Türkiyə Suriya münasibətlərində yeni səhnə: tarixi Ankara görüşü nələr vəd edir? | Icma.az
Icma.az, Bakivaxti saytına istinadən bildirir. Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın müvəqqəti preziden
Onun sözlərinə görə, ölkələr arasında ən müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etdirilir.
O cümlədən, Türkiyənin dövlət başçısı qeyd edib ki, Türkiyə terror təşkilatları ilə mübarizədə Suriyaya dəstək verməyə hazırdır.
Görüşün nəticələri isə çox maraq doğurur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şaara arasında
Bu görüş Türkiyə-Suriya münasibətlərinin yeni mərhələyə keçə biləcəyini göstərir.
Ərdoğanın çıxışında vurğuladığı əsas məqamlar – ərəb və İslam dünyasının Suriyaya dəstəyi, iki ölkə arasında əməkdaşlığın inkişafı və Türkiyənin terrorla mübarizədə Suriya hökumətinə yardım etməyə hazır olması Ankaranın bölgədəki strateji maraqlarına uyğun gəlir.Suriya-Türkiyə münasibətlərinin bundan sonrakı mərhələsi hansı istiqamətdə irəliləyəcək?Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oktay Kazımov bildirib ki, Suriya prezidentinin Türkiyəyə səfəri önəmli hadisədir: "Əş-Şaranın ziyarəti onun Səudiyyə Ərəbistanından sonra ikinci rəsmi səfəridir.
Bu da onu göstərir ki, rəsmi Dəməşq Türkiyə və Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqda maraqlıdır.
Bu səfər, xüsusilə, Suriyanın son illərdə yaşadığı ağır siyasi, iqtisadi və təhlükəsizlik problemləri fonunda mühüm əhəmiyyət kəsb edir.
Tam oxu
Xəbəri oxu