Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı nəinki ölkə mətbuatının, o cümlədən dünya mətbuatının da diqqət mərkəzindədir.
Ölkə Prezidentinin xüsusilə Türkiyə-İsrail münasibətləri ilə bağlı dediyi fikirlər böyük marağa səbəb olub.
Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu qeyd edən dövlətimizin başçısı əlavə edib ki, bu iki ölkə arasında anlaşılmazlıq narahatedicidir: “Türkiyə ilə müttəfiq ölkəyik.
Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”.
İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib.
Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir”.Dövlətimizin başçısının bu fikirləri bir neçə aspektdən əhəmiyyətli və diqqətəlayiqdir.
Hesab edirəm ki, bu fikirlər ciddi şəkildə təhlil edilməli və həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətə təqdim olunmalıdır.Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.Onun sözlərinə görə, ölkə Prezidentinin forumdakı çıxışı, xüsusilə də səsləndirdiyi bu fikirlər bir daha təsdiqləyir ki, Azərbaycan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyasına sadiqdir.