Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı video yayıb VİDEO AZƏRTAC

16.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 16 yanvar, AZƏRTAC

Türkiyənin Milli Müdafiə Nazirliyi Əlahiddə Ümumqoşun Ordunun Qars şəhərində birgə “Qış təlimləri - 2025”də iştirak edəcək Azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı video yayıb.

Türkiyə Milli Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iki qardaş ölkənin hərbçiləri Naxçıvan və İğdır bölgələri arasında yerləşən “Dilucu” nəzarət-keçid məntəqəsində görüşüblər.

“Biz “bir millət, iki dövlət” kəlamı kontekstində bir yumruq kimi hərəkət etməyə, bir ürək kimi döyünməyə davam edəcəyik”, - deyə Türkiyə Müdafiə Nazirliyində bildirilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью