Icma.az
close
up
RU
Türkiyə Liderindən Azərbaycana növbəti təşəkkür

Türkiyə Liderindən Azərbaycana növbəti təşəkkür

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bugünlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına və dövlətimizin başçısı İlham Əliyevə növbəti dəfə təşəkkürünü ifadə edib. Qardaş ölkənin dövlət başçısının budəfəki təşəkkürü Azərbaycanın Şimali  Kipr Türk Cümhuriyyətinə (ŞKTC) verdiyi davamlı dəstəklə bağlıdır. Rəcəb Tayyib Ərdoğan bu barədə “20 İyul Sülh və Azadlıq Günü” ilə əlaqədar rəsmi mərasimdə çıxışı zamanı deyib. “Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatı Zirvəsi zamanı Şimali Kipr Türk Cumhuriyyətinin şanlı bayrağı da digər ölkələrin bayraqları ilə yanaşı dalğalandı. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Can Azərbaycan xalqına Kipr mübarizəmizə verdikləri dəstək üçün bir daha təşəkkür edirəm”, - deyə Ərdoğan vurğulayıb.

Dünya Kipr reallığını qəbul etməlidir

Türkiyə Lideri bildirib ki, dünya ictimaiyyəti Kipr reallığını qəbul etməli, Şimali Kipr Türk Cümhuriyyət ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmalıdır. Onun sözlərinə görə, Türkiyə Şimali Kipr xalqının yanında olub və olacaq, Kipr türklərinin rifahının artmasına töhfə verməyə davam edəcək.

20 iyul 1974-cü il Kipr türklərinin milli azadlıq mücadiləsində çox mühüm bir tarixdir. “Kıbrıs Barış hərəkatı” adı ilə tarixə çevrilən həmin gün Türkiyənin şanlı ordusunun Kiprə gəlişi ilə burada türklərin adadan sıxışdırılıb çıxarılmasına son qoyulmuş və onların öz tarixi vətənlərində dinc şəraitdə yaşamaları təmin edilmişdir.

1974-cü ilin 15 iyununda adada mahiyyət etibarı ilə çox məşum hadisələr baş verib. Qanlı çevriliş nəticəsində qanuni hakimiyyət devrilib və adanın Yunanıstana birləşdirilməsinə cəhd göstərilib.Buna qarşı çıxan türklər və yunanlar xunta hakimiyyəti tərəfindən amansızlıqla qətlə yetirilib. Adadakı çevriliş xəbəri Ankaraya çatdıqda dərhal Təhlükəsizlik Şurasının iclası keçirilmiş və bu qanlı hadisələrə müdaxilənin qaçılmaz olduğu haqqında qərar verilmişdir. Beləliklə, Sürix və London anlaşmasının 4-cü maddəsinə əsasən Kipr türklərinin təhlükəsizliyinə qarant olunmuş Türkiyə 20 iyul 1974-cü ildə öz qoşunlarını dənizdən və havadan Kiprə yeritmişdir. Bununla da Kipr türkləri soyqırımı təhlükəsindən xilas olublar və onların həyatında yeni dövr başlayıb.

Bütün sonrakı danışıqlar adada vahid dövlət çərçivəsində yaşamağın mümkün ola bilməyəcəyini göstərdi. Nəticədə 1983-cü ildə Kipr türkləri öz respublikalarını müstəqil elan etdilər və onu “Kuzey Kıbrıs Türk Cumhuriyyəti” (Şimali Kipr Türk Respublikası) adlandırdılar.

Ötən il Şuşada, bu il Xankəndidə

Azərbaycan Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı siyasətini qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə həyata keçirir. Respublikamız, şəxsən Prezident İlham Əliyev hər zaman ŞKTC-nə dəstək ifadə edir. Dünyadakı ikili standartlar səbəbindən ŞKTC-nin beynəlxalq səviyyədə tanınması əngəllənir. Azərbaycan isə ŞKTC-nin beynəlxalq arenaya çıxmasına  davamlı səylər göstərir. Respublikamızla ŞKTC arasında yüksək səviyyəli siyasi dialoq qurulub. Eyni zamanda, müxtəlif istiqamətlərdə, o cümlədən də humanitar sahədə əməkdaşlıq əlaqələri davamlı olaraq genişləndirilir. Respublikamız ŞKTC-nin Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi status almasına hər zaman çağırış edirdi və artıq bu reallaşıb. “Şimali Kiprdə öz dövlətinə sahib olmağa layiq qardaşlarımıza necə kömək edə biləcəyimizdən başqa bir gündəmimiz yoxdur. Onlar tarix və əməlləri ilə buna layiqdirlər”, - deyə Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumdakı çıxışında bildirib.

ŞKTC-nin Prezidenti Ərsin Tatar son bir ildə iki dəfə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində çox mühüm tədbirlərə qatılıb. O, ötən ilin iyul ayında Şuşada keçirilən TDT-nın qeyri-formal Zirvə görüşündə iştirak edib. Bu il iyulun 4-də isə Ərsin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə Görüşünə qatılıb. Onun ötən il Şuşada, bu il isə Xankəndidə keçirilən beynəlxalq tədbirlərə dəvət edilməsi və bu tədbirlərdə iştirakına şərait yaradılması Azərbaycanın Kipr türklərinə qardaşlıq münasibətinin əyani ifadəsidir.

MÜBARİZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 İyul 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri