Azertag saytına istinadən Icma.az xəbər verir.
Tbilisi, 24 may, AZƏRTAC
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İrakli Kobaxidzeni Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə AZƏRTAC-a Gürcüstan hökuməti administrasiyasından məlumat verilib.
Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan təbrikində iki ölkə arasındakı strateji tərəfdaşlığa diqqət çəkib.
“İnanıram ki, bir-birini strateji tərəfdaşlıq bağlayan ölkələrimiz regionun uğurları, sabitliyi və dirçəlişi üçün indi olduğu kimi gələcəkdə də birgə səylər göstərəcəklər”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan dost Gürcüstan xalqına firavanlıq arzulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi