Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Heyət Təhrir əş-Şam”ın Hələb, İdlib və Həmanı ələ keçirməsi fonunda Suriyanın 3 hissəyə parçalanması iddiası gündəmə gəlib.
Müzakirələr zamanı Suriya və İraqın şimalında əsrlərdir yaşayan türkmanların (azərbaycanlılar) taleyi də masaya yatırılır.
İraq Türkman Cəbhəsinin rəhbəri, Kərkük millət vəkili Ərşad Salehi hələ ötən il Hələbdən başlayıb Mendelidə (İranla sərhəd) bitən ərazidə Türkmaneli Respublikasının yaradılması haqda çağırış etmişdi.
Hazırda bu xəritə Türkiyənin müxtəlif siyasi mərkəzlərində müzakirə edilməkdədir.
Maraqlıdır ki, erməni politoloqlar artıq bu mövzuda “şərhlərə” başlayıblar.
Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, hazırda bir çox regional və qlobal güc mərkəzlərinin maraqları Suriyada toqquşur: “Bir neçə illik nisbi sabitlikdən sonra hadisələr yenidən öz məcrasından çıxıb.
“Heyət Təhrir əş-Şam”ın Hələb və İdlib kimi strateji şəhərləri tutması ilə bölgədə kartlar yenidən paylanmağa başlandı.