Türkiyə səhəri zəlzələlərlə açdı
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Mərmərə dənizində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması İdarəsinə (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Bursanın Mudanya rayonu sahillərində, Gemlik körfəzində yerləşib. Yeraltı təkanların ətraf rayonlarda da hiss edildiyi bildirilir.
Qeyd olunub ki, zəlzələ Mudanya rayonundan 6,42 kilometr məsafədə baş verib. Yeraltı təkanların ocağı 13,65 kilometr dərinlikdə yerləşib.
Aralıq dənizində də 3,8 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 10,76 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin episentri Türkiyənin Muğla vilayətinin sahillərindən 300 kilometr məsafədə qeydə alınıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 14 Noyabr 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















