Türkiyə səhəri zəlzələlərlə açdı

14.11.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mərmərə dənizində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması İdarəsinə (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Bursanın Mudanya rayonu sahillərində, Gemlik körfəzində yerləşib. Yeraltı təkanların ətraf rayonlarda da hiss edildiyi bildirilir.

Qeyd olunub ki, zəlzələ Mudanya rayonundan 6,42 kilometr məsafədə baş verib. Yeraltı təkanların ocağı 13,65 kilometr dərinlikdə yerləşib.

Aralıq dənizində də 3,8 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 10,76 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentri Türkiyənin Muğla vilayətinin sahillərindən 300 kilometr məsafədə qeydə alınıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью