Türkiyə klubunun avtobusu qəzaya uğrayıb: İki futbolçu xəsarət alıb
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin "Konyaspor" klubunun 19 yaşadək futbolçularından ibarət komandasını daşıyan avtobus yük avtomobili ilə toqquşub.
"Cebheinfo.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində avtobus sürücüsü və iki futbolçu xəsarət alıb.
"Konyaspor"un U-19 kollektivi ölkə çempionatının XX turunda sabah "Beşiktaş"la keçiriləcək səfər oyunu üçün İstanbula yollanırmış.
Hadisə ilə bağlı "Konyaspor" tərəfi rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, qəza nəticəsində avtobusda olan məşqçilər, futbolçular və texniki heyətin ümumi sağlamlıq vəziyyəti qənaətbəxşdir. Bəzi futbolçular ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb, onların həyati təhlükəsinin olmadığı qeyd olunub. Avtobus sürücüsü Fevzi Öztürk isə nəzarət məqsədilə tibbi müayinəyə cəlb edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:84
Bu xəbər 30 Yanvar 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















