Yaxın Şərqdə ən böyük dayağı olan Suriyada Əsəd rejimi devrildi və İran bunun qarşısını almaq üçün səsini belə çıxara bilmədi. Bir sözlə, indiki dönəmdə İran ətrafında həlqə daralmaqdadır. Türkiyə ilə tarixən bölgədə rəqabət aparan İran indi Türkiyənin regionda mövqelərinin getdikcə möhkəmlənməsinin fərqindədir. Türkiyənin dəstəyi ilə Azərbaycanın Qarabağda erməni separatçılarını ağır məğlubiyyətə düçar etməsi də İranın Cənubi Qafqaz xəyallarının alt-üst olması demək idi. Bu gün Rusiya-Ukrayna münaqişəsinin həlli yollarının axtarılması üçün ABŞ-ın Türkiyə platformasını seçməsi də Birləşmiş Ştatların yeni prezidentinin Türkiyəyə güvəninin təzahürüdür. İran bütün bu baş verənlərdən bərk əndişəlidir. Regional müstəvidə bir-birinin ardınca mövqelərini Türkiyəyə və İsrailə təhvil vermək zorunda qalan İran, indi də İraqdakı mövqelərini itirmək təhlükəsi ilə üz-üzə qalıb”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov iki müsəlman ölkə arasında hər hansı bir toqquşma ehtimalını real saymır: “Türkiyə ilə İran arasında rəqabət tarixən olub və hətta bu ciddi qarşıdurmalaradək gedib çıxıb. Xüsusən də 1979-cu ildə İranda rejim dəyişikliyindən və dindarların hakimiyyətə gəlişindən sonra bu rəqabət daha da qızışıb. Bu gün də Tehran rejimi təhlükəli oyunların içindədir. Böyük bir coğrafiyada təsir gücünü saxlamaq üçün proksi qüvvələr saxlayır, onları silah-sursatla təchiz edir, maliyyələşdirir. Yəməndə husilər, Livanda Hizbullah, Fələstində HƏMAS, Suriyada və İraqda bir qrup şiələri dəstəkləməklə lazım gələndə onları öz maraqlarına uyğun hərəkətə gətirir. Tehran son zamanlar Azərbaycan və Türkiyə qarşı da ritorikasını sərtləşdirib, təbliğat müharibəsinə başlayıb. Bu təbliğat müharibəsində təkcə media deyil, dinçilərdən, mühafizəkar qanaddan, hətta İranın elit hərbi gücü olan SEPAH-dan da istifadə edir. Ali dini liderin Ərdəbil vilayəti üzrə nümayəndəsi Amilinin təşkil etdiyi tədbirlər və etdiyi çıxışlar Türkiyənin və Azərbaycanın açıq hədəf seçilməsinə açıq işarə idi. Əsəd rejiminin süquta uğraması İranın Ankaraya olan qəzəb və ədavətini daha da artırdı. Tehran rejimi konkret at çəkməsə də, Əsədin devrilməsini qonşu dövlətlə birlikdə İsrail və ABŞ həyata keçirdi deyə bəyan etdi. Suriyanın yeni hakimiyyətini və onu dəstəkləyən qonşu dövləti, yəni Türkiyəni hədələdi. Bir məsələ də artıq aydındır ki, İran region uğrunda mübarizədə Türkiyəyə uduzur. Türkiyənin rolu və önəmi artır. Qarşısına çıxarılan maneələr uzun müddət duruş gətirə bilmir. Bu isə molla rejimini hədsiz qıcıqlandırır. Türkiyənin regionda güclənməsini şərtləndirən bir çox səbəblər var ki, bu İran üçün yalnız xəyal edilə bilər. Türkiyə son illər özünün hərbi qüdrətini və döyüş qabiliyyətini kifayət qədər artırıb. Hərbi sənaye kompleksi dünyanın aparıcı ölkələri ilə rəqabətə girə bilir. İqtisadi və strateji müttəfiqləri çox genişdir. Dünyanın əsas hərbi siyasi mərkəzi olan NATO-nun aparıcı üzvlərindən biridir. Türkiyə, həm də təhlükəsizlik təminatı deməkdir. İnvestisiya deməkdir. Bunların heç biri İranda yoxdur. Belə olan halda Türkiyə ilə İran arasında hansısa toqquşmanın baş verə biləcəyini düşünmürəm. Əksinə, İsrailin və ABŞ-ın yeni prezidentinin İranla bağlı yürütdüyü siyasət fonunda Tehranın Ankaraya ehtiyacı var və heç vəhclə münasibətlərin gərginləşməsinə risk etməz. Beynəlxalq imperialist güclərin Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi kürd separatizminin də Ankara sonuna çıxmaqdadır. İranın Türkiyəyə qarşı istifadə edə biləcəyi yumşaq güc, dini və milli ekstremizm faktorları yoxdur və olsa da bu çox zəifdir. Ankara isə Tehranı çökdürə biləcək güney soydaşlarımız faktoruna malikdir. Bu, kifayət edər”.

\\Yeni Müsavat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Mart 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri