Türkiyə nümayəndə heyəti COP29da iqlim hədəflərini açıqlayacaq | Icma.az
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Türkiyə iki illik şəffaflıq hesabatını verdi, həm də bu gün uzunmüddətli – “2053 net-sıfır emissiya” hədəfimizi açıqlayacağıq”.
Bunu APA-ya açıqlamasında Türkiyənin Ətraf-mühit, Şəhərsalma və İqlim dəyişiklikləri Nazirinin müavini Fatma Varank deyib.
“Əvvəlcə dost, qardaş ölkə Azərbaycanda olduğumuz üçün məmnunluğumuzu ifadə etmək istəyirəm.
Ötən il Azərbaycanın COP-a ev sahibliyi edəcəyi açıqlananda ilk təbrik edən ölkələrdən idik.
İqlim fəaliyyətləri çətin və dinamik bir prosesdir. Bunlar bizim üçün də, dünya üçün də, həqiqətən, böyük fəaliyyətlərdir.
COP29-da Azərbaycan yetərli maaliyyə problemlərinin həlli üçün çalışmalara başlayıb.
Bir il boyunca Türkiyə daim Azərbaycana dəstək oldu, həmişə də olacaq. Ümid edirəm ki, COP29 müvəffəqiyyətli olacaq.
Tam oxu
Xəbəri oxu