Icma.az
close
up
RU
Türkiyə sərhədində yeni dövlət planı Şok xəritədə azərbaycanlı izi

Türkiyə sərhədində yeni dövlət planı Şok xəritədə azərbaycanlı izi

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Heyət Təhrir əş-Şam”ın Hələb, İdlib və Həmanı ələ keçirməsi fonunda Suriyanın 3 hissəyə parçalanması iddiası gündəmə gəlib. Müzakirələr zamanı Suriya və İraqın şimalında əsrlərdir yaşayan türkmanların (azərbaycanlılar) taleyi də masaya yatırılır. İraq Türkman Cəbhəsinin rəhbəri, Kərkük millət vəkili Ərşad Salehi hələ ötən il Hələbdən başlayıb Mendelidə (İranla sərhəd) bitən ərazidə Türkmaneli Respublikasının yaradılması haqda çağırış etmişdi. Hazırda bu xəritə Türkiyənin müxtəlif siyasi mərkəzlərində müzakirə edilməkdədir. Maraqlıdır ki, erməni politoloqlar artıq bu mövzuda “şərhlərə” başlayıblar.

Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, hazırda bir çox regional və qlobal güc mərkəzlərinin maraqları Suriyada toqquşur:

“Bir neçə illik nisbi sabitlikdən sonra hadisələr yenidən öz məcrasından çıxıb. “Heyət Təhrir əş-Şam”ın Hələb və İdlib kimi strateji şəhərləri tutması ilə bölgədə kartlar yenidən paylanmağa başlandı. Suriyanın qarşıdakı müddətdə ən azı 3-4 yerə parçalanması ssenariləri gündəmi gəldi.

(Yaradılması planlaşdırılan Türkmaneli Respublikasının xəritəsi)

Əlbəttə, Türkiyə qonşu ölkə kimi Suriyanın ərazi bütövlüyünü rəsmən tanıyır. Amma yeni yarana biləcək situasiyada həm Türkiyə, həm də bölgədəki türkmanlar praqmatik davranmağa məcburdurlar”.

Siyasi şərhçi deyib ki, bu, separatizm yox, həyatda qalmaq uğrunda mübarizədir:

“Təsadüfi deyil ki, İraq Türkman Cəbhəsinin lideri  Ərşad Salehi Türkmaneli Respublikasının yaradılması haqda çağırış etmişdi. İndiki məqamda bu çağırış bir daha gündəmə gəldi. Hazırda suveren bir dövlətdən daha çox böyük poliqonu xatırladan Suriyada həyatda qalma mücadiləsi yaşanır. Belə bir məqamda türkmanların öz müqəddəratını təyin etmək haqqından təbii heç nə ola bilməz. Bu baxımdan məsələ tamamilə realdır. Azərbaycan türkləri ilə eyni qanı, soyu daşıyan türkman qardaşlarımız öz suveren dövlətlərini tezliklə elan edə bilərlər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri