Türkiyə millisində daha bir itki İdmanXəbər | Icma.az
Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır. Türkiyə millisinin hücumçusu Deniz Gül zədə səbəbindən heyətdən çıxarılıb.
İdmanxeber.az-ın məlumatına görə, Portuqaliyanın “Portu” klubunda çıxış edən futbolçu yığmanın düşərgəsindən ayrılıb.
20 yaşlı hücumçu Uels və Monteneqro ilə UEFA Millətlər Liqası matçlarını buraxacaq.
Onun əvəzinə İspaniyanın “Xetafe” klubunda forma geyinən Bertuğ Yıldırım yığmaya cəlb olunub.
“Ay-ulduzlular”da daha əvvəl zədə səbəbindən Çağlar Söyüncü və Ferdi Kadıoğlu heyətdən çıxarılmışdı.
Türkiyə yığması noyabrın 16-da Uels, üç gün sonra isə Monteneqro ilə üz-üzə gələcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu