Türkiyə millisində daha bir itki İdmanXəbər
Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə millisinin hücumçusu Deniz Gül zədə səbəbindən heyətdən çıxarılıb.
İdmanxeber.az-ın məlumatına görə, Portuqaliyanın “Portu” klubunda çıxış edən futbolçu yığmanın düşərgəsindən ayrılıb. 20 yaşlı hücumçu Uels və Monteneqro ilə UEFA Millətlər Liqası matçlarını buraxacaq. Onun əvəzinə İspaniyanın “Xetafe” klubunda forma geyinən Bertuğ Yıldırım yığmaya cəlb olunub.
“Ay-ulduzlular”da daha əvvəl zədə səbəbindən Çağlar Söyüncü və Ferdi Kadıoğlu heyətdən çıxarılmışdı.
Türkiyə yığması noyabrın 16-da Uels, üç gün sonra isə Monteneqro ilə üz-üzə gələcək.
Baxış sayı:118
Bu xəbər 14 Noyabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















