Türkiyə Liderindən Azərbaycana növbəti təşəkkür | Icma.az
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bugünlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına və dövlətimizin başçısı İlham Əliyevə növbəti dəfə təşəkkürünü ifadə edib.
Qardaş ölkənin dövlət başçısının budəfəki təşəkkürü Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) verdiyi davamlı dəstəklə bağlıdır.
Rəcəb Tayyib Ərdoğan bu barədə “20 İyul Sülh və Azadlıq Günü” ilə əlaqədar rəsmi mərasimdə çıxışı zamanı deyib.
“Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatı Zirvəsi zamanı Şimali Kipr Türk Cumhuriyyətinin şanlı bayrağı da digər ölkələrin bayraqları ilə yanaşı dalğalandı.
Azərbaycan Prezidenti cənab İlham Əliyev və Can Azərbaycan xalqına Kipr mübarizəmizə verdikləri dəstək üçün bir daha təşəkkür edirəm”, - deyə Ərdoğan vurğulayıb.
Dünya Kipr reallığını qəbul etməlidir Türkiyə Lideri bildirib ki, dünya ictimaiyyəti Kipr reallığını qəbul etməli, Şimali Kipr Türk Cümhuriyyət ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmalıdır.
Onun sözlərinə görə, Türkiyə Şimali Kipr xalqının yanında olub və olacaq, Kipr türklərinin rifahının artmasına töhfə verməyə davam edəcək.
Tam oxu
Xəbəri oxu