Türkiyə klubunun avtobusu qəzaya uğrayıb: İki futbolçu xəsarət alıb

30.01.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin "Konyaspor" klubunun 19 yaşadək futbolçularından ibarət komandasını daşıyan avtobus yük avtomobili ilə toqquşub.

"Cebheinfo.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində avtobus sürücüsü və iki futbolçu xəsarət alıb.

"Konyaspor"un U-19 kollektivi ölkə çempionatının XX turunda sabah "Beşiktaş"la keçiriləcək səfər oyunu üçün İstanbula yollanırmış.

Hadisə ilə bağlı "Konyaspor" tərəfi rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, qəza nəticəsində avtobusda olan məşqçilər, futbolçular və texniki heyətin ümumi sağlamlıq vəziyyəti qənaətbəxşdir. Bəzi futbolçular ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb, onların həyati təhlükəsinin olmadığı qeyd olunub. Avtobus sürücüsü Fevzi Öztürk isə nəzarət məqsədilə tibbi müayinəyə cəlb edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью