Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı video yayıb VİDEO AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Ankara, 16 yanvar, AZƏRTAC
Türkiyənin Milli Müdafiə Nazirliyi Əlahiddə Ümumqoşun Ordunun Qars şəhərində birgə “Qış təlimləri - 2025”də iştirak edəcək Azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı video yayıb.
Türkiyə Milli Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iki qardaş ölkənin hərbçiləri Naxçıvan və İğdır bölgələri arasında yerləşən “Dilucu” nəzarət-keçid məntəqəsində görüşüblər.
“Biz “bir millət, iki dövlət” kəlamı kontekstində bir yumruq kimi hərəkət etməyə, bir ürək kimi döyünməyə davam edəcəyik”, - deyə Türkiyə Müdafiə Nazirliyində bildirilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Milli Müdafiə Nazirliyi: Türkiyə gələcəkdə də Azərbaycanla birlikdə olacaq AZƏRTAC
23 Yanvar 2025 14:32
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi KONKRET
28 May 2025 11:50
Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb
26 Fevral 2025 19:44
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO AZƏRTAC
17 Noyabr 2024 14:48

