Türkiyə Prezidenti Gürcüstan Baş nazirini Müstəqillik Günü münasibətilə təbrik edib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Tbilisi, 24 may, AZƏRTAC
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İrakli Kobaxidzeni Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə AZƏRTAC-a Gürcüstan hökuməti administrasiyasından məlumat verilib.
Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan təbrikində iki ölkə arasındakı strateji tərəfdaşlığa diqqət çəkib.
“İnanıram ki, bir-birini strateji tərəfdaşlıq bağlayan ölkələrimiz regionun uğurları, sabitliyi və dirçəlişi üçün indi olduğu kimi gələcəkdə də birgə səylər göstərəcəklər”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan dost Gürcüstan xalqına firavanlıq arzulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:Livan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
21 May 2026 16:40
Gürcüstan prezidenti diplomatları peşə günü münasibətilə təbrik etmədi
04 Noyabr 2024 18:49
XİN Müstəqillik Günü münasibətilə Tunisi təbrik edib
20 Mart 2026 13:42
Türkiyə Prezidenti Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib
08 Noyabr 2024 17:00
Baxış sayı:188
Bu xəbər 24 May 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















