Icma.az
close
up
RU
Türkiyə nümayəndə heyəti COP29da iqlim hədəflərini açıqlayacaq

Türkiyə nümayəndə heyəti COP29da iqlim hədəflərini açıqlayacaq

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Türkiyə iki illik şəffaflıq hesabatını verdi, həm də bu gün uzunmüddətli – “2053 net-sıfır emissiya” hədəfimizi açıqlayacağıq”.

Bunu APA-ya açıqlamasında Türkiyənin Ətraf-mühit, Şəhərsalma və İqlim dəyişiklikləri Nazirinin müavini Fatma Varank deyib.
“Əvvəlcə dost, qardaş ölkə Azərbaycanda olduğumuz üçün məmnunluğumuzu ifadə etmək istəyirəm. Ötən il Azərbaycanın COP-a ev sahibliyi edəcəyi açıqlananda ilk təbrik edən ölkələrdən idik. İqlim fəaliyyətləri çətin və dinamik bir prosesdir. Bunlar bizim üçün də, dünya üçün də, həqiqətən, böyük fəaliyyətlərdir. COP29-da Azərbaycan yetərli maaliyyə problemlərinin həlli üçün çalışmalara başlayıb. Bir il boyunca Türkiyə daim Azərbaycana dəstək oldu, həmişə də olacaq. Ümid edirəm ki, COP29 müvəffəqiyyətli olacaq. Burda veriləcək qərarlar dünyamızın xeyrinə xidmət edəcək. Qlobal isinməni 1.5 C-də saxlamağı bacara bilsək, dünyanı bizdən sonrakı nəsillərə yaşanabiləcək bir yer kimi əmanət edə bilərik, - deyə o qeyd edib.

Fatma Varank, həmçinin söyləyib ki, Türkiyənin ən böyük fəaliyyəti enerji və kənd təsərrüfatı sahəsindəki hədəfləridir:

“Bu gün bu istiqamətdə hədəfləri açıqlayacağıq. Xüsusilə, bərpaolunan enerji səmərəliliyi mövzususunda vacib bir nöqtəyə gəlinib. Türkiyə şəhərsalma istiqamətində ciddi işlər aparan nadir ölkələrdən biridir. Bilirsiniz ki, biz seysmik zonadayıq, böyük zəlzələlər yaşamışıq. Bu bizim üçün, eyni zamanda, enerji səmərəliliyi ilə inşa edilən binalar deməkdir. Biz COP29-da iki illik müddətdəki təcrübələrimizi də bölüşəcəyik. Zəlzələdən sonra inşa edilən binaların enerji səmərəliliyi ilə bağlı da bir tədbirimiz olacaq. Ən böyük hədəflərimiz bunlardır".

"Rəqəmsallaşdırma ilə bağlı da fəaliyyətimiz olacaq. Bu COP29-da onu da təqdim edəcəyik. Bilirsiniz ki, rəqəmsallaşdırmanın köməyi ilə karbon emissiyalarının miqdarını ciddi şəkildə azaltmaq mümkündür. Türkiyə son beş il ərzində bu istiqamətdə böyük məsafələr qət edib. Yeni qanun qəbul edildi və bu qanunla bütün dövlət işləri rəqəmsallaşdırıldı və bunu özəl sektorla birlikdə edirik”, - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Noyabr 2024 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see452

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see397

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see288

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see263

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see253

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see247

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see239

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see228

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see214

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see205

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see201

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see195

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see191

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see186

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see185

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see181

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see180

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see179

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri